Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • vücudnamə

    vücudnamə

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • VÜCUDNAMƏ

    is. [ər. vücud və fars. …namə] Folklorda: insanın doğulduğu gündən son gününə qədər keçirdiyi həyatın ayrıayrı mərhələlərini əks etdirən aşıq şeri for

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • VÜCUDNAMƏ

    сущ. устар. в фольклоре: ашугские стихи, воспевающие человеческую красоту, жизнь человека от рождения до смерти, стихи о какой-нибудь личности

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • VÜCUDNAMƏ

    ə. və f. insanın doğulandan ölənə qədər həyatını təsvir edən aşıq şeiri forması

    Tam oxu »
    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
  • VÜCUDNAMƏ

    [ər. vücud və fars. ...namə] сущ. фолькл. хайи йикъалай эхиримжи йикъалди инсанди гьалай уьмуьрдин ччара-ччара девирар къалурдай ашукьрин шиирдин са ж

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • YAVAN

    ...bənzərsən. (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”) Qeyd: Bu vücudnamə orta məktəb dərsliklərinə (“Ədəbiyyat nəzəriyyəsi”, rus bölmə

    Tam oxu »
    Azərbaycan dastanlarının leksikası
  • YAVAN GİRƏR DUŞUNA

    ...bənzərsən. (“Şah İsmayıl”) Bu vücudnamə orta məktəb dərsliklərinə (“Ədəbiyyat nəzəriyyəsi”, rus bölməsi üçün “

    Tam oxu »
    Azərbaycan dastanlarının leksikası
OBASTAN VİKİ
Vücudnamə
Vücudnamə — aşıq şeri şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur. Koroğlunun "Bənzərsən" rədifli vücudnaməsi Azərbaycan poeziyasında bu şeir şəklinin ən tanınan nümunələrindəndir.