Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baldoy
Baldoy (gür.: g.ə. პალდო, l.ə. paldo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99.9%-i azərbaycanlılardan ibarət 696 nəfər (367 nəfəri kişilər, 329 nəfəri qadınlar) əhali yaşayır.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Drako Malfoy
Drako Malfoy (5 iyun 1980) — Harri Potter romanlar seriyasının personajlarından biri. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Drako Malfoy ilk dəfə Madam Malkinin Çəpəki küçədəki paltar dükanında Harri ilə rastlaşarkən oxuculara görünür. İlk görüşdə Malfoy qarşılaşdığı uşağın Harri Potter olduğunu bilmədiyinə görə ona laqeyd yanaşır. Malfoy təmiz qanlı sehrbaz nəslindən olduğuna görə fəxr edir, mələz qanlıları qınayır, maql ailəsində doğulanların isə ümumiyyətlə Hoqvartsda təhsil almaq hüququnun olmadığını deyir. Malfoy növbəti dəfə Harri ilə Hoqvarts Ekspress qatarında görüşür. Malfoy Ron Uizlinin ailəsinə qarşı xoş olmayan ifadələr işlətdikdən sonra Harri onun dostluq təklifini rədd edir və burdan da onlar arasında mənfi münasibətin əsası qoyulur. Roulinq qeyd edir ki, əslində Malfoy Harri ilə dost olmaq istəyir, çünki, "Harri məşhur idi və belə bir məşhurun dostu olmaq məktəbdə onun üçün əlavə nüfuz ola bilərdi." Lakin, Harri Drako ilə dostluq eləmək istəmir, çünki, o, "Harrinin çox sevdiyi Haqrid və Ron haqqında yaxşı fikirdə deyil". Seçici şlyapa uşaqları bölərkən, Drako Malfoy dekanı İksir dərsini tədris edən Severus Sneyp olan Slizerin fakultəsinə təyin olunur. Drako Harrini məktəbdən qovdurmaq üçün gecə duelinə çağırır, özü isə gizlincə məktəbin nəzarətçisi Fliçə Harrinin gecələr məktəbdə gəzdiyini xəbər verir, lakin, Harri gizlənərək ehtiyatlı şəkildə məsələni həll edə bilir. === Harri Potter və Sirlər Otağı === "Harri Potter və Sirlər Otağı" romanında atası Lusius Malfoyun Slizerin Qviddiç komandasının bütün üzvlərinə ən son model "Nimbus 2001" uçan süpürgəsi hədiyyə etməsindən sonra Drako Malfoy Slizerin komandasının yeni tutucusu təyin edilir.
Kalsoy adası
Kalsoy (far. Kalsoy) — Farer adalarının şimalında yerləşən ada. 2013-cü il məlumatına görə adada 95 nəfər yaşayır. Sahəsi 30.9 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 788 m-dir. == Ədəbiyyat == Swaney. Iceland, Greenland & the Faroe Islands (3rd edition). Lonely Planet Publications. 1999 [1991]. ISBN 0-86442-453-1.
Salxay adası
Salxay — Laptevlər dənizinə daxil olan Oleyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Adanın uzunluğu 6,7 km, eni 3 km təşkil edir. Olenok körfəzinin qərbində Olenok deltasından 40 km şimal-qərbdə yerləşir. Maksimal hündürlüyü 18 metrdir. Üzəi bstaqlıqlaşmışdır. Kiçik göllərə sahibdir. Sahil ərazidində dərinlik 2 metrdir.Şimalında Orto-Arı adası yerləşir. Ondan 1,5 km eni olsm Çuqas boğazı ilə ayrılır. İlin 9 ayı buzla örtülü olur.
Çalxan kəndi
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Zalxay Həsənova
Zalxay Mahmud qızı Həsənova (31 dekabr 1941, Aşağı Tala, Zaqatala rayonu – 8 oktyabr 2023, Aşağı Tala, Zaqatala rayonu) — Zaqatalanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1975). 1941-ci il dekabrın 31-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Əmək fəaliyyətinə 1958-ci ildə sıravi kolxozçu kimi başlayıb. 1960-cı ildən Zaqatala rayonu Səməd Vurğun adına kolxozda quşçuluq, 1965-ci ildən tütünçü, 1970-ci ildən həmin kolxozun tütünçülük bölməsində qabaqcıl vəzifələrdə çalışıb. Həsənova tütünçülüyü Respublikada ən qabaqcıl təsərrüfatlardan birinə gətirib, kolxozda qabaqcıl, Zaqatala rayonunda isə ən qabaqcıl bölməsinə çevrilib. 1973-cü ildə işçilər kollektivi 1972-ci ildə vəd edilmiş 13,86 ton əvəzinə 22,66 ton tütün almışdı. 1974-cü ildə bölməyə 20 ton tütün yarpağı qarşıya məqsəd qoyulmuş, bölmə 27 ton öhdəliyə götürmüş, 46 ton tütün yığaraq ikiqat planı yerinə yetirmişdir. 1975-ci ilin birinci rübündə bölmə hər hektardan 50 sentner tütün yarpağı almışdır. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 fevral 1975-ci il tarixli Fərmanı ilə Ümumittifaq Sosialist Müsabiqəsində qazanılan görkəmli uğurlara və doqquzuncu beşilliyin tapşırıqlarını vaxtından əvvəl yerinə yetirməkdə göstərdiyi əmək şücaətinə görə, əkinçilik və heyvandarlıq məhsullarının istehsalının və dövlətə satışının artırılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə görə Həsənova Zalxay Mahmud qızı "Lenin" ordeni və "Oraq və çəkic" medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. O, həmçinin iki dəfə Lenin ordeni (14.12.1972, 10.02.1975), "Qırmızı əmək bayrağı" ordeni (04.08.1971) və "Xalqlar dostluğu" ordeni (02.02.1971) ilə təltif edilmişdir.
Baloy-Lam
Baloy-Lam (çeç. Baloyn-Lam, hərf. "Baloylular dağı"; Baloylam) — Çeçenistanın Açxoy-Martanov rayonunda dağ zirvəsi. == Haqqında == Osuxi çayı, Qexi çayının sol qolu və Ağ Şalaji çayları arasında yerləşən bu dağ zirvəsi dəniz səviyyəsindən 2029,9 metr yüksəklikdə yerləşir. Baloyn-Lam dağında iki yüksəklik vardı: Taşi-Kort xəritələrində Bokxa-Taş-Korta və Joma-Taş-Korta. Rəvayətə görə, Baloylam dağında döyüşkən çeçen etnik icması baloy meydana çıxmışdır. Hazırda bu çeçen tayplarının nümayəndələri Rusiyanın Qroznı, Arqun, Qudermes kimi şəhərlərində, Rusiyanın Psedax, Beerdakel, Kurçaloy, Qeldarana, Tsotsin-Yurta, İlasxan-Yurta, Oysxara, Türkiyənin Çardaq və İstanbul şəhərlərində, İraq, İordaniya və Suriya ərazisində yaşayırlar. == Ədəbiyyat == Сулейманов А. С. Топонимия Чечни / Ред. Т. И. Бураева. — Грозный: ГУП "Книжное издательство", 2006.
Fyodor Çalov
Fyodor Çalov (rus.: Фёдор Ча́лов, 10 aprel 1998, Moskva) — Rusiyalı futbolçu, hücumçu mövqeyində oynayır. Futbol üzrə Rusiya Milli komandasının və Moskvanın "MOİK" klubunun oyunçusudur. Rusiyanın İdman ustasıdır. == Karyerası == Futbolçu 2005-ci ildə uşaq və yeniyetmələrdən ibarət "Yunıy Dinamovets" futbol klubunun uşaq futbol məktəbində futbol öyrənməyə başlayır. Bir il sonra, "MOİK" klubunun skautları 8 yaşlı Çalovu, "MOİK"in Uşaq komandasına aparırlar. "MOİK"də inkişaf edən futbolçu, 13 yaşında uşaqlar arasında Rusiya çempionatında ən yaxşı bombardiri olur. Tezliklə yeniyetmə Fyodorun qol vurma bacarığı üzə çıxır. 2015-ci ildə o, 1998-ci il təvəllüdlü futbolçuların çempionatında "Spartak" ilə oyunda 5 qol vurur. Bir il sonra UEFA Gənclər Liqasının oyunları çərçivəsində, Fransanın "Monako" komandası ilə qarşılaşmada rəqibin qapısına dörd qol vurur. Onun "poker"i komandasına 5:0 hesabı ilə qazanmağa kömək edir və o, dörd qoldan üçunu altı dəqiqə ərzində qol vurur.
Mariano Raxoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Çalon Aranq
Çalon Aranq — İndoneziyanın Bali adasında orta əsrlər dövrünə aid edilən Ranqdanın Baronqla mübarizəsini canlandıran tamaşalar. Çalon Aranq tamaşaları Bali mədəniyyətinin ayrılmaz hissəsidir. Bütövlükdə Bali mədəniyyətində Ranqda (əcinə, rakşas tipi) vacib rol oynayır. Bali mifologiyasının Yava ilə sıx əlaqəsi bu dəfə Ranqdanın Yava mənşəli olmasına dair versiyalarda öz təsdiqini tapır. Ranqda ənənəvi Bali mifologiyasında əcinnə leakların (leaklar Bali mifologiyasına görə, hamilə qadınları taparaq onların bətnindəki körpənin, yaxud da dünyaya yeni gəlmiş uşaqların qanını sovuran kanniballardır və daxili orqanları görünən uçan baş kimi təsvir olunurlar) kraliçası sayılır və ifritələr ordusu ilə birlikdə işıqlı qüvvələrin hökmdarı Baronqla arasıkəsilməz müharibələr aparır. Ranqda adətən uzun dilli və iti caynaqlı, pırpız saçları olan yarımçılpaq qarı kimi təsəvvür edilir. Bu əcinnənin mənşəyinə dair tədqiqatçılar müxtəlif fikirlər söyləyirlər. Bəziləri Ranqdanın varlığını hinduizmlə bağlayaraq, onun yerli Kali (hindlilərin dağıdıcı və qoruyucu qara ilahəsi) olduğu qənaətindədirlər. Belə ki, çoxları tərəfindən şər qüvvələri təmsil etdiyi düşünülən Ranqda Balinin bəzi bölgələrində həm də qoruyucu qüvvəyə malik obraz kimi çıxış edir və bu əcinnənin rəmzi rənglərindən olan ağ, qara və qırmızının Kaliyə də xas olduğu vurğulanır. Digər tədqiqatçılar isə Ranqdanı (tərcüməsi "dul qadın" mənasını verir) konkret şəxsin — X-XI əsrlər arasında yaşamış əslən yavalı olan Bali kraliçası Mahendradattanın (əsl adı Qunapriya Dharmapatni) — adıyla bağlamağa çalışırlar.
Açxoy-Martan
Açxoy-Martan (çeç. Iашхой-Марта, Тӏехьа-Марта) — Çeçenistan Respublikası, Açxoy-Martan rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Axçoy-Martan rayonunun və Axçoy-Martan kənd sovetliyinin mərkəzidir. == Coğrafiya == Kənd Qroznıdan 40 km cənub-qərbdə yerləşir. Kəndin mərkəzindən Sunja çayının qolu olan Fortana çayı axır (çeç. Марта), şərq hissəsindən isə Açxo çayı keçir (çeç. Iашхо, Iашху). Kəndin adı bu iki çayın adından ortaya çıxmışdır — Açxu və Martan. Kənddən 6 km şimalda "Qafqaz" federal yolu keçir. Ən yaxın dəmiryolu stansiyası olan Samaşkiyə olan məsafə 15 km-dir (1994-cü ildən fəaliyyət göstərmir).
Açxoy-Martan rayonu
Açxoy-Martan rayonu (çeçen. Тӏехьа-Мартанан кӀoшт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Açxoy-Martan kəndidir. Rayon Açxoy-Martan adını Açxu çayı ilə Fortanqa (Мартанга) çayı arasındakı düzənlikdən almışdır. Açxoy-Martan rayonu ərazisində 12 yaşayış məntəqəsi var. == Coğrafiya == Açxoy-Martan rayonu, Böyük Qafqaz dağ silsiləsinin ətəklərində , Çeçenistanın cənub-qərbində yerləşir. Şimalda Sunja rayonu ilə, şimal-şərqdə Qroznı rayonu ilə, şərqdə Urus-Martan ilə, cənubdan Şatoy rayonu ilə, qərbdən İnquşetiyanın Sunja rayonu ilə həmsərhəddir. Rayon ərazisi Assa, Sunja, Valerik, Fortanqa, Nitxoy, Şalaji və Açxu çayları ilə kəsişir. Bölgənin şimalında Çeçenistanın karbohidrogen xammalının paylama zonası var. Rayonda tikinti materialları yataqları (kərpic və kafel xammalı, dolomit) mövcuddur.
Oyya-de-Alkoy
Oyya-de-Alkoy (isp. Hoya de Alcoy) — İspaniyada yerləşən rayon.
Vals-d-Alkoy
Vals-d-Alkoy (kat. Valls d'Alcoi) — İspaniyada yerləşən rayon.
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Çalxan kənd yaşayış yeri
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Canxot
Canxot — Krasnodar diyarında xutor. Gelencik kurort şəhəri inzibati ərazisinin Divnomorsky kənd dairəsinin bir hissəsidir. Məşhur dənizkənarı kurort yeridir. == Coğrafiyası == Canxot xutoru Qara dəniz sahilində, Xotetsay (adıq Vəhşi it) çayının mənsəbində, 5 km uzanan vadi boyunca yerləşir. Gelencikdən 17 km cənub-şərqdə və Krasnodar şəhərindən 185 km cənub-qərbdə yerləşir. Şimal-qərbdə Divnomorskoe və cənub-şərqdə Praskoveevka yaşayış məntəqələrinin ərazisi ilə həmsərhəddir. Canxotun orta hündürlük dəniz səviyyəsindən 194 metr hündürlükdədir. == İqlimi == Yaşayış məntəqəsində yarımquru Aralıq dənizi iqlimi üstünlük təşkil edir. İllik orta yağıntının miqdarı 800 mm-dir (əsasən qışda). 2000-ci ilin fevral ayında şəhərdə temperatur −18,8 ° C-ə qədər düşdü.
Canköy
Canköy (ukr. Джанкой, krımtat. Canköy, Джанкой) — Krımın şimalındakı şəhər. Krım Respublikasının ayrıca inzibati vahidini - respublika əhəmiyyətli Canköy şəhərini təşkil edən, onun tərkibinə daxil olmayan Canköy rayonunun mərkəzidir. == Etimologiyası == Çox vaxt "Cankoy" adı Krım-tatar dilində can kəndi və ya sevimli kənd (dzhan - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Dzhankoy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan dzhan'koydan götürən etimologiyanı daha ağlabatan hesab edirlər[8].ndə can kəndi və ya sevimli kənd (can - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Canköy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan -canköydan götürən etimologiyanı daha məntiqli hesab edirlər. == Coğrafiyası == Respublikanın şimalında paytaxt Simferopoldan 90 kilometr məsafədə yerləşir. Canköy stansiyası Xarkov-Sevastopol və Xerson-Kerç xətlərinin kəsişməsində yerləşən dəmir yolu qovşağıdır. Stepnaya çayı şəhərin mərkəzindən axır, şəhərin yeganə su axınıdır.
Tüp Canköy yarımadası
Tüp Canköy (krımtat. Tüp Canköy) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. Yarımadanın səthi hamardır. Canköydən şimal-şərqdə Sivaş körfəzinə doğru uzanır. Cənubdan şimala uzanır. Tüp-Tərxan yarımadasından Roqaçinski körfəzi ilə ayrılır. Onun uzunluğu 20 km, eni 2-4 km arasında dəyişir. Maksimal hündürlük 18,6 metrdir. Yarımadada yerləşən yaşayış məntəqələri: Ermakovoe (1945-ci ilə qədər - Totou), Medvedevka, Turqenev və Peredmestnoe.
Caxo Qatuyev
Caxo Qatuyev (1892, Vladiqafqaz – 11 iyun 1938, 1937 və ya 1938) — Osetiyalı yazıçı, publisist, inqilabçı və ictimai xadim. == Bioqrafiyası == 1892-ci ildə Vladiqafqazda keşiş Aleksey Qatuyev ailəsində anadan olmuşdur. Tarskaya küçəsindəki atasının evində yaşayır. Vladiqafqaz gimnaziyasını bitirdikdən sonra 1912 -ci ildə Moskva Universitetinə daxil olur. Tələbə ikən gizli marksist dərnəyin fəaliyyətində iştirak edir. Vladiqafqazda bolşevik təbliğat ədəbiyyatını payladığı Sergey Kirovla tanış olur. 1917-ci ilin oktyabrında Moskvada qiyamda iştirak etdi. Eyni ilin sonunda Sovet hakimiyyətinin qurulmasında iştirak etdiyi Vladiqafqaza qayıdır. "Qorskaya Jizn" qəzetinin müxbiri olaraq 1918-ci ildə Terek vilayəti xalqlarının qurultayında iştirak edir. Terek vilayəti Ağ Qvardiya qoşunları tərəfindən tutulduqdan sonra Xristianovskoye kəndində gizlənir.