Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tempate:welcome
Welcome to the Heartbreak Hotel (albom)
Welcome to the Heartbreak Hotel (azərb. Sınmış qəlblər mehmanxanasına xoş gəlmişsiniz‎) – C. C. Catch-in 1986-cı ildə çıxardığı ilk albomudur.
Welcome to the N.H.K.
Welcome to the N.H.K. (N・H・Kにようこそ!, N.H.K. ni Yo:koso, NHK-yə xoş gəlmisiniz!) — ranobe və onun anime və manqa adaptasiyaları. Orijinal məzmunun müəllifi Tatsuhiko Takimoto, qrafika — Yoşitoşi Abe.. == Məzmun == Hikikomori - cəmiyyətdən özünü təcrid etmiş, olduqca qapalı həyat tərzi sürən insanları Yaponiyada belə adlandırırlar. 22 yaşlı Sato Tatsuhiro da hikikomoridir. O da, hər bir hikikomori kimi işləmir, oxumur və evdən demək olar ki, çölə sırf alış-veriş etmək üçün çıxır. Dostu və sevdiyi qız isə yoxdur. Günlərin bir günü Satonun mənzilinin qapısını 2 missioner döyür... == Personajlar == Tatsuhiro Sato (佐藤 達広) — baş qəhrəman. Orijinal novellaya görə, bir gün ətrafdakıların ona güldüyünü zənn etməyə başladı.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) şüurlu androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus obrazları üçün müsiqi bəstələmişlər.