Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkman
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. == Vətəndaş müharibəsi == 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi. Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu. 2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Bülənt Korkmaz
Bülənt Korkmaz (türk. Bülent Korkmaz, 24 noyabr 1968, Malatya) — Türkiyə futbolçusu, Qalatasaray klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi, futbol məşqçisi. == Həyatı == 24 noyabr 1968-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. == Baş məşqçi karyerası == Karyerası boyu 4 klubda çalışmış məşqçi onların heç birində bütöv mövsüm keçirə bilməyib. Ən yaxşı halda, Kayseri Ərciyəssporla bir mövsümün ikinci dövrəsini sona çatdırıb, növbəti birinciliyin ilk dövrəsinin ortalarında istefaya göndərilib. Digər 3 komandada isə 1 dövrədən artıq ona güvənən olmayıb. 2009-cu ilin sentyabr ayında Bakı futbol klubu ilə 1+1 şərtilə rəsmi müqavilə bağlayıb.
Corc Foreman
Corc Foreman (10 yanvar 1949, Marşall[d], Texas) — istefaya çıxmış ABŞ professional boksçusu, iki dəfəlik Dünya Ağır Çempionu, Olimpiya qızıl medalisti. Ring jurnalı tərəfindən bütün zamanların ən böyük 25 döyüşçüsündən biri seçildi. Mexikoda keçirilən 1968-cı il Yay Olimpiadalarında ağır çəkidə qızıl medal qazanmışdır. Peşəkar kariyesinde cəmi 81 dəfə yarışmış, 76 döyüşü udmuşdur, bunlardan 68-i nakault ilə nəticələnmişdir. 5 dəfə məğlub olmuşdur. Corc Foreman indi uğurlu iş adamıdır.
Dortman firəngotu
Dortman firəngotu (lat. Lobelia dortmanna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna lacustris (Salisb.) G.Don Lobelia lacustris Salisb. Rapuntium dortmanna (L.) Chaz. === Heterotipik sinonimləri === Lobelia dortmanna var. decolor H.Lindb. Lobelia dortmanna f. decolor (H.Lindb.) Hiitonen Lobelia dortmanna f. ramosa Murb. Lobelia dortmanna f.
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. == Həyatı == Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Nordman apollonu
Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir. == Qısa təsviri == Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir.
Nordman appolonu
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. == Morfoloji əlamətləri == Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Soraman (Uçalı)
Soraman (başq. Сораман, rus. Сураманово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 69 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 9 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycanca danışırlar.
Tezxarab (Türkman)
Tezxarab (fars. تيزخراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (76 ailə).
Türkman (Urmiya)
Türkman (fars. تركمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (40 ailə).
Türkman Məmmədov
Türkman Yolçu oğlu Məmmədov (azərb. Məmmədov Türkman Yolçu oğlu;‎28 sentyabr 1998 – 27 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Türkman Məmmədov 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə almışdır. 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci il Füzuli- Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Türkman dağı
Türkman dağı, həmçinin Çəbəl-Türkman, Cəbəl-əl-Türkman (ərəb. جبل تركمان‎ türk. Türkmen Dağı) — Suriyanın şimal-qərbində, Latakiya bölgəsində, Türkiyə ilə sərhəddə yerləşən El Nusayriyə Dağlarının bir hissəsi olan dağ silsiləsi. Silsilə burada yaşayan Suriya türkmanlarınin (türklər, türkmanlar) adından götürülmüşdür. == Tarixi == Türkman dağı Suriyanın Latakiya bölgəsinin şimalında, Türkiyə sərhədi yaxınlığında türkcə Bayırbuçak adlanan ərazidə dağ silsiləsidir. Dağ silsiləsi Əl-Laziqiyyə mühafəzəsinin şərq uzunluğu boyunca uzanır. Bölgədə daha çox Suriya türkmanları yaşayır. Qeyd edək ki, Bayırbucakda 72 türkmən kəndi var. Bunlardan 54-ü muxtar statusa malikdir. Onlardan 18-i təsərrüfat statusludur.
Türkman (etnonim)
Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır. Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir.
Türkman soyqırımı
Türkman soyqırımı — İŞİD tərəfindən İraqda yaşayan türkmanlara qarşı törədilən sistematik qətl, təcavüz, edam, qovulma və cinsi köləliyə cəlb olunma halları. Bu, İŞİD-in türkmanların yaşadıqları əraziləri ələ keçirməsi ilə başlamış, onların İraqdakı bütün torpaqlarını itirməsinə qədər davam etmişdir. 2017-ci ildə soyqırım kimi tanınıb, 2018-ci ildə isə İraq türkmən qız və qadınlarının cinsi köləliyi Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. Bəzi türkman milli azlıq və insan haqları təşkilatları repressiyanın türkofob xarakteri daşıdığını bildirmişdir. == Zəmin == Türkmanlar İraqda üçüncü ən böyük etnik qrupdur. Onlar türk mənşəlidirlər və cənubdan ərəblər, şimaldan isə kürdlərlə əhatə olunmuş tarixi Türkməneli regionunda yaşayırlar. Onların əhalisi məzhəb baxımından sünni və şiə arasında demək olar ki, bərabər bölünür və bu, repressiyada rol oynayan əsas amillərdəndir. Həm sünni türkmənlər, həm də şiə türkmənlər İŞİD-in hədəfinə çevrilib. Türkmanlar əvvəllər Altınkörpü qətliamı, Gavurbağı qətliamı, 1924-cü il Kərkük qətliamı və 1959-cü il Kərkük qətliamı kimi repressiv hadisələrin hədəfi olmuşdular. İŞİD-in 2014-cü ilin iyununda Şimali İraqa hücumu zamanı əhalisinin mühüm bir qismi türkman olan Mosul, Təlafər, Tikrit şəhərləri, Kərkük və Diyalə mühafəzələrinin bir hissəsi kimi bir çox ərazini ələ keçirmişdir.
İbrahim Toraman
İbrahim Toraman (20 noyabr 1981 və ya 20 oktyabr 1981, Sivas) — Stoper bölgəsində oynamış türk keçmiş milli futbolçudur. == Klub karyerası == === Sivas DSİ Spor === İbrahim Toraman futbola Sivas DSİ Sporda başlayıb və 6 il həvəskar kimi çıxış edib. Burada oynayarkən həvəskar komandalar əsasında Qaziantepspor, MKE Ankaragücü və Gençlerbirliği kimi klubların diqqətini çəkib. === Qaziantepspor === O, əvvəlcə "Qaziantepspor" a gedib və təxminən 7 il Qaziantepdə qalıb. Qaziantepsporun bütün gənclərdən ibarət komandalarında çıxış edib. === Beşiktaş === 2004–2005 Bir çox böyük komandanın transfer siyahısında birinci olan İbrahim Toraman 2004–2005 mövsümündən əvvəl "Beşiktaş" la 3 illik müqavilə imzalamışdı. Həmin mövsüm liqada 25 matçda 1 qolla, 1 kubokda və 2 UEFA kubokunda matça çıxıb. 2005–2006 2005–06 mövsümündə liqanın ilk həftəsində Kayseri Erciyesspor ilə ilk oyununu keçirdi. O, ilk qolunu "Diyarbakırspor" və Mustafa Doğana vurub və Kürşat Duymuş müdafiənin ürəyindəki ad oldu. Mövsüm ərzində o, 16 liqa oyununa çıxıb və 3 qol vurub.
Robert Kirkman
Robert Kirkman (30 noyabr 1978[…], Leksinqton, Kentukki) — amerikalı komiksçi, ssenarist və prodüser. O, "Gəzən ölülər" və "Invincible" komikslərinin və "Fear the Walking Dead" teleserialının yaradıcısıdır. Robert həmçinin Marvel Comics-in məhdud buraxılışı olan "Marvel Zombies"in müəllifir. O, 2010-cu ildə Skybound Entertainment şirkətinin əsasını qoymuşdur. == Həyatı == Robert Kirkman 30 noyabr 1978-ci ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. O, ştatın digər şəhəri olan Sintianada böyümüşdür. Kirkman zombi filmlərinin və oyunlarının pərəstişkarıdır. Onun sevdikləri arasında "Yaşayan ölülərin gecəsi" və "Zombi 2" filmləri və "Resident Evil" oyun seriyası var.
Kris Norman
Kris Norman (25 oktyabr 1950) — Böyük Britaniya ifaçısıdır. 1980-ci illərdə bir sıra sinqlları ilə məşhurluq qazanmışdır. 1986-cı ildə Alman prodüseri və ifaçısı Diter Bolen tərəfindən yazılan "Midnight Lady" mahnısı ölkələrdə ən yüksək zirvədə parlayırdı. == Albomlar == 2011: Time Traveller 2009: Live-DVD und CD Chris Norman The Hits! (Liveauftritt Tempotrom Berlin April 2009) 2009: The Hits!From His Smokie And Solo Years (Doppel-CD incl.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.