Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağverən
Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. == Toponim == Ağverən - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1918-ci ildə kəndə Türkiyədən gəlmə ermənilər də yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1949-cu ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. 1950-ci ildə kənd ləğv edilmişdir. 1590-cı ilə və 1728-ci ilə aid mənbələrdə kəndin adı Aqviran kimidir. Azərbaycan dilində ağ (rəng bildirir) və viran (ə) «xarabalıq» sözlərindən ibarətdir. Digər adı Kəbir-Əli, əsli «Kəbir eli»dir. Kənd mənşəcə xəzərlərə mənsub Kəbər tayfasına mənsub ailələrin «Ağ viranə» adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İrəvan əyalətinin bir sıra kənd adlarında fars dilində viranə «xarabalıq» və viran «dağıdılmış», «adam yaşamayan yer» cözləri vardır.
Haqverən (Salmas)
Haqverən (fars. حق وران‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 504 nəfər yaşayır (100 ailə).
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
Şahvərən (Qəzvin)
Şəvərən (az.-əbcəd شَوَرَن‎, fars. شاهوران‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 129 nəfər yaşayır (63 ailə).