Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yiyəlik hal
Yiyəlik hallı isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik,mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s. Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının iki forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin, nun, nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
Niyərik
Niyərik (fars. نیارک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafi Yerləşməsi == Kənd Lövşan şəhərindən 30 km arada və Qəzvin ostanının şimal-qərb hissəsində yerləşir. Dəniz səviyyəsində 1.160 metr yüksəklikdədir. == Mədəniyyət == Kəndin ortasınd Narınqala adında bir qala yerləşir ki uzun qidmətə malikdir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,860 nəfər yaşayır (660 ailə). === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == Görməli yerləri == Əjdaha daşı Narınqala təpəsi İmamzadə Tahir və Nuh türbəsi Çurçur şəlaləsi Aralıq məhəlləsindəki qoca çinar ağacı Qurd Qışlağı bağları Başbulaq Abas bulağı Gövhər bulağı == Din == Niyərik kəndində imamzadə tahir və Nuh türbəsi yerləşibdir ki 2009-cu ildən sonra onda əsaslı təmir işləri aparılaraq,bərpa edilmişdir. Bunlarla yanaşı kənddə cümə məscidi, Qaqalar məscidi, Cilovxanlı məscidi və Kamalabadlılar məscidi dini icmaları fəaliyyət göstərməkdədir.
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. == Əhəmiyyəti == Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.
Şiəlik
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Piyəcik (Əhər)
Piyəcik (fars. پيجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Yaşıl çiyələk
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Çiyələk ağacı
Çiyələk ağacı (lat. Arbutus) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Çiyələk piroqu
== Tərkibi == 200 qr kərə yağı 390 qr un 1 yumurta 100 qr şəkər 1 ç.q. vanil 0,5 ç.q. xəmir qabardıcı === Üzəri üçün === 200 qr xama 3 yumurta 150 qr şəkər 250 qr çiyələk 50 qr badam və ya fındıq 1 ç.q. vanil == Hazırlanması == Xəmiri yoğurmaq üçün yumşalmış kərə yağı ilə şəkəri çırpılır, üzərinə yumurta, xəmir qabardıcı, vanil və un əlavə edib qarışdırılır. Xəmirin qulaq ucu kimi yumşaq olması lazımdır ki, sonradan ona forma vermək mümkün olsun. Xəmiri bişirəcəyəniz duxovka listinə qoyun. Yaxşı olar ki, yapışmaması üçün teflon qab olsun. Bu olmasa, altını yaxşıca yağlayın. Xəmirə istədiyiniz formanı verdikdən sonra onu 15 dəqiqəlik soyuducuya qoyun. Xama yumurtalarla qarışdırılır, şəkər, vanil əlavə olunur.
Çiyələk povidlosu
Çiyələk povidlosu - çiyələk püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Çiyələk povidlosu səhər yeməyi zamanı yağla və qaymaqla birlikdə süfrəyə qoyulur. Povidlodan insan orqanizmi üçün zəruri olan mikroelementlərlə zəngin olduğundan ondan buterbrodlar, piroqlar, pirojnalar və digər qənnadı və şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir.Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər.Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi. Kərbəla döyüşü zamanı Əməvi qoşunlarını altı günlüyünə sərəncamlarına buraxdıqdan sonra Hüseyn və onun yetmiş iki yoldaşı öldürüldü, başları kəsildi və Şamdakı xəlifəyə göndərildi. Bu yetmiş iki nəfər Hüseynin dostu və ailəsi idi.
Çiyələk supermarketdə (film)
Supermarketdə cəfəng iş (serb. Јагода у супермаркету) — 2003-cü ildə çəkilmiş bədii film. Filmin prodüsseri tanınmış rejissor — Emir Kusturitsa idi. == Süjet == Yuqoslaviya 90-cı illər. Belqradın ətrafında yerləşən bir provinsial şəhərcikdə əsl amerikan supermarketi açılır. Marketin işçi heyəti yerli sakinlərdən yığılır. Kasirlərdən biri — Yaqoda adlı qız sevgi tapmaq arzusundadır. Ancaq axşam amanı Yaqoda bir yaşlı qadına xidmət etməktən imtina edir. Bir gün mağazaya Marko adlı terrorçu daxil olur. O, onun nənəsinin personal tərəfindən incitdiyini deyərək, işçiləri girov götürür və onları gülləyəcəyi ilə hədələyiir.
İrimeyvə çiyələk ağacı
İrimeyvə çiyələk ağacı (lat. Arbutus unedo) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin çiyələk ağacı cinsinə aid bitki növü. Təbiətdə növlər Aralıq dənizi və Batı Avropa, o cümlədən Şimal-Qərbi Fransanı və İrlandiyanı əhatə edir. İrlandiyanın cənub-qərbindəki mövcudluğu ilə də İrlandiya çiyələk ağacı olaraq da bilinir. ABŞ, xüsusən Kaliforniyada ən çox yayılmış dekorativ bitkilərdən birinə çevrildi. Həm də Krımın Cənubi sahilində yaxşı böyüyür, sağ dəyirmi və ya oval böyüyür. == Bioloji təsviri == Arbutus 5–10 m hündürlüyü olan bir kol və ya ağacdır, bəzən 15 m-ə qədər böyüyür və gövdə diametri 80 sm-ə qədərdir. Qabıq qırışıqdır, tünd qəhvəyi rənglidir. Yarpaqları, üst və alt çılpaq, parlaq top tünd yaşıl yüngül 1,8-3,4 sm geniş bucaqlı, parlaq tünd yaşıl, uzunluğu 4.5-10 sm, bazasına, uzunsov-oval var uzunluğu 0.4-1.5 sm saplaqlarından. Çiçəklənmələr çılpaq baltalar ilə təxminən 5 sm uzunluğunda paniküle edir.
Bir ailəlik bağ evi
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Bir ailəlik bağ evi (film, 1978)
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Yovan Biyeliç
Yovan Biyeliç (30 iyun 1884, Kolunic[d] – 12 mart 1964, Belqrad) — Rəssam və akademik. XX əsrin ən məşhur Yuqoslaviya rəssamlarından biri, Yuqoslaviya və Serbiyanın koloristik ekspressionizminin görkəmli nümayəndəsi. 5 dekabr 1963-cü ildə Serbiya Elmlər Akademiyasının Belqraddakı Təsviri İncəsənət və Musiqi Bölməsinin həqiqi üzvu seçilib.Biyeliç, 100 ən görkəmli serb siyahısına daxildir. == Həyatı == Yovan Biyeliç əvvəlcə Sarayevoda Yan Karel Yanievskidən rəssamlıq təhsili alıb, sonra 1909–1913-cü illərdə Krakov Rəssamlıq Akademiyasında Teodor Aksentoviç, Leon Vychulkovski, Yozef Pankyeviçin tələbəsi olub. Daha sonra, 1913–1914-cü illərdə Parisdə "Academy de Grande"də dərslərdə iştirak edib. 1915-ci ildə Praqada təhsilini davam etdirib. 1919-cu ildən Belqradda yaşayayaraq əvvəlcə rəsm müəllimi, sonra Belqrad Milli Teatrında səhnə tərtibatçısı və rəssam kimi çalışıb. Sonra, müxtəlif vaxtlarda Danica Antic, Pavle Vasiç, Duşan Vlajic, Nikola Graovac, Miomir Denic, Peja Milosavlevich, Cordje Popovic, Yuritsa Ribar, Alexa Celebonovic və başqalarının iştirak etdiyi rəssamlıq məktəbi təşkil edir. Yovan Biyeliç Yuqoslaviya incəsənət qruplarının ("Rəssamlar qrupu", "Forma", "Azad və Müstəqil") yaradıcılarından biri və üzvüdür. 1912-ci ildən Yuqoslaviya rəssamlarının 200-ə yaxın qrup sərgisində iştirak etmiş, 1919-cu ildən ölkədə və xaricdə fərdi sərgiləri təşkil etmişdir.
Şiyeli (Qızılorda vilayəti)
Şiyeli (öncəki adı — Çiili, qaz. Шиелі) — Qazaxıstanın Qızılorda vilayətinin Çiili rayonunda bir kənd (əvvəllər şəhər tipli qəsəbə). Şiyeli kənd rayonunun inzibati mərkəzi və yeganə yaşayış məntəqəsi. KATO kodu - 435230100 . == Tarixi == Kənd, Qızılordan 128 km cənub-şərqdə, Sırdəryanın sağ sahil düzündə (ana kanaldan 16 km) yerləşir. 1999-cu ildə əhali 28.621 nəfər (14.046 kişi və 14.575 qadın), 2009-cu ildə 29.632 nəfər (14.602 kişi və 15.030 qadın) idi. 2019-cu ilin əvvəlində əhali 31 691 nəfər (15 805 kişi və 15 886 qadın) idi. Şəhərin təməli 1904-cü ildə Orenburq-Daşkənd dəmir yolunun tikintisi ilə əlaqəli qoyulmuşdur. Kənddə mədən idarəsi, kəşfiyyat ekspedisiyaları, Şeliastık və s. Bir səhmdar cəmiyyəti var.