Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fulton çıxışı
Fulton çıxışı — 1945-in sonu 1946-cı ilin əvvəllərində Vinston Çörçill bir neçə ay ABŞ-də səfərdə olduğu müddətdə prezident Harri Trumenlə, dövlət departamentinin rəhbərləri və digər siyasi xadimlərlə görüşlər keçirir. Çörçill bir neçə həftə Floridadakı kurorta qaldığı müddətdə "Sülhün əzələləri" adlı çıxışını hazırlayır. Çörçillin nitqi Ettli, Boven, Trumen və dövlət katibi Ceyms Birnsin razılığı ilə baş tutur. Çörçill nitqinin əvvəlində çıxışının ümumdünya əhəmiyyətini daşıdığını və okeanın o tayındakı qardaş ölkələrə səsləndiyini vurğulayır. Çörçillin 1946-cı ilin 5 mart tarixində Fultonun Vestminster kollecindəki "Sülhün əzələri" adlı nitqindən əsas hissələr: - İndi biz hansı strateji konsepsiyaya əməl etməliyik? Biz indi bütün ölkələrdə, hər bir evin, ailənin, azadlığını və təhlükəsizliyini təmin etməliyik. Buna nail olmaq üçün 2 dəhşətdən xilas olmaq lazımdır - müharibələr və tiranlar. Məqsədimiz yeni müharibələrin qarşısını alnması olmalıdır. İndi müharibələrin qarşısını almaq üçün beynəlxalq təşkilat yaranıb. Millətlər Cəmiyyətinin xələfi olan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır.
Çauşeskunun son çıxışı
Çaușeskunun son çıxışı — 21 dekabr 1989-cu ildə Rumıniya Sosialist Respublikasının rəhbəri Nikolae Çauşesku tərəfindən həyata keçirilmiş olan xalqa xitab edilmiş çıxışdır. Çıxış Rumıniya inqilabında önəmli rol oynamışdır. Çauşeskunun milli televiziyada canlı olaraq yayımlanmaqla Buxarestdə həyata keçirəcəyi çıxışdan əvvəl ölkədə üsyanlar və gərginliyin böyüməsindən sonra Timişoarda çoxlu insanların öldürülməsi ilə nəticələnən hadisələr baş verdi. Çıxış daha çox illik hesabat xarakteri daşıyırdı və çıxışın mətni həm uğurların, həm də xalqın hakimiyyətə dəstəyinin ortaya çıxması üçün ölkə rəhbərliyi tərəfindən olduqca diqqətlə yazılmışdı. Çıxışda çoxlu sayda fəhlələr qırmızı bayraq, afişa və Çauşeskunun həyat yoldaşı olan Yelena Çauşeskunun böyük rəsmlərini əllərində tuturdular. Çıxışa təqribən 80.000 insan gəlmişdi. Rumıniya Komunist Partiyasının səlahiyyətliləri qabaq cərgələrdə yer almışdılar. Sekuritate agentləri və polislər təhlükəsizliyi təmin edirdilər. Çaușesku, Partiya Mərkəzi Komitəsinin binasının balkonuna çıxmış və çıxışına başlamışdır. Ancaq kütlənin əhval-ruhiyyəsini çox yanlış şəkildə qiymətləndirmişdir.
Dənizə çıxışı olmayan dövlətlər
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. == Tarix == 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. == Dünya okeanına çıxışı olmayan dövlətlərin siyahısı == === Asiya === Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Əjdahanın çıxışı (film, 1973)
Əjdahanın çıxışı (ing. Enter the Dragon) — 1973-cü ildə Brüs Linin iştirakı ilə çəkilən Honkonq filmidir. "Əjdahanın çıxışı" filmi 2004-cü ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Bu film, Warner Bros. şirkəti tərəfindən Çin döyüş sənətləri haqda çəkilən ilk filmdir. Brüs Linin 20 iyul 1973-cü ildə vəfat etməsindən 6 gün sonra 26 iyul 1973-cü ildə film Honkonqda ilk dəfə nümayiş olunmuşdur. Filmin ssenarisi orijinal ssenaridən müxtəlif cəhətləri ilə fərqlənir. Britaniya kəşfiyyatının nümayəndəsi olan Bretueyt adlı gizli agent Lidən Hanın hazırladığı döyüş turnirinə qatılmasını istəyir. Li Şaolin məbədinin ən güclü tələblərindən biridir. Li müəllimindən öyrənir ki, bir vaxtlar Han da buranın döyüşçüsü olmuş, lakin məbəddə öyrəndiyi döyüş sənətindən hakimiyyəti ələ almaq üçün istifadə etmişdir.
Dənizə çıxışı olmayan ölkələr
Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır. == Tarix == 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı. == Dünya okeanına çıxışı olmayan dövlətlərin siyahısı == === Asiya === Azərbaycan Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan[1] Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.
Böyük Britaniyanın Avropa İttifaqından çıxışı
Böyük Britaniyanın Avropa İttifaqından çıxışı, çox vaxt Brexit kimi qısaldılır ("Böyük Britaniya" və "exit" sözlərinin birləşməsi) — müxtəlif şəxslər, təbliğat qruplar, siyasi partiyalar tərəfindən Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün icra edilən siyasi məqsəd. 2016-cı il iyunun 23-də Britaniyada keçiriləcək referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair qərar qəbul edib. Rəsmi nəticələrə əsasən Birləşmiş Krallıq Aİ-dən çıxmağı seçib. == Haqqında == Britaniya 28 ölkədən ibarət qrupu tərk etməlidir. Bu proses Brexit adlanır. Devid Kemeron Avropa İttiaqından güzəştlər əldə etmişdir. Razılaşmaya görə, Britaniya avrozonadan kənar qaldığı üçün ayrıseçkiliyə məruz qalmayacağına dair zəmanət almışdır. Son tətqiqatlar göstərir ki, çıxışın leyhinə əsas etibarı ilə konservativ baxışlara malik yaşlı adamlar səs vermədilər. Əleyhinə isə səslər daha çox gənclər və əhalinin iqtisadi cəhətdən fəal hissəsi nə aiddir. O vaxtdan Aİ və Böyük Britaniya arasında ayrılığın şərtləri barədə danışıqlar gedir.
Bakı komissarının mitinqdə çıxışı (film, 1917)
Bakı komissarının mitinqdə çıxışı qısametrajlı sənədli filmi rejissor 1917-ci ildə çəkilmişdir. Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Məzmun == Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Film haqqında == Kinoxronikadan kiçik bir parça Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı. === Avro 2004 === O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.
Çıxış
Çıxış — nitq və ya ritorika; dinləyicilərə müəyyən bir fikir, hiss aşılamaq üçün deyilən uzun sözlər. Çıxış bir fikri həyəcanlandıraraq ifadə etməkdir. Çıxışların mövzuları, əsasən; sosial fikirlər sosial və milli davalar və hadisələrdir. Mərasimlərdə, milli günlərdə, ildönümlərində, mitinqlərdə toplaşan böyük kütlələri və icmaları həyəcanlandırmaq, ümumi fikirləri səsləndirmək və ya kürsüdən siyasi və milli iddiaları müdafiə etmək də çıxış xarakterlidir. Demostenes və Mark Tulli Siseron bu sahənin ən məşhur insanlarındandır.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Çıxışlıq hal
İsmin Çıxışlıq Halı: İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir. Kimdən? Nədən? Haradan? suallarından birinə cavab verir. Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir. Bu halda olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn : Bizə idarədən məktub var. Çıxışlıq hal mənaca yönlük halın əksini bildirir.
Giriş/çıxış
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zərif çıxış
Zərif çıxış (ing. graceful exit, rus. элегантный выход) - əməliyyat sisteminə və ya prosesə yenidən idarəetməni qəbul etməyə və işi normal rejimdə davam etdirməyə imkan vermək üçün prosesin dayandırılması. Əgər proqram sistemin sabitliyini pozmadan işini dayandırarsa, onun zərif çıxış etdiyi deyilir. İdeal halda bütün proqramlar istənilən şəraitdə zərif çıxışı təmin etməlidir. Praktikada OS/2 və Windows kimi inkişaf etmiş əməliyyat sistemləri proqramlarda qəzalı çıxışların nəticələrindən qorunmanı təmin edir ki, həmin anda çalışan başqa proqramlar ziyan görməsinlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çıxış (2006)
Film öz əsərlərini cəmiyyətə çıxarmaq istəyən bəstəkardan bəhs edir. 1) 2006-cı ildə Bakıda Film Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında "Qızıl Çıraq" milli kino mükafatına layiq görülmüşdür. 2) 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Yaşamaq Gözəldir" adlı beynəlxalq film festivalı Film iki nominasiyada xüsusi mükafata layiq görülmüşdür.
Çıxış məlumatı
Çıxış məlumatı — biblioqrafik işlənməsi və statistik uçotu, habelə istehlakçının məlumatlandırılması üçün zəruri olan çap olunmuş nəşr haqqında məlumatlar. Çıxış məlumatı başlıq səhifəsində yerləşir. Çıxış məlumatı kitabxanalarda, kitab evlərində kitabların düzəldilməsini və tapılmasını asanlaşdırır. SSRİ-də son çıxış formatı GOST 7.4-77 və yenilənmiş versiyası GOST 7.4-86 idi. O dövrdə mürəkkəb bir kitab satışı indeks şifrəsi, başqaları ilə birlikdə izin bir elementi idi. Rusiyada bu format əvvəlcə GOST 7.4-95 tərəfindən müəyyən edilmişdir. 1 yanvar 2007-ci ildən bəri, izin məzmunu və yeri GOST R 7.0.4-2006 “SIBID. Nəşrlər. Çap. Ümumi tələblər və qeydiyyat qaydaları ". GOST-a görə, nəticə: Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN); yerüstü məlumatlar; müəllifin adı (həmmüəlliflər); nəşrin adı; alt başlıq məlumatları; çıxış; tərcüməsi və ya yenidən çap olunduğu nəşr haqqında məlumat; təsnifat indeksləri (UDC və LBC); müəllif hüququ işarəsi; Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN); müəllif hüquqlarının qorunması işarəsi; həddən artıq məlumat; çıxış məlumatları.
İnternetə çıxış
İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların kompüter terminalları, kompüterlər və digər cihazlardan istifadə edərək internetə, e-poçt və ümumdünya hörümçək toru kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir. İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi. Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi. İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən ARPANET əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi. Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.
Giriş-çıxış modeli
Giriş-çıxış modeli — ölkə iqtisadiyyatında sahələrarası istehsal münasibətlərini xarakterizə edən iqtisadi və riyazi balans modeli. Bir sənayedəki məhsul ilə bu çıxışı təmin etmək üçün lazım olan bütün iştirakçı sahələrin məhsul xərcləri, xərcləri arasındakı əlaqəni xarakterizə edir. Giriş-çıxış balansı nağd və natura şəklində tərtib olunur. Sənayelararası balans xətti tənliklər sistemi şəklində təqdim olunur. Giriş-çıxış balansı (IOB) sektoral kontekstdə məcmu sosial məhsulun formalaşması və istifadəsi prosesini əks etdirən bir cədvəldir. Cədvəldə hər bir məhsul üzrə istehsal xərclərinin strukturu və iqtisadiyyatda bölüşdürülmə strukturu göstərilir. Sütunlar iqtisadiyyatın sektorlarında ümumi məhsulun orta istehlak və əlavə dəyər elementləri üzrə dəyər tərkibini əks etdirir. Xətlər hər sahədəki mənbələrdən istifadəni əks etdirir. MRM modelində dörd kvadrant var. Birincisi ara istehlakı və istehsal əlaqələri sistemini, ikincisi ÜDM-nin son istifadəsinin strukturunu, üçüncüsü ÜDM-in xərc strukturunu, dördüncüsü milli gəlirin yenidən bölüşdürülməsini əks etdirir.
Giriş/çıxış bufferi
Giriş/çıxış bufferi (en. input/output buffer ~ ru. буфер ввода-вывода ~ tr. giriş/çıkış arabelleği) – giriş və çıxış informasiyalarını müvəqqəti saxlamaq üçün kompüter yaddaşının ehtiyat üçün ayrılmış hissəsi. Beləliklə, giriş-çıxış qurğuları, öz işi ilə məşğul olan mərkəzi prosessorun köməyi olmadan bu buferə tez-tez müraciət edə bilər ki, bu da bütövlükdə proqramın işini sürətləndirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş/çıxış kanalı
Giriş/çıxış kanalı( en. input/output channel (I/O channel) ~ ru. канал ввода-вывода ~ tr. giriş/çıkış kanalı) – kompüterin mikroprosessoru ilə giriş-çıxış şini arasında informasiyanın ötürülməsi üçün daxili qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış kontrolleri
Giriş/çıxış kontrolleri (en. input/output controller (I/O controller) ~ ru. контроллер ввода-вывода ~ tr. giriş/çıkış denetleyici) – giriş, çıxış qurğusu və ya giriş/çıxış qurğuları ilə mikroprosessor arasında aparat interfeysi (“çevirici”, vasitəçi) olan port ilə bağlı olan idarəetmə mikrosxemi. Giriş-çıxış kontrolleri giriş və çıxış verilənlərini idarə və emal edir ki, bu da mikroprosessoru ardıcıl rabitə vasitələri ilə təmin edir, eləcə də onu başqa işlər üçün azad edir. Məsələn, klaviaturanın öz mikroprosessoru və müvafiq mikrosxemi ola bilər ki, onlar klavişlərin basılmasının emal edilməsini və onların ikilik koda çevrilməsini həyata keçirir. Analoji olaraq, disksürənin öz kontrolleri olur ki, o, oxuma-yazma başcığının müəyyən mövqeyə aparılması kimi yüksək sürətli, çətin məsələləri yerinə yetirir, fırlanan diskdə müəyyən sahələrin axtarışını və hətta xətaların yoxlanmasını həyata keçirir. Kontrollerlərin əksəriyyəti üçün onların işini idarə edən xüsusi proqramlar – drayverlər lazım olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış məhdudlaşdırması
Giriş/çıxış məhdudlaşdırması (en. input/output-bound (I/O-bound) ~ ru. ограничение по вводу-выводу ~ tr. giriş/çıkış sınırlı) – saxlanma qurğusunda (diskdə) uzunmüddətli oxuma və yazma əməliyyatları səbəbindən kompüterin mikroprosessorunun işinin ləngiməsi halı. Maşın o zaman giriş-çıxış məhdudlaşdırmasında olur ki, yerinə yetirilən iş tez-tez yazılmış informasiyaya müraciət olunmasını tələb edir, ancaq verilənlərin ötürülməsi kanalı və ya saxlama qurğusu mikroprosessorun işləmə sürəti ilə müqayisədə çox yavaşdır. Məsələn, mikroprosessor diskdə yazılmış böyük verilənlər bazasında tez dəyişiklik edə bilir, ancaq, əgər oxuma-yazma sürəti nisbətən yavaşdırsa, kompüter giriş-çıxış məhdudlaşdırılmasında olur. Əgər yalnız giriş və ya yalnız çıxış informasiyasının mikroprosessora çatdırılmasını məhdudlaşdırırsa, onda kompüter, sadəcə, giriş və ya çıxış məhdudlaşdırmasında olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giriş/çıxış portu
Giriş/çıxış portu (en. input/output port ~ ru. порт ввода-вывода ~ tr. giriş/çıkış portu) – giriş və ya çıxış qurğuları ilə mikroposessor arasında verilənlərin ötürülməsi kanalı. Praktiki olaraq, mərkəzi prosessor üçün port, onun verilənlərin qəbulu və verilişi üçün istifadə etdiyi bir və ya daha artıq yaddaş ünvanıdır. Bu ünvanlara xüsusi aparat vasitələri, məsələn, genişləndirmə lövhələri xidmət göstərir: onlar qurğudan gələn verilənləri yaddaş ünvanlarında yerləşdirir və verilənləri yaddaş ünvanlarından qurğuya göndərir. Giriş/çıxış portu kompüterdə proqram təminatı və qurğular arasında əlaqə qurmağa imkan verir. Hər hansı məlumatı ardıcıl portla göndərmək üçün onun hansı giriş/çıxış portu kimi ünvanı bilinməlidir. Analoji olaraq, ardıcıl portdan məlumat almaq üçün onun hansı ünvandan göndərilməsini bilmək lazımdır. Yaddaşa birbaşa daxil olan kanalların və IRQ-nin kəsilməsindən fərqli olaraq, fərdi kompüterlərdə xeyli çox giriş/çıxış portları mövcuddur.
Giriş/çıxış qurğusu
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Euseius hibisci
Euseius hibisci (lat. Euseius hibisci) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Açıq kosmosa çıxış
Açıq kosmosa çıxış (AKÇ) — astronavtın Yerin nəzərəçarpacaq atmosferindən kənarda kosmik gəmidən kənarda etdiyi hər hansı fəaliyyət. Normalda bu termin Yer ətrafında fırlanan gəmidən (Beynəlxalq Kosmik Stansiya kimi) kənarda kosmos gəzintisinə aiddir. Bununla belə, AKÇ 1969–1972-ci illərdə Apollon proqramında altı cüt amerikalı astronavt tərəfindən yerinə yetirildiyi kimi Ay səthinin tədqiqinə (ümumiyyətlə ayda gəzinti kimi tanınır) aiddir. Natamam AKÇ (NAKÇ) astronavtın kosmik gəmini tam tərk etmədiyi vəziyyətə aiddir. Bu ad adətən kosmosa çıxan astronavtı qeyd etmək və ya ona kömək etmək üçün açıq lyukda "ayaqda duran" astronavtdan irəli gəlir. Sovet İttifaqı/Rusiya, ABŞ, Kanada, Avropa Kosmik Agentliyi və Çin AKÇ-ları həyata keçirib. 18 mart 1965-ci ildə Aleksey Leonov Vosxod 2 missiyası zamanı 12 dəqiqə 9 saniyə ərzində kapsuldan çıxaraq kosmosa çıxan ilk insan oldu. 20 iyul 1969-cu ildə Neil Armstronq Apollon 11 -də Ayın eniş aparatının xaricində 2 saat 31 dəqiqə ərzində ay gəzintisini həyata keçirən ilk insan oldu. Son üç Ay missiyasında astronavtlar Yerə qayıdarkən kosmik gəminin kənarından film qablarını çıxarmaq üçün AKÇ-ları da həyata keçirdilər. Amerikalı astronavtlar Pit Konrad, Cozef Kervin və Pol Veyts də 1973-cü ildə ABŞ-nin ilk kosmik stansiyası olan Skylab-da uçuş zamanı baş verən zədələri aradan qaldırmaq üçün AKÇ-dan istifadə etdilər.
Çıxış (film, 2006)
Film öz əsərlərini cəmiyyətə çıxarmaq istəyən bəstəkardan bəhs edir. 1) 2006-cı ildə Bakıda Film Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında "Qızıl Çıraq" milli kino mükafatına layiq görülmüşdür. 2) 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Yaşamaq Gözəldir" adlı beynəlxalq film festivalı Film iki nominasiyada xüsusi mükafata layiq görülmüşdür.
İlk çıxış sürəti
Mərminin çıxış sürəti, odlu silahlarda barıtın itələmə qüvvəsi ilə mərminin qüllədən çıxdığı zamandakı sürətini göstərir. Mərmi çıxış sürəti mərminin qüllədən çıxdığı andakı sürətini göstərməklə bərabər, eyni zamanda silahın gücünü də göstərir. Mərmi çıxış sürəti tez-tez mərmi sürəti ilə qarışdırılır. Bundan əlavə, qətiyyətlə demək olar ki, bugünkü texnologiyalar ilə heç bir mərmi mənzili daxilində eyni sürət ilə hərəkət etmir. Mərmi çıxış sürəti yalnız qüllədən çıxma sürətini göstərir və mərminin sürəti ilə qarışdırılmamalıdır. Mərmi çıxış sürəti dövrə və zamana, növünə və kalibrinə, qüllə çapına, həmçinin silahın içərisindəki pərçim dəstlərinə (yiv səthləri) görə dəyişir. İlkin sürət 330 m/s (subsonik) ilə 1800 m/s arasında fərqli qiymətlər ala bilər. Tanklar tərəfindən istifadə edilən KE mərmisi yüksək qüllədən çıxış sürətinə malikdir.
İnternetə çıxış hüququ
İnternetə daxil olmaq hüququ və ya internetə çıxış hüququ — internet tərəfindən dövlət tərəfindən təmin edilməli olan ayrılmaz insan hüquqlarından biri kimi nəzərdə tutulur, çünki özü azadlıq hüququnun həyata keçirilməsini təmin edir. 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (ÜİCS) keçirildi.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Olqa çirişi
Olqa çirişi (lat. Eremurus olgae) - çiriş cinsinə aid bitki növü.
Azərbaycan çirişi
Azərbaycan çirişi (lat. Eremurus azerbajdzhanicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. Bu növünü ukraynalı alim S. Xarkeviç Qafqaza ekspedisiya zamanı, Azərbaycan florasında bitən bitkiləri tədqiq edən zaman müəyyənləşdirmişdir. O, 1959-cu ilin may ayında Yevlax rayonu Xaldan kəndi ətraflarından topladığı çirişin yeni növünü müəyyən etmiş və bu növü Azərbaycan çirişi adlandırmışdır. == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar kənarları boyunca çox enlidir. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Köklərin sayı bitkimnin yaşından asılı olaraq 8-12 ədəd olub, uzunluğu 10-16 sm, diametri (ən yoğun yerdə) 5,2 sm, şəkisi 1200 q təşkil edir. Gövdəsi rozet (ulduzaoxşar) yarpaqların içərisindən çıxır. Hündürlüyü çiçək salxımı ilə birlikdə 125-140 sm-dir.