SEVMƏK

f.
1. Eşq yetirmək, aşiq olmaq.
Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. M.P.Vaqif.
[Əsgər:] Əlbəttə, xanım.
Göz gördü, könül sevdi. Ü.Hacıbəyov.
Əşrəf Nazlını ilk görən gün sevdi. S.Rəhman.

// Qəlbən bağlı olmaq, sadiq olmaq. Vətənini sevmək. Ailəsini sevmək. – [Nizami:] Mən bu yerləri sevirəm.
Sevgi isə mənim ən böyük ilham mənbəyimdir. M.Hüseyn.

2. Əzizləmək, oxşamaq, riqqət göstərmək.
Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov.
Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı.
Onun belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb, sevməyə, oxşamağa başladı. Ə.Vəliyev.

3. Bir şeyin aludəsi olmaq, ona hədsiz maraq göstərmək, meyli olmaq, çox istəmək, xoşlamaq. Mütaliəni sevmək. Əl işlərini sevmək.
[Firidun Sərhəngə:] Sərhəng, mən sizin haqqınızda çox şey eşitmişdim, lakin şuxluğu sevən ( f.is. ) adam olduğunuzu eşitməmişdim. M.İbrahimov.
Yer üzündə sevdiyim; Çiçəklərdir, çiçəklər. N.Xəzri.

◊ Allahı sevərsən – bax Allah.
Gəl, Allahı sevərsən, zahida, sən bu riyadan keç. S.Ə.Şirvani.
[Hacı Osman:] Rəhim bəy, bir bəri gəl! Allahı sevərsən, bu xatanı mənim başımdan elə… Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEVMƏK 1. SEVMƏK [Bərbərzadə:] Mən onu sevmişəm, o da məni (S.Rəhman); İSTƏMƏK, MƏHƏBBƏT YETİRMƏK, SEVDAYA DÜŞMƏK, VURULMAQ (bax)
  • SEVMƏK istəmək — xoşlamaq — vurulmaq
SEVMƏ
SEYF
OBASTAN VİKİ
Sevmək Sənəti
Sevmək sənəti — 1956-cı ildə Erix Fromm tərəfindən yazılmış və insan sevgisindən böyük ölçüdə nəzəri bir şəkildə bəhs edən kitab. Fromm, bu əsərdə insan təbiətinə olan baxışını əvvəlki əsərlərindən, Azadlıqdan Qaçış və İnsanın Özü üçün - bir çox digər əsas əsərlərində yenidən nəzərdən keçirdiyi prinsiplərdən inkişaf etdirir. Fromm, sevgini təhlil və izah edilə bilməyən sehrli və sirli bir sensasiya kimi rədd edərək, bir fəaliyyət, öyrədilə və inkişaf etdirilə bilən bir bacarıq olaraq təqdim edir. Qısa müddətli "aşiq olma" və ya sevgi qarşısında aciz qalma təcrübəsindən fərqli olaraq, qalıcı bir varlıq vəziyyəti olan sevgiyə diqqət ayırır. Fromm, şəxslərarası birləşmə arzusunu insanlarda ən güclü səy adlandırır. İnsan varlığının təməl problemi olaraq gördüyü ayrılığı aradan qaldırmaq üçün ehtiyacımızın yeganə rasional cavabı olduğunu müdafiə edir. Fromm, müasir insanların bir-birindən və təbiətdən uzaq olduğunu və romantik sevgi və evlilikdəki tənhalığımızdan sığındığımızı söyləyir. Bununla birlikdə, Fromm əsl sevginin "asanlıqla hər kəs tərəfindən qəbul edilə bilən bir fikir olmadığını" müşahidə edir. Yalnız insanın ümumi şəxsiyyətini "həqiqi təvazökarlıq, cəsarət, inam və nizam-intizamla" sevmək bacarığına qədər inkişaf etdirməklə həqiqi sevgini yaşamaq qabiliyyətinə qovuşur. Bu nadir bir nailiyyət hesab edilməlidir.
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.

Digər lüğətlərdə

волно... копе́ечный кресс на дыбы́ переко́лка перецени́ть созва́ниваться червобо́й артро́з вы́тачать карти́шки кла́ссность поряди́ть растениево́дческий сле́дствие согла́сно charactonym cheese off injustice meat loaf pearl fishery publishing rumbustious trot реформистский