Yavan girər duşuna: ifadəyə həm məhəbbət dastanlarında (“Şah İsmayıl”), həm də Əndəlib Qaracadağinin “Şeirlər məcmuəsi”ndə rast gəlinir. (“Koroğlu” dastanının lüğəti)
”Zərnişan xanımın Çənlibelə gəlməyi“ qolunda misra “...cavan girər duşuna” şəklində işlənir.
On dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz bulanıq axan selə bənzərsən.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Qeyd: Bu vücudnamə orta məktəb dərsliklərinə (“Ədəbiyyat nəzəriyyəsi”, rus bölməsi üçün “Azərbaycan dili”) dəfələrlə salınsa da, bir qayda olaraq, ikinci bənd – məhz məktəblilərin yaş dövrünə aid olan bənd ixtisar olunur. Burada on beşində yavan girər duşuna misrası insan fiziologiyasında baş verən dəyişikliyə işarədir. Bu yaş dövründən etibarən gənc yuxuda arzu etdiyi gözələ qovuşur. Yalnız bu qovuşma yuxuda baş verdiyi üçün “yavan” sözü işlənmişdir. Akad. Nizami Cəfərov bunu “yaban” (çöl) sözü ilə əlaqələndirir.