Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzundərə
Uzundərə (rəqs)
Uzundərə (Ağdam)
Uzundərə — Azərbaycanın Ağdam rayonunda, Ağdam şəhərinin mərkəzindən 6 km məsafədə yerləşən, keçmiş Sovet ordusuna məxsus hərbi baza və döyüş poliqonu ərazisi. 1993-cü ildən 2020-ci ilə qədər işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunmuşdur. == Tarixi == SSRİ dövründə burada SSRİ Müdafiə Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsinin artilleriya döyüş sursatlarının anbarı və SSRİ Ordusunun 44060 nömrəli bazası yerləşirdi. Bu hərbi anbarda 728 vaqon artilleriya sursatı, 245 vaqon reaktiv mərmi, atıcı silah üçün 131 vaqon güllə saxlanılırdı. Bu sursatlara güllələr, qumbaralar, 76 mm-dan 152 mm-a kimi artilleriya mərmiləri, tank mərmiləri, Qrad və Smerç RYAS üçün raketlər, beş BMP-1, beş ədəd 110 mm doludağıdan mərmilər daxil idi. 1990-cı ilin yanvarın 13-də bazaya hücum təşkil edildi. Sovet əsgərləri ilə baş verən silahlı qarşıdurmada hücum edən 6 nəfər həyatını itirdi. 15 yanvarda baş verən növbəti hücumda bir sovet əsgəri yaralandı. Yanvarın 18-dən 19-na keçən gecə bazaya yeni bir hücum edildi. Sovet əsgərləri hücum edənlərin avtomobilinə atəş açaraq onu partlatdılar, qarşıdurmada həmçinin bir Sovet əsgəri də yaralandı.
Uzundərə (rəqs)
Uzundərə — Azərbaycanın qədim xalq rəqslərindən biri. == Tarixçə == Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər. Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər. O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır.
Uzundərə xalçaları
Uzundərə xalçası
Aşağı Uzundərə (Soyuqbulaq)
Aşağı Uzundərə (fars. اوزون دره سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (41 ailə).
Yuxarı Uzundərə (Soyuqbulaq)
Yuxarı Uzundərə (fars. اوزون دره عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (22 ailə).
Uzuntəpə
Uzuntəpə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Uzuntəpə yaşayış yeri — Azərbaycanın Füzuli şəhəri yaxınlığında qədim yaşayış məntəqəsi. Uzuntəpə (dağ) — Tovuz rayonunun şimal-qərbində dağ. Hündürlüyü 348 m.
Burundərə (Vərziqan)
Burundərə (fars. بورون درق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 16 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (7 ailə).
Uzuntəpə (Cəlilabad)
Uzuntəpə (əvvəlki adı: Novoqolovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Novoqolovka kəndi Uzuntəpə kəndi adlandırılmışdır. == Tarixi == Çarizmin köçürmə siyasəti nəticəsində 1844-cü ildə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmə insanlar burada məskunlaşdıqdan sonra kəndə Novoqolovka adı verilib. 29 aprel 1992-ci ildə kəndin keçmiş Uzuntəpə adı bərpa edilmişdir. == Toponimikası == Kənd ərazidəki eyniadlı yüksəkliyin adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran ovalığında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6646 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Uzuntəpə bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzuntəpə yaşayış yeri
Uzuntəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Füzuli şəhərinin mərkəzindən 9 km şimal-şərqdə, Köndələnçayın sağ sahilində yerləşir. Uzuntəpə оrоnimdəki uzun termini оbyektin relyef fоrmasını və quruluşunu mənalandırır. Оnоqrafik оbyektlərin relyef fоrmasının uzunsоv оlması ilə əlaqədər belə оrоnimlər çоxdur. Uzuntəpə yaşayış yeri Мeynətəpədən bir qədər aralıda yerləşir. Abidə uzunluğu 200, eni 60 m-ə yaxın uzunsov təpə şəklindədir. Hündürlüyü 1 m olan yaşayış yeri hər tərəfdən əkin sahələri ilə əhatələnmişdir. 1968-ci ildə aparılan kəşfiyyat qazıntıları zamanı mədəni təbəqənin 1m qalınlığında olduğu müəyyən edilmişdir. Мədəni təbəqə kül qatları, tikinti qalıqları, gil qab parçaları və digər maddi-mədəniyyət qalıqlarını özündə cəmləşdirmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı buradan e.ə.
Uzuntəpə-i Süfla (Pərsabad)
Uzuntəpə-i Süfla (fars. اوزن تپه سفلي‎) və ya Aşağı Uzuntəpə — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 643 nəfər yaşayır (145 ailə).
Uzuntəpə-i Ülya (Pərsabad)
Uzuntəpə-i Ülya (fars. اوزن تپه عليا‎) və ya Yuxarı Uzuntəpə — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 241 nəfər yaşayır (49 ailə).
Uzunmeşə
Uzunmeşə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Uzunmeşə XVIII əsrin axırlarına təsadüf edən kəndlərdən biridir. Uzunmeşənin tarixi abidələri siyahısına Uzunmeşə məscidini (XIX əsr) əlavə etmək olardı ki, 2006-cı ildə həmin abidə dağıdılıb və yerində yenisi ilə əvəz olunub. Kəndlilər təqribən 1918–1919 cu illərdə Amazasp adlı erməninin hücumlarına qarşı da mərdanə vuruşmuşlar. Həmçinin kənddə tarixi dəyirman, iki tarixi qəbiristanlıq və tarixi məlum olmayan yer adları mövcuddur. Uzunmeşə kəndi Quba rayonunun ən kiçik kəndlərindən biridir. Cəmisi 64 ev mövcuddur. Əcnəbi iş adamlarının və turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Meşə dağ iqlimi bu kəndə də aiddir.
Uzunmeşə məscidi
Uzunmeşə məscidi — Azərbaycanın Quba rayonunun Uzunmeşə kəndində yerləşən tarixi-memarlıq abidəsi. Uzunmeşə məscidi XIX əsrdə tikilmişdir. 2006-cı ildə məsciddə yenidənqurma işləri aparılmış və məscid yenidən bərpa olunmuşdur. İlk molla və müədzinlərindən biri kimi tarixdə Abdullah ibn Abdulmanaf göstərilir. Lakin İkinci dünya müharibəsi dövründə müharibədən qayıtmayan Abdullahdan sonra Sovet hakimiyyəti illərində baxımsız qalan və ən nəhayət anbara çevrilən məscid bu gün bütün uzunmeşəlilərin fəxri sayılır.
Astarı üzündən baha (film, 1986)
Astarı üzündən baha qısametrajlı sənədli süjeti rejissor Vaqif Mustafayev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sumqayıt alüminium zavodunun yardımçı təsərrüfat sahəsinin yararsızlığından söhbət açır. == Məzmunu == Film Sumqayıt alüminium zavodunun yardımçı təsərrüfat sahəsinin yararsızlığından söhbət açır.
Yer üzündə iki nəfər (balet)
Yer üzündə iki nəfər (ru. Двое на этой Земле) — Arif Məlikovun "Metamorfozalar" simfonik poeması əsasında qurulmuş haqqında birpərdəli baleti. Libretto Robert Rojdestvenskiyə məxsusdur. Baletmeyster O. Vinoqradovdur. İlk dəfə 1969-cu ildə Mariinskiy teatrda səhnəyə qoyulub. == Tarixçə == == Məzmun == İlk baxışdan sevgi və ruhən birləşmək haqqındadır. == İstinadlar == == Mənbə == Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Музыковед Айтен Ибрагимова: Ариф Меликов - яркая личность современности.