Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sexe, violence, rap et flooze
Sexe, violence, rap et flooze - Busta Flexin ikinci mahnı albomu.
Sexe, violence, Rap & flooze Vol.2
Sexe, Violence, Rap & Flooze Vol.2 - Busta Flexin 2008-ci ildə çıxan mahnı albomu.
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
Silence (feat Leela)
Silence (feat Leela) – C. C. Catch tərəfindən 2004-cü ildə ifa edilən mahnıdır.
Sound of Silence
Sound of Silence (azərb. Sakitliyin səsi‎) — Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Dami İm "Sound of Silence" mahnısı ilə Avstraliyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Entoni Egizii və Devid Musumeci tərəfindən bəstələnmişdir.
Les Gardiens du Silence
Les Gardiens du Silence (azərb. Səssizlik qoruyucuları‎) – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur. == Haqqında == Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat!
No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da "sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No Good In Goodbye, The Energy Never Dies, Man On A Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon". Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton. Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.
Violonçel
Violonçel — yaylı ailəsindən dört simli musiqi aləti. == Növü == Bu çalğının atası viola da Gamba adı verilən 7 ədəd teli olan pərdəli bir çalğıdır. Violonçel; skripka, alt və kontrabas ilə eyni ailədəndir. Skripka ilə violonçelin görünüşü bir-birini xatırlatsa da ölçüləri çox fərqlidir. == Tarixi == XVI əsrdə ilk nümunələri Fransada ortaya çıxan bu çalğının şəkli qadın bədənini xatırladır. Başlanğıcda beş telli olaraq tərtib edilən bu çalğı, əvvəllər orkestrdə bas səsləri dəstəkləmək üçün istifadə edilmişdir. Tək başına diqqətə çarpan bir çalğı olaraq ortaya çıxması isə XVIII əsrdə olmuşdur. == Xüsusiyyətləri == Violonçel, ümumiyyətlə, akustik olaraq istifadə edilən bir alətdir. Hər məkanda (açıq alan, konsert salonu və s.) ifa oluna bilər. Qarşıdan baxıldığında gövdəsinin orta hissəsində olan və əl yazısı ilə f hərfini xatırladan 2 səs dəliyi, və eşik (körpü) olaraq adlandırılan bir dəstək olur.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. == Coğrafiyası == Velençe gölü Feyer əyalətində yerləşir.
Violonçel Sonatası (Şopen)
Violonçel Sonatası — Şopen tərəfindən yazılmış Violonçel sonatası (G (sol) minor, Op. 65) 1846-cı ildə yayımlanmışdır.Bu əsər Şopenin pianodan başqa instrumentlər üçün yazdığı 9-cu əsərdir (ancaq yenə də hər bir əsərinin içində piano var).39 illik həyatında 4 sonata yazan bəstəkarın digər 3 sonatası piano üçün idi.Bu violonçel sonatası isə onun sağlığında yayımlanmış sonuncu əsər olma xüsusiyyətini daşıyır.Sonata Auguste Frenchomme üçün yazılmış və ona həsr olunmuşdur.Sonata materialın cəmləşməsi nəzərindən diqqətə layiqdir: ilk hissədə musiqinin əsas hissəsi violonçelin açılışından inkişaf etməyə başlayır və müəyyən qaydada digər hissələrdə də davam edir.Əsərin son 3 hissəsi xalqa açıq şəkildə, bəstəkarın son konsertində, bəstəkarın özü və Franchomme ilə birlikdə 16 fevral 1848-ci ildə, Salle Pleyeldə ifa edildi. == Quruluşu == Əsər 4 hissədən ibarətdir: Alleqro moderato G (sol) minor Skerso D (re) minor, Trio D (re) major Larqo B♭ (si bemol) major Final. Alleqro G (sol) minor, sonluq G (sol) majorƏsərin ifası 30 dəqiqəyə yaxın vaxt tələb edir.
Sabir Əliyev (violonçel ifaçısı)
Sabir Hüseynəli oğlu Əliyev (10 may 1928, Bakı – 26 oktyabr 1983, Bakı) — violonçel ifaçısı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Əliyev Sabir Hüseynəli oğlu 1928-ci il may ayının 10-da Bakıda, qaynaqçı ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinə daxil olmuşdur. Musiqi məktəbini müvəffəqiyyətlə bitirən Sabir Əliyev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuş, L.Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil almışdır. 1951-ci ildə simli alətlər fakültəsini bitirmişdir.İlk dəfə 1950-ci ildə Bakı Dövlət Filarmoniyasında Sabir Əliyev (violonçel), Tofiq Bakıxanov (skripka), E.Əliyeva (piano) triosu ilə çıxış etmişdir. Təhsil aldığı ilk illər ərzində o, Sovet bəstəkarlarının klassik repertuarını müvəffəqiyyətlə mənimsəmiş, həmçinin bir çox konsert proqramlarında və Azərbaycan Dövlət Radiosunda çıxışlar etmişdir. 1950-ci ildə hələ tələbə ikən M. Rostropoviç, D. Şafran, Lesko kimi görkəmli sənətkarlarla birgə Yanoş Viqan adına Beynəlxalq müsabiqədə iştirak etmiş və Fəxri fərmana layiq görülmüşdür.Konservatoriyanı müvəffəqiyyətlə bitirən Sabir Əliyev orada müəllim kimi saxlanılmış və eyni zamanda Bülbül adına Musiqi Məktəbinin Simli alətlər şöbəsinin müdiri kimi çalışmışdır. Müslüm Maqomayev adına ADF-nın solisti, 1955-ci ilə qədər Üzeyir Hacıbəyov adına Simfonik orkestrin konsertmeysteri, Azərbaycan Dövlət Trio və Dövlət Kvartetinin üzvü, xalq mahnı və rəqslərinin təmsilçisi, milli bəstəkarların violonçel üçün bir çox kompozisiyaların ilk ifaçısı, respublikanın ilk simli kamera kollektivinin iştirakçısı və bir neçə illər ərzində kollektivin bədii rəhbəri olmuşdur.S.Əliyevin fəaliyyətinin digər sahəsi müəllimliklə bağlıdır. 1951-ci ildən başlayaraq ömrünün sonunadək konservatoriyada violonçel üzrə ixtisas dərslərini aparmışdır. Sabir Əliyev 1960-cı ildə "10 etüd violonçel üçün", 1966-cı ildə violonçel və fortepiano üçün "Pyeslər" əsərlərini bəstələmiş, 1968-ci ildə "Pyeslər" əsəri, 2008-ci ildə ibtidai siniflər üçün "Violonçel məktəbi" adlı dərsliyi çap olunmuşdur.Azərbaycanda violonçel ifaçılığının əsas ənənələrinin yaradıcısı olan Sabir Əliyev 30 peşəkar violonçel ifaçısı yetişdirmişdir.