Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. == Fon == Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. == Tərəfdaşlıq == Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
Unreal Engine
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Françeska Snell
Françeska Snell (d. 28 mart 1987) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françeska Snell, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Françeska Snell, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Lord Baden-Powell
== Həyatı == 1857-ci il 22 fevral tarixində Böyük Britaniyanın paytaxtı olan London şəhərində məşhur bir ailədə dünyaya göz açmışdır.Onun babası Robert Stefenson paravozun ixtirası ilə bütün dünyada məşhur olmuş Corc Stefensonun oğludur. O, Oksford Universitetinin professoru, keşiş Baden Pauellin ailəsinin on uşağından sayca səkkizincisi idi. B.P-nin üçyaşı tamam olarkən atası vəfat etmişdir. Əziz uşaqlar və gənclər, əgər siz skaut ədəbiyyatında BP işarəsinə rast gəlsəniz, təəccüblənməyin- bütün dünyada Baden Pauelli nəvazişlə belə adlandırırlar. Baden-Pauell uşaqlıqdan həvəslə yeniliyi öyrənməyə çalışırdı və buna asanlıqla nail olurdu. Kiçik yaşlarından pianino və skripkada ifa etməyi öyrənmiş, aktyor kimi tamaşalarda çıxış edirdi. Uşaqlıq illərinin çox hissəsini kənd yerində keçirdiyi üçün təbiətdə olmağı və açıq havada oyunları çox xoşlayırdı. O, asudə vaxtını hədər yerə sərf etmirdi. İmkan yaranan kimi qardaşları və yaxın dostları ilə birgə yeni macəralar axtarmaq məqsədilə İngiltərənin dəniz sahillərinə və Temza çayı ilə qayıq səyahətlərinə çıxardı. Bu səyahətlərdə onlar çadırlarda gecələyər, ocaqda hazırlanmış yeməklə qidalanardılar.
Unreal Engine 3
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.