Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yordanis Duranona
Yordanis Duranona Qarsiya (16 iyun 1988) — Kubada anadan olmuş və beynəlxalq yarışlarda Dominikanı təmsil edən üçtəkanla uzunluğa tullanan atlet. O, Pekində keçirilən 2015 Dünya Çempionatında final seçmə mərhələsində mübarizə aparmışdır. Bundan başqa, o, regional səviyyədə bir neçə medal qazanmışdır. Duranona 2011-ci ilin dekabr ayında Kubanı təmsil etməkdən imtina etmişdir.Yordanis Duranona birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər üçtəkanla tullanma yarışlarını təsnifat mərhələsində nəticə qazana bilmədi və mübarizəni dayandırdı. O, Ölkələrin Paradında Dominika bayrağını daşıyırdı.Onun karyerası boyunca ən yaxşı nəticəsi 2014-cü ildə Mexikoda əldə etdiyi 17.20 metrdir.