Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wireless LAN
Simsiz lokal şəbəkə (ing. wireless local area network; qısaca "Wireless LAN" və ya "WLAN") — ev, məktəb, kompüter laboratoriyası, yataqxana və ya ofis binası kimi məhdud ərazidə yerli şəbəkə (LAN) yaratmaq üçün simsiz rabitədən istifadə edərək iki və ya daha çox cihazı birləşdirən simsiz kompüter şəbəkəsi. Bu istifadəçiləri əhatə dairəsində hərəkət etmək və şəbəkəyə bağlı qalmaq imkanı ilə təmin edir. Simsiz lokal şəbəkə həmçinin şəbəkə keçidi vasitəsilə internetə daha genişmiqyaslı qoşulma potensialına malikdir. IEEE 802.11 standartlarına əsaslanan simsiz lokal şəbəkələr dünyada ən çox istifadə edilən kompüter şəbəkələridir. Bunlar adətən Wi-Fi adlanır və bu, "Wi-Fi Alliance"a məxsus ticarət nişanıdır. Onlar notbuk kompüterləri, printerləri, smartfonları, veb televizorları və oyun cihazlarını simsiz ruter ilə birləşdirən ev və kiçik ofis şəbəkələri üçün istifadə olunur. Restoranlarda, kafelərdə, otellərdə, kitabxanalarda və hava limanlarında ruter vasitəsilə təmin edilən qaynar nöqtələr istehlakçılara portativ simsiz cihazlarla internetə daxil olmaq imkanı verir. == Tarixi == Havay Universitetinin professoru Norman Abramson dünyanın ilk simsiz kompüter rabitəsi şəbəkəsi olan "ALOHAnet"i yaratmışdı. Sistem 1971-ci ildə fəaliyyətə başlayıb.
Wireless Application Protocol
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Australian Singles Chart
ARIA Charts — Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Canadian Singles Chart
Canadian Singles Chart — Kanadanın rəsmi hit paradı. Hit parad hər həftənin Çərşənbə günü yayımlanır.
Danish Singles Chart
Dutch Singles Chart
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) — 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Norwegian Singles Chart
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Spanish Singles Chart
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Swedish Singles Chart
Sverigetopplistan — yayımlandığı ilk dövrlərdə Topplistan və Hitlistan adlarıyla tanına İsveçin rəsmi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
UK Singles Chart
UK Singles Chart — Böyük Britaniyanın rəsmi hit paradı. Hit parad nüfuzuna görə yalnız ABŞ -ın Billboard Hot 100 hitparadı ilə müqayisə edilə bilər.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
European Hot 100 Singles
European Hot 100 Singles — Billboard and Music & Media jurnalları tərəfindən 1984-cü ilin martında yaradılmış hit parad. Hit parad 15 Avropa ölkəsində rəsmi sinql satışlarının nəticələrinə əsaslanır.
Visionary: The Video Singles
Visionary: The Video Singles — Maykl Ceksonun 2006-cı ildə işıq üzü görən albomu.
Co İnqles
Co İnqles (əsl adı: ing. Joseph Howarth; d. 2 oktyabr 1987; Adelaida, Cənubi Avstraliya) — Atıcı və mərkəz mövqelərində oynayan Avstraliyalı basketbolçudur. Hal-hazırda NBA komandalarından "Yuta Caz"da oynayır. İngilis əsillidir. Solaxay olan basketbolçu mərkəzdə oynamasına baxmayaraq atıcılıqda çox məşhurdur. 2,3 metr boyu və 98 kq (217 Ib) çəkisi olan İnqles Avstraliya milli komandasının ən dəyərli oyunçularından biridir. Milli komandası ilə birlikdə 2009-cu ildə gümüş, 2011-ci ildə FİBA Okeaniya Çempionatında qızıl medal qazanmışdır. == İlk illəri == Co İnqles universitet karyerası ərzində Kanberra şəhərində olan Lake Ginninderra kollecində basketbol oynayıb. Daha sonra göstərdiyi oyunlarla əlaqədar maraqları qazanan uğurlu oyunçu kollec karyerasını bitirdikdən sonra Avstraliya 1.
Playa-del-İnqles
Playa-del-İnqles (isp. Playa del Ingles) — Qran-Kanariya ərazisində yerləşən kurort ərazisi. == Ümumi məlumat == Bu ərazinin adının yaranmasının müxtəlif versiyaları vardır. Belə ki, XX əsrin əvvəllərində burada fransız qadın dincəlirmiş. Yerli əhali onu ingilis hesab etdiyindən çinərliyə bu cür ad vermişlər. Çimərlik uzununa uzanan qumlu dyunlarla zəngindir. Çimərlik San-Aqustindən başlayaraq Maspalomasa qədər uzanır. Ərazi 1960-cı illərə qədər səhralıq olmuşdur. Bundan sonra burada genişmiqyaslı tikinti işləri aparılmış və kurort zonası salınmışdır. Playa-del-İnqlesdə 2013-ci ilə olan məlumata görə əhalisi 7,515 nəfər olmuşdur.