Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atatürkü Xatırlama, Gənçlik və İdman Günü
Atatürkü Anma Gənclik və İdman Bayramı (türk. Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı. == Tarixi == Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır. 12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.
Entomoloji mikropreparatların hazırlanma texnikası
== Entomoloji mikropreparatların hazırlanma texnikası == Böyük ixtisas təcrübə məşğələlərində çox vaxt müxtəlif entomoloji obyektlərin mikropreparatlarından istifadə olunur. Tədris prosesində hər hansı bir həşərat növünün morfoloji və anatomik quruluş xüsusiyyətləri tədqiq olunan zaman tələbənin preparat hazırlama texnikası ilə tanışlığı və özünün həmin prosesə yiyələnməsi vacibdir. Adətən entomoloji obyektin xarakterindən asılı olaraq, müvəqqəti və ehtiyat üçün (daimi) mikropreparatlar hazırlanır. Müvəqqəti preparatlar bir qayda olaraq, məşğələlərdə istifadə olunmaq üçün hazırlanır. Məsələn, çox kiçik ölçülərə malik olan həşərat növündən və ya onun pəncəsi və s. orqanından bir damla suda əşya şüşəsi üzərində hazırlanıb mikroskop altında baxılır. Ehtiyat (daimi) mikropreparatların hazırlanması daha mürəkkəbdir. Adətən kafedralarda bu preparatlardan çoxlu sayda istifadə olunur. Lakin magistr tələbənin mikropreparatların hazırlanması texnikasına yiyələnməsi üçün onun bu işə cəlb olunması vacibdir. Daimi mikropreparatların hazırlanmasında çox vaxt mikrotom kəsiklərindən istifadə olunur.