Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rebuild Karabakh
Rebuild Karabakh və ya Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi — Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərgi bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platformadır. Rebuild Karabakh ilk dəfə ənənəvi Xəzər İnşaat Həftəsinin bir hissəsi olaraq 20–22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmişdir. Üç gün ərzində Xəzər İnşaat Həftəsinə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış oldular. == Məqsəd == Sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradır. == Sərginin bölmələri == == Memorandum == 8 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə "Caspian Event Organisers" arasında əməkdaşlığa dair "Anlaşma Memorandumu" imzalanmışdır. Anlaşma Memorandumuna əsasən, 20–22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh sərgisində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlərə töhfə vermək məqsədilə "Caspian Event Organisers" şirkəti sərgidə iştirak etmiş şəxslərin ödənilmiş qeydiyyat haqqından müəyyən hissəsini Qarabağ Dirçəliş Fonduna ianə etdi. Memorandumun şərtlərinə uyğun olaraq, "Caspian Event Organisers" tərəfindən 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh sərgisi çərçivəsində QDF-in təşəbbüsləri dəstəklənir. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində sərginin keçirilməsində "Caspian Event Organisers" şirkətinə təşkilati dəstək göstərməyi, ona müraciət etmiş və sərgidə iştirak etmək istəyən şəxsləri "Caspian Event Organisers" şirkətinə yönəltməyi öhdəsinə götürür.