HEYRATI

is. [Herat şəhərinin adından] Şərq muğamlarından birinin adı. Heyratı oxumaq.
– Bir pərdə Çahargah, bir sim Heyratı; Bir ağız Dilqəmi gətirin mənə. M.Araz.

□ Heyratı xoruz – iri, döyüşkən xoruz növü.
Heyratı kəlağayı – iri, güllü kəlağayı.
Heyratı ipək kəlağay; Örtüb qəddi-dala gözəl. Aşıq Ələsgər.

HEYRANLIQ
HEYRƏT
OBASTAN VİKİ
Heyratı
Heyratı – Azərbaycan zərbi muğamı və bu muğam üzərində qurulmuş unudulmuş Azərbaycan rəqsi. == Mənası == "Heyratı" sözü Herat coğrafi adının təhrif olunmuş biçimidir. Hazırda Herat İranda şəhər və Əfqanıstanda İranla həmsərhədd olan vilayətin adıdır. Amma vaxtılə orada Səfəvilər dövlətinin önəmli mərkəzlərindən biri olan Herat bəylərbəyliyi olub. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə "Kabili" sözü bu muğamın başqa bir adı kimi göstərilmişdir. == Özəllikləri == Mahur-hindi muğamı kökündə gümrah, nikbin və cəngavər əhvali – ruhiyyəli zərbi muğam. Rast məqamına əsaslanır . Özü də "do" mayeli rast lad-məqamına əsaslanır. Heyratı zərbi muğamı "Mahur – hindi" muğam dəstgahının ayrı-ayrı melodik dönəmlərini özündə birləşdirən sərbəst improvizəyə malikdir. Ölçüsü 4/2-dir.
Heyratı (dəqiqləşdirmə)
Heyratı — Azərbaycan zərb muğamı. Heyratı — eyniadlı zərb muğamı üzərində qurulmuş Azərbaycan rəqsi. Heyratı — Azərbaycan kəlağayı növü. Heyratı — Azərbaycan xalça növü. Heyratı — Azərbaycanda döyüş xoruz növü.

Значение слова в других словарях

боя́рство дубра́вушка контрове́рсия педагоги́чески разгиба́ться совмеще́ние удэге́йский выступле́ние домоде́льный замости́ть наклоне́ние наспи́нный стра́шное франкирова́ние Aldous bypass invert outwing sloop swallowtail whity костра основной стосковаться тюльпан