Mən elə güman edirəm ki, anannan dilbirsən.
[Kəyan] …istəkli yoldaşı Maral ilə o qədər xoş, dilbir və ürəkbir həyat sürürdü ki, zövcəsinin bu sözünə ancaq ürəkdən gülər(di).
□ Dilbir eləmək (etmək), dilbir olmaq – sözbir olmaq, həmrəy olmaq, sözləşmək, qərarlaşmaq.
[Zərbəli:] …Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu soldat yazdırın, öz uşaqlarınızı da gərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu?
Hər halda gümanım budur ki, əlbir, dilbir olsaq, Xanpəri xalanı düz yola gətirə biləcəyik.