is. 1. Çıxmaq işi, çıxma. Vasya teztez bayıra çıxıb, yenə qayıdırdı.
Susanna bu çıxışın papiros çəkmək üçün olduğunu duyub dedi… M.S.Ordubadi.
2. Çıxmaq üçün qapı, yol və s.; çıxacaq (giriş əksi). Çıxışda gözləmək.
– [Usta] …Tahiri yenə tapa bilməyib, kor-peşman qayıtdı, vağzalın çıxış yolunda dayandı. M.Hüseyn.
3. İclasda və s.-də söylənilən nitq, məruzə, verilən məlumat və s.
Dartıb hədə-qorxu nazirlərinin; Yarımçıq saxlayaq çıxışlarını; Onların parlament alqışlarını. M.Araz.
□ Çıxış etmək – iclas və s.-də durub danışmaq, nitq və ya məruzə söyləmək, məlumat vermək.
[Cəbrayıl Firəngizə:] Müşavirədə kimlərin çıxış edəcəyi sizi maraqlandırırsa, siyahını verə bilərəm… B.Bayramov.
4. Çıxma, doğma, doğuş, görünməyə başlama. Ayın çıxışı.
– [Vaqif:] …Günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda ona heç baxan da olmur. Çəmənzəminli.
5. İdman və b. yarışlarda iştirak etmə; iştirak. Boksçuların Beynəlxalq yarışlarda çıxışı.
6. İfa etmə, göstərmə. Mahnı və rəqs ansamblının çıxışı.
– Günlərin birində Pavlo sirkdə çıxış edərkən nərdivandan yıxıldı. S.Vəliyev.
// Artistin səhnəyə çıxması.
Rejissor (gərdün, yaxud şəbehgərdan) daim iştirak edənlər arasında gəzişərək, əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işarə edib bildirir. Ə.Haqverdiyev.
[Murad:] Hüseyn, sənin çıxışındır, çıx! S.Rəhman.
7. Nümayiş.
// Öz tələbini, fikrini, münasibətini camaat, kütlə qarşısında bildirmə.
Həsənbəy Zərdabinin bu cəsarətli çıxışlarına qarşı irtica getdikcə güclənirdi. M.İbrahimov.
□ Çıxış etmək – öz tələbini, fikrini, münasibətini kütlə qarşısında çıxıb bildirmək.
Öz məqalələrində xalqın taleyi ilə yaşayan jurnalist [
Ü. Hacıbəyov ] daim xalq adından çıxış edir… Ə.Sultanlı. 8. Göyərmə, cücərmə, bitmə.
Çıxışların batıqlara; Düşən xəfif kölgələri – Tağlardakı; Oyma “naxış ləpələri”. B.Vahabzadə.
◊ Çıxış yolu məc. – çıxılmaz vəziyyətdən, böhrandan qurtarmaq üçün çarə, yol, əlac, qurtuluş, nicat, xilas.
Qətibə çıxış yolu tapa bilmədiyindən, olduğu yerinə qayıtdı və həmişə oturduğu söyüd kötüyünün üstündə oturdu. M.S.Ordubadi.