Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzuntala
Kəndlər Uzuntala (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Uzuntala (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Uzuntala (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan)rayonunda kənd. Bələdiyyələr Uzuntala bələdiyyəsi — Azərbaycan Respublikasının Qax rayonunda bələdiyyə.
Uzundağ
Uzundağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1109,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qurtaracağında zirvə. Düylünçayla Vənəndçayın suayırıcısında, Vənənd kəndindən 1,3 km qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir.
Uzuntala (Qaraqoyunlu)
Uzuntala (1969-cu ildən: Ayqeovit) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansara (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində "böyük, geniş" mənasında işlənən uzun sözü ilə "meşə ortasında açıqlıq yer" mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Onut, 12. II.1969-cu il fərmanı ilə yenidən dəyişdirilib Aygehovit qoyulmuşdur.
Uzuntala (Qax)
Uzuntala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 140 nəfər əhali yaşayır.
Uzuntala (Zaqatala)
Uzuntala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir. Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir.Kəndin ərazisi 622 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır. == Mədəniyyəti == Kənddə 1 orta məktəb, feldşer-mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır. === Tarixi abidələri === Kənd XIX əsrdə tikilmiş məscid vardır. == Din == Kənddə Uzuntala kənd məscidi dini icması fəaliyyət göstərir.
Uzuntala bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uzuntala məbədi
Uzuntala məbədi — Qazax-Şəmşəddil sultanlığı ərazisində, Karvansaray rayonunun Uzuntala (25 may 1967-ci ildən-Onut, 12 fevral 1969-cu ildən-Aygehovit) kəndi yaxınlığında, kənddən 3 km cənub-qərbdə meşənin dərinliyində alban məbədi. == Tarixi == Vaxtilə daş hasar içində olan məbəd kompleksinə 2 kilsə və yardımçı tikililər daxildir. Həmin daş hasarın isə bu gün ancaq özülü qalmaqdadır. Kompleksin ətrafında həm də qədim yaşayış məskəninin xarabalıqları mövcuddur. == Memarlıq xüsusiyyətləri == Monastırın baş məbədi günbəzli zal formasındadır, yarımsütunlar çatma tağlarla birləşmiş və bu tağların üstündə 12 üzlü günbəz ucalmışdır. Məbəd bir neçə dəfə təmir olunmuş və əvvəlki görkəmi xeyli dəyişikliyə məruz qalmışdır. Hörgünün divar daşları bəzi yazılı daş və lövhələrlə əvəzlənmişdir ki, onlardan da birində "1201" tarixi qeyd olunmuşdur. Bu da həmin yerdə daha qədim bir məbədin mövcud olduğunu söyləməyə əsas verir. İstər Karvansara rayonu, istərsə də Uzuntala kəndi qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş, bu əraziyə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanmışdır.