Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mastail
Mastail — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1049 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Mastəyl adlanır. Kəndin adı talış dilindəki most (qatıq) və əyi (Əli adının yerli tələffüz formasıdır) sözlərindən düzəlib, “qatıq satan Əli, qatıqçı Əli” mənasındadır. Həqiqətən də Əli adlı bir nəfər vaxtilə uzun müddət həmin kənddə qatıq satmaqla məşğul olmuşdur. Digər mülahizələrə görə, bu oykonim talış dilindəki mıstəyl sözündən olub, mis filizinin çıxdığı yer” deməkdir.
Batail zona