BUILD

build1

n forma, quruluş; bədən quruluşu; We are of the same build Bizim bədən quruluşumuz eynidir; a man of sturdy ~ möhkəm bədənli adam

build2

v 1. tikmək; çəkmək; to ~ a bridge / a house etc. körpü / ev və s. tikmək; to ~ a railway dəmir yolu çəkmək; 2. formalaşdırmaq, yaratmaq; Hard work builds (up) character Ağır iş xarakter formalaşdırır; 3. (upon) əsaslandırmaq

BUGLER
BUILDER
OBASTAN VİKİ
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.
ExxonMobil Building
ExxonMobil Building - Hyustonda yerləşən hündürlüyü 185 m olan binadır. olmuşdur.
Flatiron Building
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
JPMorgan Chase Building (Hyuston)
JPMorgan Chase Building - Hyustonda yerləşən hündürlüyü 130 m olan binadır. 2010-cu ildə burada yanğın olmuşdur.
MEQA Site Builder
MEQA şirkəti hazırladığı bütün İnternet saytlarının idarə olunması (materiallara təmin edilməsi və yenilənməsi) üçün MEQA Site Builder® məzmunu idarəetmə sistemindən istifadə edilməsini təklif edir. MEQA Site Builder® - veb saytlar və intranet layihələri üçün yazılmış əməliyyat sistemindən heç bir halda asılılıq göstərməyən PHP əsaslı universal bir platformadır. Şirkətin əqli mülkiyyətində olan bu məhsul saytların platforması olaraq məzmunun formalaşdırılması, menyu sisteminin yaradılması, materialların sayta əlavə edilərək formalaşdırılması, sonradan məzmununa əlavə və dəyişikliklər edilməsi, yenilənməsi, saytdaxili sürətli axtarışı təmin etmək üçün məzmunun avtomatik indeksləşməsi və digər məzmun işlərinin yerinə yetirilməsini — yəni saytın məzmununun idarə edilməsini tam təmin edir. Bu proqram vasitəsilə saytın idarə edilməsinə ancaq fərdi kompüter və İnternet bağlantısının olması kifayət edir. MEQA SiteBuilder® platforması heç bir quraşdırılma tələb etmir və İnternet Explorer brauzeri ilə işləyir. Modular struktur, obyekt yönümlü yanaşma və görünüşlə programın ayrılması sayəsində bu platforma hər hansı bir layihənin reallaşdırılması üçün çox rahat və çevik bir zəmin hazırlayır. Platformanın nüvəsi aşağıdakılardan təşkil olunub: verilənlər bazası sinfi (MySQL); görünüş meneceri (Smarty Template Enginee); istifadəçi idarəetməsi (çox səviyyəli və ierarxik səlahiyyətlər); modul menecmenti (yeni modullar əlavə etmək, sistemdən modulların silinməsi və s.); axtarış hörümçəyi; parametrlərin idarəetməsi; dil idarəetməsi. == MEQA Site Builder® platformasının üstünlükləri == PHP 5 programlaşdırma dilində yazıldığı üçün istənilən əməliyyat sistemındə yüksək performans; OYP (obyekt yönümlü proqramlaşdırma) əsaslı olması hər hansı yeni xüsusiyətin əlavə edilməsi üçün minimum vaxt sərfiyyatı; təhlükəsizlik məsələlərinin nüvə səviyyəsində həlli; layihənin vizual görünüşünü dəyişmək üçün minimum vaxt sərfiyyatı; layihəyə interfeys dillərinin əlavə edilməsi üçün minimum vaxt sərfiyyatı; "Clean html" funksiyası ilə istifadə olunan mətnlərin html formatlaşdırılmasının avtomatlaşdırılması; universal "Data Grid" sayəsində informasiya idarəsinin rahatlığı; əlavə olunan modulların tam müstəqil və ya hər hansı cari moduldan asılılığının təminatı.MEQA Site Builder® proqram təminatı ilə hazırlanmış İnternet resurslarının aşağıda sadalanan baza imkanları vardır: Resursun idarəetmə paneli vasitəsilə saytın işini dayandırmadan bütün menyuları dinamik yaratmaq, dəyişmək, silmək imkanı verir. Həmçinin menyuların yaradılma prosesi elə təşkil olunur ki yaradılacaq menyu bəndlərində səhifələrin məzmunu olmadığı təqdirdə həmin səhifələr ziyarətçi tərəfdən görünmür. Yəni sistem boş səhifələrə avtomatik nəzarət etmək imkanına malik olur.
Niels Esperson Building
Niels Esperson Building — ABŞ-nin Hyuston şəhərində yerləşən 125 metr hündürlüyü olan binadır. Bu bina 1927-ci ildə tikilmişdir. Niels Esperson Building Hyustonda intibah dövrünün italyan arxitekturasının tək binasıdır.
Woolworth Building
Woolworth Building ABŞ-nin New York şəhərində yerləşən bir göydələndir. Bina Broadway küçəsində yerləşir. Bina 1910-1913-cü illər arasında F. W. Woolworth şirkətinin qərargahı olaraq inşa edilmiş və şəhərin ən qədim göydələnlərindən biridir. Bina 241.4 metr hündürlükdə və 57 mərtəbəlidir. Binada 34 lift mövcuddur. İnşa edildikdə sonra 1930-cu ildə 40 Wall Street tamamlanana qədər dünyanın ən hündür binası ünvanına malik idi. Woolworth Binası 1966-cı ildə Milli Tarixi Əsərlərin siyahısına daxil edilmişdir. Binanın inşaat mühəndisi Gunvald Aus və Kort Berle olmuşdur. Binanın tikintisinə 13,5 milyon US$ xərclənmişdir.
Building Our Peace
Building Our Peace – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın dördüncü studiya albomu.