Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miramax
Miramax və ya Miramax Films — 1979-cu ildə ABŞ-nin Nyu-York şəhərində Harvey və Bob Vaynşteyn qardaşları tərəfindən yaradılmış olan film istehsalı şirkətidir. 1993-cü ildə The Walt Disney Company tərəfindən satın alınana qədər böyük miqyasda müstəqil filmlər istehsal etmişdir. Şirkətin ən məşhur olan filmlərinə Scandal, Sex, lies, and videotape, Tie Me Up! Tie Me Down!, The Crying Game, My Left Foot, Reservoir Dogs, Pulp Fiction, The English Patient, Heavenly Creatures ve Shakespeare in Love filmlərini nümunə göstərmək mümkündür. 28 yanvar 2010-cu ildə The Walt Disney Company tərəfindən bağlanmışdır. 1 mart 2016-cı ildə beIN Media Group Miramax şirkətini satın aldığını elan etmişdir.
Kastiliyalı Urraka (Portuqaliya kraliçası)
Kastiliyalı Urraka (isp. Urraca de Castilla) (1186, Kastiliya krallığı – 2 noyabr 1220 və ya 3 noyabr 1220, Koimbra) — Portuqaliya kralı II Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. İlk başda Fransa kralı VIII Lüdoviklə evləndirilməsi planlaşdırılsa da, anası buna qarşı çıxdı. Onun yerinə kiçik bacısı Blanş Fransa sarayına gəlin olaraq göndərildi. 1206-cı ildə Urraka Portuqaliya kralı I Sançonun oğlu və vəliəhdi İnfant Afonsoyla evləndirildi. Ərinin 1212-ci ildə taxta çıxmasıyla Urraka Portuqaliya kraliçası oldu.Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Cütlük bir-birini o qədər çox sevirdi ki, II Afonso 1214-cü ildə hazırlanan vəsiyyətində övladlarını deyil, xanımını taxt varisi elan etdi. Ancaq Urraka kraldan öncə - 1220-ci ildə anidən vəfat etdi. == Övladları == II Sanço III Afonso Portuqaliyalı Elyanora İnfant Fernando (d.