Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Youlnir
Youlnir (isl. Jólnir) — 28 dekabr 1965-ci ildə sualtı vulkan püskürməsi nəticəsində meydana çıxan İslandiya sahillərində qısa müddət ərzində mövcud olan ada. 1963-cü ildə sualtı püskürmələr nəticəsində meydana çıxan Surtsey adasından 0,9 km cənub-qərbdə yerləşirdi. Youlnir kiçik bir ada olmuşdur. Sahəsi 0,3 km², ən yüksək nöqtəsi 70 m-ə çatırdı. Artıq 6 yanvar 1966-cı ildə ada tədricən aşınmağa başlayır. Avqustun 10-da püskürmələr dayandıqdan sonra Youlnirin konus formalı zirvəsi 64 metrə qədər azalır. Sentyabrın sonunda Youlnir demək olar ki, tamamilə su altında qalır. Oktyabr ayının sonunda isə ada tamamilə yoxa çıxır. Bənzər bir şey Surtseyin yaxınlığında yerləşən Sirtlinqurda baş verir.