Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zahidan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Zahidan şəhristanı
Zahedan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zahedan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 663,822 nəfər və 130,763 ailədən ibarət idi.