Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaççiçəklilər
Azçiçəkli yovşan
Azçiçəkli yovşan (lat. Artemisia pauciflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Qazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır.
Qara xaççiçək birəciyi
== Quruluşu == Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar. == Yayılması == Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır. == Qışlaması == Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar. == Qidalanması == Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir. == Nəsilvermə == əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir.