Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ahimsa
Ahimsa (sanskr. अहिंसा, pali avihiṃsā) — qədim hind davranış və fəaliyyət prinsipi olub, burada ilk tələb zərər verməmək, zorakılıq etməməkdir. Hinduizm, buddizm və caynizmdə əsas fəzilətdir. Bu söz sanskritcə hiṃs kökündən gəlir - “döymək”; hiṃsa - “zərər vermək”, “məhv etmək”. A prefiksi onun inkarıdır, yəni “zərər verməmək” . Ahimsa, onu yaradan insanlara qarşı deyil, pisliyin özünə (nifrət, əzab) qarşı yönəlmiş, dünyada pisliyin, şərin azalmasına səbəb olan davranış kimi müəyyən edilir. Ahimsa əməl, söz və düşüncə ilə bütün canlılara (insanlara, heyvanlara; caynizmdə bitkilərə də qulluq etmək) zərər verməkdən (öldürməkdən, zorakılıqdan) imtina etməkdən ibarətdir Ahimsa prinsipi e.ə. I minilliyin ortalarından başlayaraq hind dini fikrində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yeni istiqamətlərin nümayəndələri: Ajivika, sonra caynizm və buddizm, heyvanların kəsilməsi ilə ritual qurbanların vedik praktikasına qarşı çıxmışdırlar. Eramızdan əvvəl III əsrə qədər ahimsa anlayışı hind mədəniyyətində o qədər mərkəzi yer tutur ki, kral Aşoka bütün inancları birləşdirmək cəhdində qayaüstü fərmanlarının ilk ikisini ona həsr etmişdir.
Hims
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Hims mühafazası
Hüms mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 42.223 km², inzibati mərkəzi Hüms şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.977 milyon nəfərdir .
Hims mühafəzəsi
Hüms mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 42.223 km², inzibati mərkəzi Hüms şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.977 milyon nəfərdir .