Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Norman Uizdom
Norman Uizdom — Britaniyalı komik Norman Uizdom 1915-ci ildə Londonda doğulub və karyerasını müzik-hollda çıxışla başlayıb. O, populyar mister Pitkin personajını özü yaradıb və bu rolla bir çox filmlərdə çəkilib. Onların arasında "Mister Pitkin düşmən arxasında", "Mister Pitkin xəstəxanada" və "Mister Pitkin baş-ayaq" filmləri keçmiş SSRİ telekanalları ilə də nümayiş etdirilib. Bundan əlavə, Uizdom ssenarist, prodüser və bəstəkar kimi də çalışıb. O, 2000-ci ildə cəngavər titulu alıb. Son vaxtlara qədər Men adasında yaşayıb və vaxtaşırı səhnədə görünüb. Kütləvi informasiya vasitələri 2008-ci ildə onun ölümü barədə məlumat yaysalar da, xəbər az sonra təkzib edilib. Nəhayət 2010-cu ilin 4 oktyabrında Uizdom 95 yaşında Men adasındakı qocalar evində keçinib.
X Window sistemi
X Window sistemi - (ing. X Window System) – 1984-cü ildə Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology, MIT) yaradılmış və UNIX əməliyyat sistemində işləyən pəncərələrin idarəolunması sistemi. X Window istifadəçiyə imkan verir ki, proqramı şəbəkənin başqa kompüterlərində başlatsın, sonra isə nəticəni öz kompüterinin ekranında alsın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Avengers Confidential: Black Widow & Punisher
Avengers Confidential: Black Widow & Punisher (アベンジャーズ コンフィデンシャル: ブラック・ウィドウ & パニッシャー, Abenjāzu Konfidensharu: Burakku Widō & Panisshā) — 2014-cü il istehsalı direct-to-video animesi. Anime filmi Marvel Anime seriyası çərçivəsində SH DTV AC BW&P Partners, Marvel Entertainment, Sony Pictures Entertainment Japan və Madhouse tərəfindən istehsal olunmuşdur. Anime filmi Şimali Amerikada Blu-ray və DVD diskində 25 mart 2014-cü ildə yayımlanmışdır. == Məzmun == Cəzalandırıcı SHIELD-in məxfi missiyasına müdaxilə etdiyindən həbsə SHIELD tərəfindən həbsə salınır. Onun azad edilməsi qarşılığında Cəzalandırıcı Qara dul ilə birlikdə partnyor olub, SHIELD texnologiyasını oğurlayıb satmaq istəyən Leviafan terror təşkilatını dayandırmağa çalışır. == Rollarda == Bundan əlavə filmdə görünən digər personajlar: Tor, Müharibə maşını, Kapitan Marvel, Biçinçi Qrim, Qraviton, Taskmaster, Kont Nefariya və Baron Zemo. == Çəkiliş heyəti == Ceym Simon — aktyor və səsləndirmə direktoru. == İstinadlar == == Xarici keçidlər == sonypictures.com/movies/avengersconfidentialblackwidowpunisher/ — Avengers Confidential: Black Widow & Punisher rəsmi saytı Avengers Confidential: Black Widow & Punisher (anime) Anime News Network Ensiklopediyasında Avengers Confidential: Black Widow & Punisher — Internet Movie Database saytında.