UZUNDƏRƏ

is. mus. Azərbaycan xalq oyun havalarından birinin adı.
[Mirzağa:] Mən yalnız “Uzundərə” oynaya bilərəm. S.Hüseyn.
[Birisi:] Ay Güləfşan, “Uzundərə” çal, Sənəm bacı oynayacaq. B.Talıblı.

UZUNDANIŞAN
UZUNDRAZ
OBASTAN VİKİ
Uzundərə
Uzundərə (rəqs)
Uzundərə (Ağdam)
Uzundərə — Azərbaycanın Ağdam rayonunda, Ağdam şəhərinin mərkəzindən 6 km məsafədə yerləşən, keçmiş Sovet ordusuna məxsus hərbi baza və döyüş poliqonu ərazisi. 1993-cü ildən 2020-ci ilə qədər işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunmuşdur. == Tarixi == SSRİ dövründə burada SSRİ Müdafiə Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsinin artilleriya döyüş sursatlarının anbarı və SSRİ Ordusunun 44060 nömrəli bazası yerləşirdi. Bu hərbi anbarda 728 vaqon artilleriya sursatı, 245 vaqon reaktiv mərmi, atıcı silah üçün 131 vaqon güllə saxlanılırdı. Bu sursatlara güllələr, qumbaralar, 76 mm-dan 152 mm-a kimi artilleriya mərmiləri, tank mərmiləri, Qrad və Smerç RYAS üçün raketlər, beş BMP-1, beş ədəd 110 mm doludağıdan mərmilər daxil idi. 1990-cı ilin yanvarın 13-də bazaya hücum təşkil edildi. Sovet əsgərləri ilə baş verən silahlı qarşıdurmada hücum edən 6 nəfər həyatını itirdi. 15 yanvarda baş verən növbəti hücumda bir sovet əsgəri yaralandı. Yanvarın 18-dən 19-na keçən gecə bazaya yeni bir hücum edildi. Sovet əsgərləri hücum edənlərin avtomobilinə atəş açaraq onu partlatdılar, qarşıdurmada həmçinin bir Sovet əsgəri də yaralandı.
Uzundərə (rəqs)
Uzundərə — Azərbaycanın qədim xalq rəqslərindən biri. == Tarixçə == Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər. Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər. O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır.
Uzundərə xalçaları
Uzundərə xalçası
Aşağı Uzundərə (Soyuqbulaq)
Aşağı Uzundərə (fars. اوزون دره سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (41 ailə).
Yuxarı Uzundərə (Soyuqbulaq)
Yuxarı Uzundərə (fars. اوزون دره عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (22 ailə).

Digər lüğətlərdə

вати́новый змеебо́рство марципа́н отмина́ться перевёрстываться подбе́л прологарифми́ровать фо́ксик базиро́вка нацме́нка партхозакти́в тарато́рка франкмасо́нский чревовеща́ние акшамет иловай клещевина lap robe nonprofessional partibility vitalism накрапывать разбежаться сматываться яхонтовый