Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lamiyyə Ələkbərova
Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən “Mədəniyyət” televiziya kanalının direktor müavini (2018), rejissor, teleaparıcı. == Həyatı == === Təhsili === Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub. 1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir. === Karyerası === Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır. ==== AzTV ==== 1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
Əbu İlmiyyə (Həftkel)
Əbu İlmiyyə (fars. ابوعليمه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 78 nəfəri kişilər və 74 nəfəri qadınlar olmaqla cəmi 152 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.