Stemmacantha carthamoides
Saflorabənzər rapontikum (lat. Rhaponticum carthamoides) — rapontikum cinsinə aid bitki növü.
Saflorabənzər rapontikum çoxillik ot bitkisidir. Kökümsovlu, üfüqi istiqamətdə yerləşən, kökləri incə, zərif olub, çoxsaylıdır. Gövdəsi sadə, hündürlüyü 0,5-1,8 (2,2)m içiboş, oyuqlu, kiçik şırımlı, hörümçək toruna bənzəyən naxışlı formasındadır. Yarpaqları zəif görünən hörümçək toruna və dərin lələyəoxşar bölümlü, uzunluğu 12-40 sm, eni isə 5-20 sm, iri ucluqlu, aşağı yarpaqları saplaqlı, zirvədəki yarpaqları isə oturaq, bütöv və iridişciklidir. Gövdənin zirvəsində tək, iri (diametri 3-8 sm) bənövşəyi rəngli səbətciyi vardır.
Subalp, alp çəmənliklərdə, yuxarı meşə qurşaqlarında (pöhrəliklərdə), enliyarpaqlı-sidr meşəliklərində, hündürotluq meşə çəmənliklərdə, göl və çay sahillərində yayılmışdır.
Kökümsov və kökləri toxumları yetişdikdən sonra avqust-sentyabr aylarında toplanılır. Toplanıldıqdan 15-20 il sonra təkrar bərpa prosesi gedir.