Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Moisey Xorenli
Moisey Xorenli və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiya və anaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi. Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Movses Xorenli

Movses Xorenli medalı
Movses Xorenatsi medalı — Ermənistan Dövlət Mükafatıdır. 1993-cü ildə təsis edilib. ER parlamenti tərəfindən 23 iyun 1993-cü ildə qəbul edilmişdir. ER Prezidenti tərəfindən 26 iyul 1993-cü ildə imzalanmışdır. Avqustun 8-də qüvvəyə minən "Movses Xorenatsi medalı haqqında" ER qanununa əsasən (qanun 2014-cü il avqustun 9-da başa çatıb). Bu , Mxitar Heratsi medalı, Mxitar Qoş medalı və Anania Şirakatsi medalı ilə birlikdə ermənilərin ən qədim şəxsiyyətlərini simvolizə edən medalıdır. 2014-cü ildə yenidən təyin olundu. ER parlamenti tərəfindən 21 iyun 2014-cü ildə qəbul edilmişdir. ER Prezidenti tərəfindən 18 iyul 2014-cü ildə imzalanmışdır. Avqustun 9-dan qüvvəyə minən "Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında" ER qanununa əsasən.
Erməni tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. == Xüsusiyyətlər == Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N.Y.Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Ermənistan tarixi-Moisey Xorenli

Ermənistan tarixi (Moisey Xorenli)