Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayriz Qibson
Tayriz Darnell Qibson (30 dekabr 1978, Los-Anceles, Kaliforniya) — amerikan R&B müğənnisi, reper, aktyor, yazıçı, keçmiş model və MTV VJ. Bir neçə albom buraxdıqdan sonra Hollivud istehsalı olan bir çox bədii filmlərdə rol almışdır. Tayriz Qibson karyerasına avtobusda aşkarlananda başladı. 1994-cü ildə Koka-Kola şirkətinin reklam çarxında görünərək "Həmişə Koka-Kola" adlı mahnısı ilə böyük şöhrət qazanmışdır. 2021-ci il 7 yanvardan etibarən İslam dinini qəbul etmişdir.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Fayruz
Feyruz (ərəb. فيروز‎, əsl adı Nühad Vədi Həddad ərəb. نهاد وديع حداد‎; d. 21 noyabr 1935) — livanlı müğənni, ərəb dünyasının yaşayan müğənniləri arasında ən sevilən və hörmətlisidir. Onun mahnıları bütün regionda populyardır.O, ilk olaraq 1957-ci ildə Bəəlbək Beynəlxalq Festivalının "Livan gecələri" bölməsində ifa etdiyi mahnılarla yaddaşlarda qalmış və məşhurluq qazanmışdır. Feyruz "Ulduzların səfiri", "Ayın qonşusu" (Maşğara Ayı haqqındakı mahnısına görə) və "Livanın cəvahiratı" adları ilə tanınır. == Həyatı == Nühad Həddadın atası Türkiyənin Mardin əyalətindən olan və Süryani pravoslavlığına etiqad edən, lakin sonradan maruniliyi qəbul edən kitab çapçısı Vədi Həddad, anası isə maruni xristian Liza əl-Bustanidir. 1935-ci ildə onlar Beyruta köçürlər. Ailədə 4 uşaq idilər: Nühad, Yusif, Huda və Amal. Nühad utancaq uşaq idi və məktəbdə çox dostu yox idi.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Çayrab
Çayrabçay — Balakən rayonu ərazisində çay. == Toponimikası == Çayrabçay Balakənçayın qoludur. Yerli əhalinin verdiyi məlumata görə, çayın adı çay (su hövzəsi) və ərəb (etn.) sözlərindən düzəlib. "Ərəb çayı" mənasındadır. Əslində, çay (su hövzəsi) və -rab (avar. -lı şəkilçisi) komponentlərindən düzəlmiş bu hidronim "çaylı, çay yatağı" deməkdir.
Çayrud
Çayrud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1927 nəfərdir. == Toponimiyası == Oykonim çay (su hövzəsi) və rud (TalıŞərq "çay") komponentlərindən düzəlib, "çay kəndi, çaylı kənd" mənasındadır. Toponimiyada təsadüf olunan müxtəlif dillərə məxsus iki eynimənalı sözün birləşməsidir.
Ayris
Laura van den Breyl (nid. Laura van den Bruel; 19 yanvar 1995), daha çox Ayris (ing. Iris, nid. Airis) kimi tanınır) — Belçika müğənnisi, Belçikanın 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi. == Həyatı == 1995-ci ildə Belçikanın şimalında yerləşən kiçik Morkxoven kəndində anadan olub. 15 yaşından oxumağa başlayıb və 2010-cu ildə buraxdığı debüt albomu olan "Wonderful" onu öz ölkəsində əsl ulduza çevirib. == Diskoqrafiya == === Albomları === Seventeen (2012) === Sinqlları === Wonderful (2010) Would You?
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Pariz
Pariz və ya Bariz— İranın Kirman ostanının Sircan şəhristanının Pariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,527 nəfər və 1,231 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiəmüsəlmandırlar.
Aşağı Çayrud
Çayrud (Çayoru) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi talışlardan ibarətdir.[mənbə göstərin] == Mənbə == Qədir Kərimov "Elm ocağının işığında" ,Bakı, "Adiloğlu "nəşriyyatı,2005.
Bulbophyllum mayrii
Bulbophyllum mayrii (lat. Bulbophyllum mayrii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Neyriz şəhristanı
Neyriz şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Neyriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,241 nəfər və 28,664 ailədən ibarət idi.
Xakriz (Əsədabad)
Xakriz (fars. خاکریز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,089 nəfər yaşayır (316 ailə).
Xayril Ənvər
Xayril Ənvər həmçinin Xairil Ənvər (26.07.1922-ci il Medan, 28.04.1949-cu il Cakarta) — indoneziyalı şair və tərcüməçi olmuşdur. "45-ci il nəslinin" lideri idi. O, İndoneziya dilini rəsmidən qeyri-rəsmi danışıq dili ilə əvəz etmişdir. == Tərcümeyi-halı == Medanda anadan olub və orada orta məktəbi bitirib. 1940-cı ildə Cakartaya gəlir. Şair Cakartada xəstəxanada bilinməyən xəstəlikdən rəhmətə gedir. Cakartada Karet Bivak qəbirsanlığında basdırılır. == Şəxsi xüsusiyyətləri == HB Jassin qeyd edir ki, 1943-cü ildə sonuncu şeirini Pandji Pustaka'ya təqdim edərkən Ənvərın ilk təəssüratı "nazik, solğun və görünməmiş görüntü" idi. Onun gözləri "qırmızı, bir qədər çılpaq daha doğrusu boş idi, lakin həmişə bu gözlər düşüncə içində itirdi. Bəziləri bunu "sadəcə qayğıya ehtiyacı olduğu" kimi qələmə verirdilər.
İda Mayrin
İda Mayrin (d. 30 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. İda Mayrin 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Mayrin həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == İda Mayrin 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və Karina Lixvar ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011)—Azərbaycan şairi. == Həyatı == Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb. Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb.
Abriz (Bostanabad)
Əbriz (fars. ابريز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Bostanabad qəsəbəsindən 7 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,324 nəfər yaşayır (278 ailə).
Ayris (film)
"Ayris" (en İris) — İngilis yazıçısı Ayris Mördokun və həyatı yoldaşı Con Beyli ilə yaşadığı illər haqqında bəhs edən drama janrında çəkilmiş film. Film 2001-ci ildə rejissor Riçard Ayr tərəfindən çəkilib. == Süjet == Film yazıçı və filosof Ayris Mördokun son illərindən bəhs edir. Yazıçı həyatının sonunda Alsheymer xəstəliyindən əziyyət çəkirdi. Filmin süjet xətti, gənc Ayrisin gələcək əri Con Beyli ilə tanışlığı haqqında bəhs edən fleşbəklərlə kəsilir. Onların arasında dərin məhəbbət hissi yaranır. Cütlük ömrünün sonunadək birlikdə yaşayır. == Rollarda == == Mükafat və mükafata namizədlər == Burada əsas və mühüm mükafatlar sadalanır. tam siyahı ünvanında yerləşdirilib. Mükafatlar 2001 — "Ən yaxşı gənc istedad" Berlin Kinofestivalı (Hyu Bonnevil) 2001 — ABŞ Kino tənqidçilərinin Milli Şurasının 2 mükafatı: "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), Kino sənətində xüsusi ustalığa görə 2002 — Oskar, 2002 "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) 2002 — BAFTA, 2002 "Ən yaxşı qadın rolu" (Cudi Denç) 2002 — Qızıl Qlobus "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) 2002 — Avropa Kino Akadeiyasının Mükafatı "Ən yaxşı qadın rolu" (Keyt Uinslet)Mükafata namizədlik 2001 — Əsas müsabiqədə iştirak Berlin Kinofestivalı (Riçard Ayr) 2002 — Oskar 2002 — "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet) 2002 — BAFTA 2002 — mükafata 5 namizəd "Ən yaxşı Britaniya filmi" (Robert Foks, Skott Rudin, Riçard Ayr), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Hyu Bonnevil), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet), "Ən yaxşı uyğunlaşdırılmış ssenari" (Riçard Ayr, Çarlz Vud) 2002 — Qızıl Qlobus mükafatına 2 namizəd: "Dram janrında ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu — Kinofilm" (Keyt Uinslet) 2002 — Avropa Kino Akadeiyasının Mükafatına 3 namizəd: "Ən yaxşı kişi rolu" (Cim Brodbent və Hyu Bonnevil), "Ən yaxşı qadın rolu" (Cudi Denç) 2002 — ABŞ kinoaktyorları Gildiyasının mükafatına 2 namizəd: "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) == Maraqlı faktlar == Ayris Mördokun rolunun ifasına görə Cudi Denç və Keyt Uinslet Oskar mükafatına namizəd olmuşdular.
Ayris Mördok
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[…], Dublin – 8 fevral 1999[…], Oksford, Birləşmiş Krallıq) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib. Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şer toplusu kitablarının müəllifidir. == Həyatı == Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Con Çarlz
Con Çarlz (27 dekabr 1931 – 21 fevral 2004) — Uelsli keçmiş futbolçu. Daha çox mərkəz hücumçusu və mərkəz müdafiəçisi kimi oynayıb. "Lids Yunayted" və "Yuventus" klublarındakı çıxışı ilə məşhur olan o, bir çoxları tərəfindən Britaniyadan olan ən böyük hərtərəfli futbolçu kimi qiymətləndirilib. == Həyatı və Karyerası == Çarlz karyerasına 1948-ci ildə doğma şəhərini təmsil edən "Suonsi Taun" klubunda başlayır. Ancaq tezliklə, bir il sonra "Lids Yunayted"də keçərək peşəkar debütunu orada edir. O, gücünə, tempinə, texnikasına, görmə qabiliyyətinə, havada olan qabiliyyətinə və qol gözünə görə müdafiəçi və ya hücumçu kimi eyni dərəcədə bacarıqlı idi.1952-ci ildə Milli Xidmətindən qayıtdıqdan sonra Çarlz daha tez-tez hücumçu kimi istifadə olunmağa başladı və 1954-cü ildə İngiltərə ikinci divizionun bombardiri oldu. Növbəti il o, klubun kapitanı seçilir. Komandada kapitan kimi ilk mövsümündə klubu ikinci yeri tutur. Çarlz 1956–57 mövsümünü Birinci Divizionun bombardiri olur və Lids mövsümu səkkizinci yerdə başa vurur. 1957-ci ilin yayında Çarlz "Yuventus" klubuna qoşuldu və burada Campyero Boniperti və Omar Sivori ilə hücum tandemini təşkil edir və bu üçlük "Müqəddəs Üç Dişli" kimi tanındı.
Fariz Abdullayev
Fariz Abdullayev — Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi. 4 qat Beynəlxalq Seminar təmsilçisi, 2 qat Beynəlxalq Döyüş Növləri Festivalı iştirakçısı, Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustası. == Həyatı == Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakultəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Həmçinin 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2010-2011-ci illərdə hərbi xidmətini başa vurub. Evlidir, bir övladı var. Həvəskar olaraq musiqi fəaliyyəti ilə də məşğuldur. == Karyerası == Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə Real Aykido idman növünə gətirir.
Bayrım
Caynizm
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini. == Etimologiyası == Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. == Mövcud olması == Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.Caynizm doktrinası əsasən Tirtankara deyilən keçid edən, keçid tapan və yol göstərən olaraq Mahaviraya sitayişdir.
Aqrız
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Ayrım
Ayrım — qədim türk xalqı. Ayrım (Loru) — Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Aşağı Ayrım — Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Ayrım (çay) — Kəlbəcər rayonu ərazisində çay. Yuxarı Ayrım — Kəlbəcər rayonunda kənd. Polad Ayrım — Qaraqoyunlu mahalında kənd.
Payız
Payız vəya güz — ilin dörd fəslindən biri.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.Çaylı (Ağdərə)Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir. Verin Çaylı (Yuxarı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd.
Çayır
Çayır (lat. Cynodon) — qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Çayır:The Plant List saytında takson barədə məlumat.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. == Həyatı == Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı == Ailəsi == Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy == Yürüşləri == Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Albizia carrii
Albizia carrii (lat. Albizia carrii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.