Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Dilbər Axundzadə
Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. == Həyatı == İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.
Dilbər Zeynalova
Dilbər Zeynalova (Dilbər Vəkil qızı Zeynalova) — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. == Həyatı == 1962-ci il, iyul ayının 10-da, Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1979—84 cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstiutunda təhsil almış və 1984-cü ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984—1999-cu illərdə Cəlilabad rayonun Ocaqlı kənd 1 saylı orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1999—2001-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin Fəlsəfə kafedrasında laborant vəzifəsində çalışmışdır. 2001—2005-ci illərdə Azərbaycan Dillər Universitetinin Ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2005-ci lldən bu günə kimi Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent kimi fəaliyyət göstərir. 2006-cı ildə "İsmayıl Şıxlının yaradıcılığında milli özünüifadənin bədii inikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildən Xəzər Universiteti ilə əməkdaşlıq edir. Evlidir, iki oğlu var.
Dilbər məscidi
Dilbər məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Memarlıq kompzisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirmişdir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.
Dilbər Əbdürrəhmanova
Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936, Moskva – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor. == Həyatı == 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.
Tansu Çillər
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. == Həyatı == 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
İlbər Ortaylı
İlbər Ortaylı (21 may 1947) — Türk tarix professoru. == Həyatı == 1947-ci ildə Avstriyada doğuldu. 2 yaşındaykən ailəsiylə birlikdə Türkiyəyə köçdü. İlk və orta təhsilini İstanbul Avstriya liseyində tamamladı. 1965-ci ildə Ankara Atatürk liseyinden məzun oldu. === Akademik kariyerası === 1969-cu ildə Məktəb-i Mülkiyəni və Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsinin tarix bölümünü bitirdi. Vyana Universiteti Slavistik və Orientalistik Bölümündə təhsil gördü. Yüksək lisans çalışmasını Çikaqo Universitetində Prof. Dr. Xəlil İnalcık ilə apardı.
İlxan Çilər
İlxan Çilər (1972, Dənizli) — türk yazıçısı və iş adamı. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları 'Möhtəşəm Hekayə Mükafatını' qazanan yazıçı Sürgün kitabı ilə 2011-ci ildə Avropa Birliyi Ədəbiyyat Mükafatına layiq görülüb. Onun hekayə və məqalələri iyirmidən çox milli və beynəlxalq antologiyada dərc olunur. == Həyatı == Dənizlidə doğulub, İzmirdə böyüyüb. 1990-cı ildə İzmir Özəl Türk Kollecini bitirmişdir. 10 yaşında şeir yazmağa başlayıb. Orta məktəbdə oxuyarkən teatr tamaşaları və daha sonra gündəliklər yazaraq ədəbi əsərlər yaratmağa davam etmişdir. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları "Möhtəşəm Hekayə Mükafatı"na layiq görülüb. Boğaziçi Universitetinin Beynəlxalq Əlaqələr və Siyasi Elmlər fakültəsini bitirib. Öz ifadəsinə görə, o, Boğaziçi Universitetində tələbə olarkən şüurlu şəkildə öz sözləri ilə hekayələr yazmağa başlayıb.
Cilbert Ader
Cilbert Ader (ing. Gilbert Adair, 29 dekabr 1944, Edinburq — 8 dekabr 2011) — ingilis (şotland) yazıçısı, ssenarist, tərcüməçi, esse müəllifi. Daha çox "Alisa möcüzələr ölkəsində" və "Piter Pen" əsərlərinin davamını yazmaqla tanınmışdır.
İrina Zilber
İrina Zilber (18 noyabr 1983) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Zilber Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Tansu Çiller
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. == Həyatı == 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Jilber Dyendere
Jilber Dyendere (fr. Gilbert Diendéré; 1960, Uaqaduqu) — Burkina-Faso hərbi və siyasi xadimi, 16 sentyabr 2015-ci il çevrilişindən sonra Milli Demokratiya Şurasının sədri. == Şəxsi həyatı == Dyendere qətl, hücum və dövlət təhlükəsizliyinə zərər vurmaqda ittiham olunaraq 30 il həbs cəzasına məhkum edilmiş siyasətçi Fatu Diallo Dyendere ilə evlidir.
Dillər
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Fillər
Fillər (Elephantidae) — Məməlilər sinfinin xortumlular dəstəsindən fəsilə. Bitkilərlə qidalanan Fillər quruda yaşayan ən böyük məməli heyvanlardır, yəni bala doğurur və onu südlə bəsləyir. Fillərin böyük cüssəsindən dolayı ovçusu yoxdur. Şirlər ancaq bala, xəstə, yaxud çox yaşlı filləri ovlaya bilirlər. Dişi fillər sürü halında yaşayır və bu baxımdan sosial canlılar olaraq qəbul olunurlar. Erkək fillər cinsi yetişkənliyə yetişəndə qruplara atılır. Erkək fillər də bəzən sürülər şəklində də yaşayır. Onların tük örtüyü seyrəkdir, sadəcə quyruğun ucunda bir qədər sıx və uzundur. == Afrika fili == Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Çilgəz
Çilgəz (dağ) — Laçın və Kəlbəcər rayonları ərazisində dağ. Hündürlüyü 2362 m. Çilgəz (bulaq) — Laçın rayonu ərazisində, Çilgəz dağının ətəyində mineral bulaqlar. Adını eyniadlı dağdan almışdır.
Çililər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çinlər
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Çiqblər
Tarix elmində Saxurlar alban tayfasi olan "cigbi" (yıxbı) tayfasi ilə eyniləşdirilir. Bu da saxurların yerli xalq olduğunu göstərir. Sonrakı tarixi dövrlərdə isə müxtəlif işğallar zamanı daxili miqrasiyalar nəticəsində saxurlar gah dağ ərazilərinə, gah da Böyük Qafqaz dağlarının cənub ətəklərinə köç etmiş və məskunlaşmışdılar. Bundan əlave çar hökuməti Daniyal sultanı Dağ mahalı kəndlərinin dəstəyindən məhrum etmək üçün bir sıra kəndlərin əhalisini 1852-1855 illərdə düzən əraziyə, Car-Balakən dairəsi ərazisinə, Ləzgi Kordon xəttinə yaxın köçürmüşdür. Bununla yanaşı, tədqiqatlarımız müxtəlif türk tayfalarının da bu bölgədə yaşadığını sübut etməyə imkan verir. Türklərin burada məskunlaşması dörd tarixi mərhələdə baş vermişdir: kimmer-skif-sak, hun-bulqar-qipçaq-sabir,oğuz-səlcuq, monqol dövrü. Ümumiyyətlə bu bölgədə yaşayan xalqları yerli ve gəlmələrə bölmək yanlışdır. Bu konsepsiya XIX əsrdə rus müəllifləri tərəfindən irəli sürülmüşdür (konsepsiyaya göre burada yaşayan saxurlar, avarlar ve muğallar gəlmə, "gürcülər" (əslində ingiloylar) isə yerli xalq kimi qələme verilirdilər) və onun məqsədi Azərbaycanın şimal-qərb torpaqlarını guya tarixi gürcü torpaqlar olduğunu sübut etmək idi. Təəssüf ki, bu konsepsiya sonrakı dövrlərdə də müxtəlif formalarda inkişaf etdirilmişdi.
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. == Tarixi == İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Cillər yaşayış yeri
Cillər yаşаyış yеri — Muğаnlı kəndindən şimаl-şərqdə, düzənlik sаhədə yеrləşir. Yаşаyış yеrinin bir qismi su kаnаlı çəkilərkən dаğıdılmışdır. Аbidənin ərаzisi şumlаnıb əkildiyindən оnun yеrüstü əlаmətləri tаmаmilə itmişdir. Tədqiqаt zаmаnı yаşаyış yеrindən Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Tаpıntılаrın аz bir qismi şirli qаblаrdаn ibаrətdir. Аbidənin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI-XVIII əsrlərə аid еtmək оlаr.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Affiksli dillər
Affiksli dillər — Flektiv dillərdən fərqli olaraq söz formalarmı affikslərin köməyilə düzəldən dillər. Hind-Avropa və türk dilləri buna misal ola bilər.
Amorf dillər
Amorf dillər - Sözdəyişdirici şəkilçiləri olmayan dillərdir ki, belə dillərdə qrammatik mənalar ya yanaşma əlaqəsi, ya da köməkçi sözlər vasitəsilə ifadə olunur. Məs.: çin dili. Sözün tam mənasında amorf dil yoxdur.
Analitik dillər
Analitik dillər — Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliklərdən və s. istifadə edən dillər. Məs.: fransız, ingilis, alman dilləri analitik dillərdəndir.
Aqqlütinativ dillər
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Cılfır
Cılfır — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. == Toponimikası == Cılfır kəndi Bərgüşad silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyərcik kəndindən köçmüş ailələr tərəfindən Cılfır meşəsi adlanan ərazidə salınmışdır. Kənd həmin meşənin adını daşıyır. Azərbaycan dilinin dialektlərində cılfır "cəngəllik, kol-koslu yer" deməkdir. == Coğrafiyası və iqlimi == Cılfır kəndi Bərgüşad silsiləsinin yamaclarında yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Filler
Filler (mac. fillér) — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi. Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi. Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hal-hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar. == Avstriya-Macarıstan kronu == Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı. Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı.
Vilbre
Vilbre (fr. Villebret) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03314. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 849 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) 642 nəfəri iqtisadi cəhətdən fəal, 207 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 72.9%). Fəal olan 642 nəfərdən 613 nəfər (321 nəfər və 292 qadın), 29 nəfər işsiz (16 kişi və 13 qadın) idi. 207 hərəkətsiz 75 nəfər arasında şagird və ya tələbə, 82 nəfər təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Çılğır
Çılğır (əvvəlki adı: Çiləgir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılmışdır.