Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çələkən yarımadası
Çələkən yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistan ərazisində yerləşir. Yarımada 1930-cu illərdə ada materikə birləşib. Səbəb isə dənizin səviyyəsinin kəskin enməsi olmuşdur. Yarımadanın sahəsi 500 km² təşkil edir. Hündürlüyü isə 100 metrdir. Yarımadanın ərazisi əsasən qumlar və duzlarla öztülüdür. Ərazidə neft və ozokerit yataqları aşkarlanıb. Bölgədə balıqçılıq da inkişaf etmişdir. Yarımadaya güclü küləklər əsir. Bu səbəbdən yarımada ərazisində həşaratların fəaliyyəti çətinləşir.
Cənubi Çələkən körfəzi
Cənubi Çələkən körfəzi — Xəzər dəniziində Türkmən körfəzinin şimalında, Çələkən yarımadasının cənubunda yerləşən körfəz. Dənizdən Cənubi Çələkən burnu və Dərviş yarımadası ilə ayrılır. Uzunluğu 20 km, eni 35 km təşkil edir. Dərinliyi 5-7 metri keçmir. Burada Alaca limanı yerləşir. Körfəz özü Dərviş, Mixaylovski körfəzləri yerləşir. Üstəlik burada Uzunada körfəzi və Qırark körfəzləri vardır.
Çələkən Oğurçalı boğazı
Çələkən Oğurçalı boğazı - Xəzər dənizinın açıq sahəsini Türkmən körfəzi ilə birləşdirir. Oğurca adasını Çələkən yarımadasından (Dərviş yarımadası) ayırır. Xəzər dənizinin Türkmənistan akvatoriyasında yerləşir.. Eni 15 km təşkil edir. Boğaz dayazdır. Xəzər dənizinin özünəməxsus xüsusiyyətinə görə dərinlik dəyişkəndir. 1970-ci illərdə maksimal həddinə çatmışdır. Ən dərin yeri 3 m, orta dərinlik isə 1,5–2 m təşkil edir. Son onilliklər ərzində Oğurcalı adasının şimalı axınların təsirindən boğazın daxili hissələrinə qum çöküntüləri gətirir. Hazırda boğazın daxilində adsız ada vardır.
Şimali Çələkən körfəzi
Şimali Çələkən — Türkmənbaşı körfəzinin şimal-şərqində, Çələkən yarımadasının şimal sahillərində yerləşir. Dənizdən Çələkən burnu ilə ayrılır. Körfəzin uzunluğu 20 km, eni — 25 km, dərinliyi isə 3,8 m təşkil edir. Körfəzin girişi dayazdır və gəmilərin girişinə imkan vermir.
Bakı-Çələkən (film, 1973)
Bakı-Çələkən qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rzayev tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir. == Məzmun == Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir.
Biləyən
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Pilləkən
Pilləkən və ya Pilləkən marşı — kiçik şaquli məsafələrə bölünməklə iri şaquli məsafəyə qalxmaq üçün tikilinin bir hissəsi. Pilləkənlər düz, dəyirmi, yaxud bucaq altında birləşdirilmiş iki və ya daha artıq düz hissədən ibarət ola bilər. Binalarda pilləkənin standart hündürlüyü 150 mm, eni isə 300 mm olur. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm + 30 sm də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1-2 sm ölçülərdə dəyişiklik edə bilər ancaq bu fərq cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm olmalıdır. Pilləkən materialları müxtəlif ola bilər. Beton, taxta, şüşə və başqa.
Tiləkənd
Tiləkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Porsova kənd Sovetinin Tiləkənd kəndi Honuba kənd Sovetinin tərkibinə verilmişdir. Oykonimin tərkibindəki til komponenti türk dillərində "kənar", "qıraq", "ə" birləşdirici sait, kənd "yaşayış yeri" deməkdir (yəni Tiləkənd – kənar kənd). Əhalisi talışlardan ibarətdir.
Çərəkən
Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır. Kənd düzənlikdə yerləşir. Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Biləyən bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çərəkən çayı
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.
Siləkə (Soyuqbulaq)
Siləkə (fars. سلكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Car Baləkən camaatlığı
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum. == Quruluşu == XVII–XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır" Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi.
Çəkən (Həştrud)
Çəkən (fars. چكن‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (17 ailə). Təbriz şəhristanının Səriskənd bölgəsində, Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 30 km qərbdədir.
Səmaya pilləkən (film, 1978)
Səmaya pilləkən — 1978-ci il istehsalı Azərbaycan filmi. Film bizim müasirimiz, respublikanın əməkdar inşaatçısı, 10-dan artıq yeni məktəb tikmiş Məmməd Hüseynov və onun briqadası haqqındadır. Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sirus Zindadel Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Arzularını çəkən rəssam
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Çiləvənd-i Pain (Astara, İran)
Çiləvənd-i Pain (fars. چلوندپائين‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 975 nəfər yaşayır (204 ailə).
Qəlbi ilə çəkən rəssam
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
İvan Jilken
İvan Jilken ( ing. Iwan Gilkin; 7 yanvar 1858, Brüssel – 28 sentyabr 1924, Brüssel) — fransız dilində yazan belçikalı simvolist şair. == Həyatı == İvan Jilken Brüsseldə anadan olub. Luven Universitetində təhsil alıb. İvan Jilken XIX əsrin 90-cı illərdə “Gənc Belçika” jurnalına rəhbərlik edib. Onun simvolistlərlə sıx əlaqəsi var idi. Onun şeirlər toplusunun çap olunduğu kitabının illüstrasiyasını məşhur simvolist rəssam Odilon Redon təsvir etmişdir. Onun yetkin əsərləri dini və fəlsəfi mövzulara toxunmuş və çox bədbin idi. Onun ilkin yaradıcılığında dini, fəlsəfi və bədbin ruhlu şeirlərin üstünlük təşkil etməsi Şarl Bodler və Artur Şopenhauerdən təsirlənməsi ilə əlaqədardır. 1903 və 1909-cu illərdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.
Uzun çəkən sözardı (kitab)
Uzun çəkən sözardı (roman)
"Uzun çəkən sözardı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Təxmini iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələri ilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı. Bu qədər zaman keçəndən sonra kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Ekspert-analitik Dronqo bunun səbəbini hələ öyrənə bilmir, əvvəlcə isə o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Killer isə geri çəkilmək fikrində deyil.Sonra qatili tapmaq üçün Dronqo axtarışlara başlayır.
Çiken burnu
Çiken burnu (ukr. Чікенин) — Krım yarımadasının cənub-şərqində yerləşən burun. Novı Svet və Morskoye qəsəbələri arasında yerləşir. "Novı Svet" botanik yasaqlığı ərazisinə daxildir. Burun Karaul Oba dağının Qara dənizə olan bir çıxıntısıdır. Dağ Dəliliman və Kutlak buxtalarını ayırır. Burun Karaul-Oba dağları kimi qədim mərcan rifidir. Əsasən əhəng daşından təşkil olunmuşdur. Bəzi mənbələrdə Çiken burnunu Koba Kaya dağının bir cənub-şərq çıxıntısı hesab edirlər.
Come on Eileen
Come On Eileen - Dexys Midnight Runners qrupu tərəfindən 1982-ci ildə çıxarılmış sinql. Mahnının musiqisi Kevin Rouland tərəfindən yazılmışdır. Mahnı Birləşmiş Krallıq hit paradlarında birinci yerə yüksəlmişdir.
Köhnə İlekəy (Baltas)
Köhnə İlekəy (başq. Иҫке Илекәй, rus. Староиликеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Starobaltas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 4 km., == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (97 %) üstünlük təşkil edir.
Arzularını çəkən rəssam (film, 2007)
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Qəlbi ilə çəkən rəssam (film, 2011)
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.