Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaharbağ
Çaharbağ— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çaharbağ bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,448 ailədən ibarət idi.
Çaparlar
Çaparlar Aerobatika Komandası (ing. The Horsemen Aerobatic Team) 3 keçmiş ABŞ Hərbi Hava Qüvvələri pilotundan ibarət mülki aerobatika eskadronudur. 1994-cü ildə qurulmuşdur. Uçuşlar üçün 3 ədəd North American P-51 Mustang təyyarələri istifadə olunur.
Çaxarlar
Çaxarlar — monqol dilli köçəri xalq. «Çaxar» etnonimi XIII əsrə gedir. Əvvəlcə çaxarlar xanın nökərləri idilər. Sonra müstəqil etnosa çevrildilər. Çaxar xanlığı Daxili Monqolustanın ən güclü qurumlarından idi.XVII əsrdə Tzin sülaləsinin tərkibinə qatılmışdılar. Hazırda Çində, Sincan-Uyğur Muxtar Rayonu və Daxili Monqolustan Muxtar Rayonunda yaşayırlar. Monqol dilinin Çaxar dialektində danışırlar. Müasir çaxarlar mədəni quruluşlarına görə ordoslara, ölətlərə, barqutlara və digər monqol qruplarına yaxındır.
Çaharbağ mədrəsəsi
Çaharbağ mədrəsəsi (fars. مدرسه چهار باغ‎, azərb. Dörd bağ məktəbi ‎) və ya bir digər adıyla Madər-i Şah mədrəsəsi - XVIII əsrə aid mədəniyyət kompleksi. Çaharbağ (Sultani) mədrəsəsi 1706-1714-cü illərdə Şah Hüseyn Mirzənin əmri ilə tikilmişdir. Şah Hüseyn bu mədrəsəni xanədan məktəbi kimi təchiz etdirmiş və dövrün məşhur alimlərindən Məhəmməd Bəkir Hatunabadini mədrəsəyə Mollabaşı vəzifəsinə təyin etmişdir. Gözəl kaşıları ilə diqqəti cəlb edən bu mədrəsənin 90×95 metr düzbucaqlı planı əhatə dairəsi, 60×65 metrlik həyəti, ikimərtəbəli eyvanı və 120 hücrəsi var. Şah Hüseynin də burada özünə məxsus hücrəsi varimiş. Mədrəsəyə Şah Hüseynin anası tərəfindən bir neçə karvansara və bazar yeri bağışlanmışdı. Mədrəsənin planı aşağıdakı kimidir; Giriş, Həşti, Eyvan, Hücrə, Sehn, Müderris hücrəsi, Künbətxanə, Şəbistan (gecə ibadətləri üçün nəzərdə tutulan otaq), Dəstəmazxana, Xidmət otağı. Mədrəsə quruluşu daxilində; eyvan, məscid, günbəz, minarə, mehrab, minbər, hərəm, hücrə, hovuz və kitabxana kimi tikililər də varidi.
Çahargah (Qürvə)
Çahargah (fars. چهارگاه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (18 ailə). Əhalisini kürdlər təşkil edir.
Çahartağ (Tikantəpə)
Çahartağ (fars. چهارطاق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 504 nəfər yaşayır (98 ailə).
Çahartağ (Zəncan)
Çahartağ (Mahnişan)
Çahartağ (fars. چهارطاق‎) — İranın Zəncan ostanında kənd. Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan qəsəbəsindən 50 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 121 nəfər. yaşayır (24 ailə).
Cahargah
Çahargah — Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri.
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Cahandar ağa
Cahandar ağa — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının Dəli Kür romanının qəhrəmanı. Qazax mahılında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəy. == Personajın təsviri == Cahandar ağa Qazax mahalında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəydir. Hündürboy və pəhləvan cüssəlidir və az qarayanızdır. Həyat yoldaşı Zərnigar xanımdan Şamxal və Əşrəf adlı iki oğlu və Salatın adlı bir qızı vardır. Kəndin varlı adamlarından olan, yeddi dəfə evlənmiş Allahyarın, Mələk adlı kəbinli bir arvadını qaçırıb özünə arvad etmişdir. Nişan almaqda mahirdir və sərrast atəş açır. Təxminən 45-50 yaşlarındadır. == Ədəbiyyat == Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
Cahandar Şah
Cahandar Şah (9 may 1661, Dəkkan yaylası, Böyük Moğol imperiyası – 12 fevral 1713, Dehli) — Böyük Moğol İmperiyasının IX padşahı.
Cahargah (Soyuqbulaq)
Cahargah (fars. چهارگاه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (33 ailə).
Cahartağ (Marağa)
Çahartağ (fars. چهارطاق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Təkab qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 235 nəfər yaşayır (49 ailə).