Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yanüzənlər
Yanüzənlər (lat. Amphipoda) — ali xərçənglər sinfindən onurğasız heyvan dəstəsi. Bədəninin uzunluğu 0,5—25 sm-dir. Yan, bəzən isə bel-qarın istiqamətində sıxılmışdır. Yanı üstə üzür. Dəstənin adı bu xüsusiyyətinə görə seçilmişdir. Ayrıcinsiyyətlidir. 7000 növü məlumdur. Azərbaycanda 76, o çümlədən Xəzərin Azərbaycan sahilində 66 növü yayılmışdır. Balıqların, Suitilərin, quşların və s.-nin bir çoxu yanüzənlərlə qidalanır.
Rim Yaquzin
Rim Yaquzin (başq. Рим Зәйнәғәбит улы Янғужин; 15 noyabr 1941, Sterlitamak rayonu, Başqırd MSSR – 11 noyabr 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus etnoqrafı, başqırdların etnogenezi və etnik tarixi problemləri, eləcə də onların ənənəvi iqtisadiyyatı və sosial quruluşunun öyrənilməsi üzrə mütəxəssis. Tarix elmləri doktoru (1990), professor (1991). == Bioqrafiyası == 5 noyabr 1941-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sterlitamak rayonunun Ayuçevo kəndində anadan olmuşdur. İşimbay şəhərinin 3 nömrəli orta məktəbini (sonradan 2 saylı internat məktəbi), 1964-cü ildə isə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini qızıl medalla bitirmişdir. Moskva Dövlət Universitetinin Etnoqrafiya kafedrasında aspiranturada oxumuş və 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1968-ci ildən Başqırd Dövlət Universitetində çalışmış, baş müəllim, dosent, professor və SSRİ tarixi kafedrasının müdiri, 1991-ci ildən Başqırdıstan tarixi və etnoqrafiya kafedrasının müdiri olmuşdur. 1989-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetində "18-19-cu əsrlərdə Başqırd xalqının iqtisadiyyatı və sosial quruluşu" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiya müdafiə etmişdir. Rim Yaquzin ictimai işlərdə çox iştirak edir. Kəndlərdə və qəsəbələrdə Başqırdların etnologiyasından mühazirələr oxuyur.
Jülyen Şanuen
Jülyen Şanuen (fr. Julien Chanoine; 18 dekabr 1870, Paris – 16 iyul 1899) — Fransa hərbçisi. == Həyatı == Jülyen Şanuen 1870-ci ildə Fransanın Paris şəhərində, general Şarl Şanuenin ailəsində anadan olmuşdur. O, 1888–1890-cı illərdə Sen-Kir hərbi akademiyasında təhsil almışdır. 1895-ci ildə Jülyen Şanuen könüllü olaraq Qərbi Afrikaya getmiş və 1896-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. O, leytenant Pol Vule ilə birlikdə Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmişdir. Bu zaman Şanuen praktiki olaraq tədqiq edilməmiş ərazilərin topoqrafik tədqiqatlarını aparmış və coğrafi cəmiyyətlərdən bir sıra mükafatlar almışdır. 1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil edilmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və sonrakı atışmada Şanuen öldürülmüşdür.
Vinsent Yansen
Vinsent Petrus Anna Sebastyan Yansen (15 iyun 1994, Xes[d], Şimali Brabant) — Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. == Karyerası == Yansen əsasən hücumçu mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Almere Siti" klubunda başlayıb, daha sonra "AZ Alkmaar", İngiltərənin "Tottenhem Hotspur" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Fənərbaxça" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 15 oyuna çıxan Yansen 7 qolla yadda qalıb.
Zaxari Yansen
Deyilənə görə, Hollandiyanın Middelburq şəhərində təxminən 400 il bundan əvvəl eynək ustasının oğulları qısa mis borunun içərisinə eynək şüşələri qoyaraq baxdıqda ətrafdakı əsyaların xeyli böyüdüyünü müşahidə etdilər. Uşaqların atası belə şüşələri olan uzun və hərəkətli boru düzəltdi. Beləliklə, ilk mikroskop meydana gəldi. Onu ilk dəfə 1590-cı ildə eynək ustası Zaxari Yansen, daha doğrusu, onun oğulları təsadüfən ixtira etdilər. Qeyd edək ki, Zaxari Yansen Haaqada anadan olmuşdur.
Harald tsur Hauzen
Harald tsur Hauzen (11 mart 1936[…], Helzenkirxen, Üçüncü Reyx – 29 may 2023, Heydelberq, Baden-Vürtemberq) — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1955 — orta məktəbi bitirib 1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir 1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim. 1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir 1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi 1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir. 1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır.
Kauzen (Formula-1 komandası)
Kauzen (ing.Kauhsen) 1979-cu ildə iki mövsümdə Formula 1-də iştirak edən Alman komandası. Hər iki yarışda Gianfranco Brancatelli heç bir xal qazanmamışdır. == Formula 1-dən əvvəl == 70-ci illərin əvvəllərində Willi Kauhsen idman yarışlarında iştirak etmiş, Le Mans-da ikinci yeri qazanmışdı. 1977-ci il mövsümündə o Formula 2 yarışında iştirak etmək qərarına gəlir və buna görə də əvvəlki çempion avtomobili olan Renaultu əldə edir İlk əvvəl vəziyyət yaxşı olsa da, sona yaxın komanda hətta qiymətləndirmədən keçə bilmir. Komandanın tərkibinə Vittorio Brambilla, Michel Leclère və Alain Prost daxil idi. Lakin nəticələr heç də ürək açan deyildi. Yalnız Brambillanın Mizanoda əldə etdiyi 3-cü yer yüksək göstərici oldu. == Formula 1 == Heç bir göstəriciyə baxmayaraq, Kauzen 1978-ci ildə Formula 1-ə qatılmaq üçün plan qurdu. İlk əvvəl o, Alfa-Romeo mühərrikindən istifadə etmək qərarına gəlir. Lakin sonradan Cosworth DFV V8 əldə edir.