Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xalçaçı
Xalçaçılıq — kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. == Ümumi məlumat == Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar. Şimali və Cənubi Azərbaycanın ərazilərində müxtəlif dövlətlər və dinlər meydana gəlmiş, müharibələr getmiş, müxtəlif mədəniyyətə malik tayfalar bir-birlərini əvəzləmişlər. Qonşu və ya bir-biri ilə müharibə edən müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqə əlbəttə ki, qaçılmazdı. Bu proseslər öz əksini xalçaçılıqda da tapmışdı. Azərbaycanın ərazisində özünəməxsus məktəbi və özünəməxsus stili olan xalçaçılıq mərkəzləri formalaşmağa başlamışdı. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. == Azərbaycanda xalçaçılıq sənətinin tarixi == Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır.
Cəbrayıl Əhmədov (xalçaçı)
Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası, "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. == Həyatı == XX əsrin əvvəllərində Azərbaycanın sayılıb-seçilən tacirlər, milyonçular olmuşdur. Onlardan biri Bakı milyonçusu, tacir Əhmədov Cəbrayıl idi. Cəbrayıl Əhmədov Əhməd oğlu oktyabr 1876-cı ildə Bakı şəhərində anadan olmuşdur. "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. 1928-1966-cı illərdə Birliyin istehsalat şöbəsinin müdiri olmuşdur. Cəbrayıl Əhmədovun fəaliyyəti dövründə Bakı xalça artelində yüksək kefiyyətə malik bir sıra xalçalar—Nizaminin "Xəmsə"si, "V.İ. Lenin", "İ.V.Stalin" (70 metr olan bu xalça ölçüsünə görə Azərbaycanda toxunan ən böyük xalçadır, Azərbaycanın xalçaçılıq tarixində bu günə kimi bu böyüklükdə xalça toxunmamışdır), "Ü.Hacıbəyov", "M.Əzizbəyov", "T.Q.Şevçenko" və s. portret xalçaları toxunulmuşdur. Dövrünün gənc milyonçusu olan Cəbrayıl Əhmədovun Bakı şəhəri Kominist indiki İstiqlaliyyət küçəsində ticarət obyektləri olmuşdu. Gənc milyonçu həmin obyektlərinə öz şəxsi gəmiləri ilə Avropa ölkələrindən əntik əşyalar gətirərdi.
Vidadi Muradov (xalçaçı)
Vidadi Aydın oğlu Muradov (5 mart 1956, Bərdə – 4 noyabr 2021, Bakı) — xalçaçı-ekspert, tarix elmləri doktoru, professor, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuşdur. == Həyatı == 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1974–1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil almışdır. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə" elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmusdur. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilmişdir. 4 noyabr 2021'ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəli idi, üç övladı var. == Elmi yaradıcılıq istiqaməti == Xalçaçılıq sənətinin tarixi köklərinin araşdırılması, qədim ənənələrinin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması və s.
Xalçaçı günü (Azərbaycan)
Xalçaçı günü - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd ediləcək.
Xülya Cəfərova
Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Cəfərova; d. 17 fevral 1992. Qəbələ, Azərbaycan) — Azərbaycanlı yazıçı, jurnalist, tərcüməçi. == Həyatı == Xülya Cəfərova 1992-ci il fevralın 17-də Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ailəlidir, bir övladı var. == Təhsili == Orta təhsilini 1998-2009-ci illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Buldaci
Buldaci — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Buldaci bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,905 nəfər və 2,598 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar. Bu şəhər öz gəzi ilə seçilir.
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var == Mükafatları == 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.
Knipoviç xulları
Knipoviç xulları (lat. Knipowitschia) — Xulkimilər fəsiləsinə daxil olan balıq cinsi. Hind Okeanında yaşayan növləri dünyanın ən kiçik balıqlarıdır və uzunluğu 1 sm təşkil edir.
Kulyuçi (Askın)
Kulyuçi (başq. Ключи, rus. Ключи) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kulyuçi kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 25 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 132 km.
Yanoş Xunyadi
Yanoş Hunyadi (mac. János Hunyadi , 1407- 11 avqust 1456) – Orta əsrlərdə Macarıstanda hərbi və siyasi xadimi == Ailəsi == XV əsrin əvvəllərində Transilvaniyada fermer ailəsində anadan olmuşdur. Macar kralı Siqismund tərəfindən 1409-cu ildə Hunyad qalası dərəbəyliyi atası Voyka verildiyi üçün sinifi təbəqələri yüksəldi. Bu hadisədən sonra ailəsi Hunyad soyadını qəbul edir. 1429-cu ildə soylu bir ailənin qızı olan Elizabet Szilaqi ilə evlənir. Həmin il Macar Kralı Siqismundun sarayında xidmətə başlayır. Soylu bir qadınla evlənməsi və Serb şahzadəsi Lazareviçin dəstəyi ilə krallıq nəzdində tanınmış bir şəxsə çevrilir. Hərbi səfərlər zamanı əldə etdiyi müvəffəqiyyətlər, reformist Yan Qusun edamı ilə əlaqədar çıxan çaxnaşmaların yatırdılmasındakı rolu onun məşhur bir döyüşçü kimi tanınmasına səbəb olur. == Hərbi karyerası == 1431-ci ildə Macar kralı Siqismundun əmri ilə Milan Hersoqu Flippo Mariya Viskontinin dəstəsinə qoşulur. Burada 2 il xidmət göstərir.