Xülya Cəfərova

Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Cəfərova; d. 17 fevral 1992. Qəbələ, Azərbaycan) — Azərbaycanlı yazıçı, jurnalist, tərcüməçi.

Xülya Cəfərova
Doğum tarixi (31 yaş)
Doğum yeri Qəbələ, Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili

Bakı Dövlət Universiteti

AMEA
İxtisası jurnalist
Fəaliyyəti yazıçı, pedaqoq, tərcüməçi
Əsərlərinin dili Azərbaycan dili, ingilis dili
Janr fantastika
İlk əsəri Külək: Yel kürəsinin şahzadəsi (roman)

Həyatı[redaktə | mənbəni redaktə et]

Xülya Cəfərova 1992-ci il fevralın 17-də Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ailəlidir, bir övladı var.

Təhsili[redaktə | mənbəni redaktə et]

Orta təhsilini 1998-2009-ci illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə Lider TV-də jurnalist kimi başlamışdır. Ardınca, bir sıra qurumlarda jurnalist və tərcüməçi kimi fəaliyyət göstərmişdir. "ASAN Könüllülük Məktəbi"nin məzunu olmuşdur. Hazırda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin mətbuat katibidir. Bədii yaradıcılığa maraq Xülya Cəfərovada uşaq yaşlarından yaranmışdır. 2010-cu ildə “Mənim dahi dostum” [1] adlı ilk məqaləsi 525-ci qəzetdə nəşr olunmuşdur. Tələbəlik illərindən başlayaraq müntəzəm olaraq mətbuatda yazılarla çıxış etməkdədir. Bununla yanaşı, “Ye, Dua et, Sev”, “Aclıq Oyunları: Alov Yanacaq” və “Aclıq Oyunları: Zığ-zığ quşu” əsərlərini Azərbaycan dilinə çevirmişdir. Külək: Yel kürəsinin şahzadəsi (roman) müəllifin ilk kitabıdır. Əsər Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların yer aldığı fentezi romandır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Külək trilogiyası[redaktə | mənbəni redaktə et]

  1. "Külək: Yel kürəsinin şahzadəsi"
  2. "Külək - Bozqurdun sirri"
  3. "Külək: ... "

Romanlar[redaktə | mənbəni redaktə et]

  1. Sinif yoldaşları (roman)

Hekayələr[redaktə | mənbəni redaktə et]

  1. Zülmət qırmızı
  2. “Qar”anlıq
  3. Həddini bilmə sənəti
  4. Qulaqsız canavar
  5. Vətənin pıçıltısı
  6. Dünyanın sonu
  7. İkiüzlü Yanus

Filmlərin təhlili[redaktə | mənbəni redaktə et]

  1. “Gəliş” filmi
  2. "Əli və Nino" filmi
  3. "Evdə" filmi
  4. "Dərzi" filmi
  5. “Otaq” filmi

Tərcümələr[redaktə | mənbəni redaktə et]

  1. Ye, Dua et, Sev
  2. Və alov doğacaq
  3. Zığ-zığ quşu

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. https://oxu.az/culture/242515 - Azərbaycan ədəbiyyatında ilk superqəhrəman
  2. http://www.3alma.az/book,308/lang,az/ Arxivləşdirilib 2018-06-05 at the Wayback Machine - "Külək: Yel kürəsinin şahzadəsi" kitabı tezliklə satışda
  3. https://azertag.az/xeber/Yel_kuresinin_sahzadesi-1153997 - Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq.
  4. https://azvision.az/news/144936/asan-konulluluk-mektebinin-mezunu-kitab-yazib.html[ölü keçid] - ASAN Könüllülük Məktəbinin məzunu kitab yazıb.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]