Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xurnik
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır. Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Runiz
Runiz – İranın Fars ostanının İstəhban şəhristanının Runiz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,991 nəfər və 1,466 ailədən ibarət idi.
Xuris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Adi xurnik
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid biki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Xakriz (Əsədabad)
Xakriz (fars. خاکریز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,089 nəfər yaşayır (316 ailə).
Xəkriz (Biləsuvar)
Xəkriz (fars. خاكريز‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (44 ailə).
Xəkriz (İcrud)
Xəkriz (fars. خاكريز‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (41 ailə).
Xuniq (Əhər)
Xuniq (fars. خونيق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 783 nəfər yaşayır (167 ailə).
Frenki Muniz
Fransisko Muniz IV (ing. Frankie Muniz; 5 dekabr 1985, Vud-Ric[d], Nyu Cersi) — ABŞ aktyoru. 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomundakı baş rolu ilə məşhurlaşıb. Serialdakı ifasına görə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. Televiziyadan əlavə o, "Deuces Wild", "Big Fat Liar", "Agent Cody Banks" və "Racing Stripes" filmlərində çəkilmişdir.2008-ci ildə o, yarış avtomobili sürücüsü olmaq üçün aktyorluğa fasilə verdi. O, hətta Atlantic Championship adlı yarış çempionatında da iştirak etmişdir. == Həyatı == Fransisko Muniz IV 5 dekabr 1985-ci ildə Nyu-Cersi ştatının Vud-Ric şəhərində anadan olub. Onun anası Denis tibb bacısı, atası Fransisko Muniz III isə restoran meneceri olub. Munizin anası yarı irland yarı italyan, atası isə Asturiya mənşəli puerto-rikoludur. Onun Kristina adlı böyük bacısı var.
Akapulko de Xuarez
Akapulko tam adı Akapulko-de-Juarez (isp. Acapulco de Juarez) — Meksikada Sakit okeanın sahilində, liman şəhəri. == Tarixi == Şəhərin əsası 1531-ci ildə qoyulub. Astek dilində anlamı qamışdır. == Coğrafiyası == Meksikada yerləşir == Zəlzələ == Meksikalı səlahiyyətlilər, paytaxt Mexiko ilə ölkənin Böyük Okean sahilindəki əhəmiyyətli turizm şəhəri Acapulkoda binaların sarsılmasına və xalqın çaxnaşma içində qaçışmasına səbəb olan zəlzələdə 3 adamın öldüyünü ancaq geniş diametrli bir ziyan meydana gəlmədiyini bildirib. ABŞ Geoloji Araşdırma xidmətindən edilən şərhdə, 64,9 kilometr dərinlikdə meydana gələn zəlzələnin mərkəz əsasının Qerrero əyalətinə bağlı Iguala"nın 42 kilometr cənub-qərbi ilə paytaxt Mexikonun 166 kilometr cənub-cənub-qərbi olduğu ifadə edildi. ABŞ Geoloji Araşdırma xidməti başlanğıcda 6, 8 olaraq açıqladığı zəlzələnin böyüklüyünü əvvəl 6,7 "ye daha sonra da 6,5" e saldı. Meksika Daxili İşlər Nazirliyindən edilən şərhdə zəlzələnin ölkənin 9 əyalətdə yer yer hiss eşitdirdi. Qerrero Mülki Müdafiə təşkilatının sədr müavini Humberto Calovo, can itkinlərinin Qerrero əyalətində meydana gəldiyini söylədi. Igualada bir adamın zəlzələ səbəbiylə evinin damınının çökməsi səbəbiylə öldüyünü ifadə edən Calovo, bir adamın Ixcateopan adlı kiçik bir qəsəbədə və bir yük maşını sürücüsünün də vasitəsiylə Acapulko ilə Mexikonu bir-birinə bağlayan şose yolunda getdiyi sırada düşən daşlar nəticəsində həyatını itirdiyini yazdı.
Pul-i Xumri
Pul-i Xumri — Əfqanıstanda şəhər.
Əsədabad-i Xurin
Əsədabad-i Xurin (fars. اسدآباد خورين‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 86 nəfər yaşayır (17 ailə).
Fəzlullah ibn Ruzbehan Xunci
Əbülxeyr Fəzullah ibn Ruzbehan əl–Xunci əl–İsfahani əl–Əmini (1457–1521) — tarixçi. == Həyatı == Xacə Mövlana-yi İsfahani kimi tanınan Əbülxeyr Fəzullah ibn Ruzbehan 1457-ci ildə İsfahanın Xunəc qəsəbəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fəzullah Xunci 13 aprel 1521-ci ildə Buxara şəhərində vəfat etmişdir. == Əsərləri == Tarixi-aləm arayi-Əmini Mehmannameyi-Buxara. İsfahan farsı olan Fəzlullah ibn Ruzbihan Hunəcinin Səfəvilərə olan tükənməz nifrətini sübut edən sənədi Osmanlı dövlət yazışmasında saxlanıb:Bunlardan, "qeyri-vətənpərvər farsın(söhbət Rüzbihan Huncidən gedir)" sultan Səlimə ithafən yazdığı, onun İsmail Səfəvi üzərində qələbəsini alqışlayan iki poema aşkar olunub. Poemaları aşkar edən Əhsən ət-Təvarixin müəllifi Feridun bəy Fəzlullah İbn Rüzbihanı Xoca İsfahani adlandırır. Fars poemasında 28 beyt var və müəllif Osmanlı sultanının üzərinə hər cür xeyir dua diləyir, və onu Qızıl börklilər üzərində qələbəsini alqışlayaraq, İsmailın başını kəsərək, İskəndər Zülgərnəyn kimi İranı Ruma birləşdirməsini diləyir. == Mənbə == Б.А. Ахмедов. Государство кочевых узбеков.
Əbu Səid əl-Xudri
Əbu Səid əl-Xudri (612, Mədinə – 693, Mədinə, ərəb. أبو سعيد الخدري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir. Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir.
Bişara əl-Xuri
Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890 – 11 yanvar 1964[…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti. == Həyatı == Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı. II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi.