Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çənquri (Xudabəndə)
Çənquri (fars. چنگوري‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 851 nəfər yaşayır (174 ailə).
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Çoqori
Çoqori, (və ya K2, Dapsanq, Qoduin-Osten) urdu کے ٹو,hind. के२) (8611 m — hündürlüyünə görə dünyada Everestdən sonra ikinci ən hündür dağ zirvəsi. Türk dünyasını ən hündür dağ zirvəsi. Himalaydan şimal-qərbdə daha dəqiq Kəşmir (Pakistan nəzarətində olan şimal ərazilər) və Çinin (Sintzyan) sərhədində Baltoro dağ silsiləsində yerləşmişdir. Qaraqorum dağ sistemimə aid edilir. Çoqori dağı 1856-cı ildə avropa ekspedisiya qrupu tərəfindən aşkar edilmişdi. Dağ Qaraqorumun ikinci zirvəsi kimi "K2" olaraq göstərilmişdi. Zirvələr, K1, K3, K4 və K5 şəklində göstərilmişdir. Zaman keçdikcə adı dəyişdirilmiş və hal-hazırda bu zirvələrin adı müvafiq olaraq Maşerbrum, Broud-pik, Qaşerbrum II və Qaşerbrum I adlanır. O zaman K2 zirvəsinin adı avropalılara məlum deyildi.
İnquri
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Çənqur (Zəncan)
İnquri çayı
İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biri. Uzunluğu 213 km, hövzəsinin sahəsi 4060 km². Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür.
Çənqur (Xudabəndə)
Çənqur — İranın Zəncan ostanında kənd.. Xudabəndə şəhristanının Səcarud kəndistanında, Qiydar qəsəbəsindən 12 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 468 nəfər. yaşayır (102 ailə).
İnquri SES
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. == Tarixi == XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su-elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər. 1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı.
Carna Dara Çovduri
Carna Dara Çovduri (d. 15 oktyabr 1938 – ö. 27 iyun 2019) — Banqladeş sosial aktivisti. == Karyerası == Çovduri Noaxali rayonunda yerləşən Qandi Aşram vəqfinin katibi olmuşdur.
Çonqoni qaya təsvirləri
Çonqoni qaya təsvirləri — Malavidə, Malavi yaylasının meşəli təpələrində yerləşən 127 ərazidən ibarət qaya təsvirləri və Son daş, Dəmir dövrü fermer cəmiyyətinin şəkilləri. Mədəniyyət tarixinin bu qədim qeydləri hələ də dəyişməzdir. Bu mədəni əhəmiyyətinə görə ərazi, mövcud cəmiyyətlə davamlı əlaqəsi və qaya sənətinin zəngin mədəni ənənələrinə görə 2006-cı ildə vı meyraı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ayin və mərasimləri simvolizə edən qaya təsvirləri, əsasən Şeva qəbiləsindən olan qadınların yaradıcılığıdır. Qəbilələrin təbii yaşayış yerlərindən istifadə və idarəetmə tərzlərini təmsil edən üslub, Çanqoni yaşayış məskənində Bantu qəbilələri tərəfindən də davam etdirilmişdir. Qaya təsvirlərin yayıldığı ərazi ibtidai icma dövründə məskunlaşılmış və Malavinin ən yüksək şəhəri olan Dedza ( 1,600 metr (5,200 ft)) dağlıq bölgəsinə yaxındır. Buranın Mərkəzi Afrikadakı "qaya təsvirlərinin ən sıx toplusu" olduğu bildirilir. Malavi yaylasında müəyyən edilmiş 127 yer, 125.4 kvadrat kilometr əraziyə yayılmışdır. Meşəli ərazinin təpəlik yamaclarında yerləşən bəzi qayalar layihə çərçivəsində qorunur. 127 ərazidən beşi Çonqoni Meşə Qoruğunun ayrılmış hüdudlarından kənardadır.
İnquri Su Elektrik Stansiyası
İnquri su-elektrik stansiyası — Qafqazın ən böyük su-elektrik stansiyası. Abxaziya Respublikası ilə Gürcüstanın Samegrelo-Zemo Svaneti sərhədində, İnquri çayı üzərində, Cvari şəhəri yaxınlığında yerləşir. SES-in əsas qurğularının həm Qondarma Abxaziya Respublikası, həm də Gürcüstan ərazisində yerləşdiyinə görə istismar yalnız tərəflərin əməkdaşlığı ilə mümkündür. Hal-hazırda, hündürlüyü 271,5 metr (891 fut) olan dünyanın ikinci ən yüksək dəmir-beton bəndidir. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet İttifaqı Kommunist Partiyasının Birinci Katibi və dövlət başçısı Nikita Xruşşov əvvəlcə Bzib çayında əsas bənd və su-elektrik stansiyası tikmək təklifini verdi. Çünkü, ora onun ən sevimli kurortu Pitsunda çayının mənsəbinə yaxınlıqda yerləşirdi. Lakin bununla belə mütəxəssislər, Bzib çayı üzərində qurulan bir bəndin Pitsunda çimərliyinə ziyan vuracağına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağını təxmin etdilər. Bu səbəbdən onlar Bzib əvəzinə bəndin dəniz sahilindən xeyli uzaqda dağlardan axan İnguri çayı üzərində inşa edilməsi təklifini verdilər. 1960-cı illərin əvvəllərində "Hidroproyekt" İnquri SES-in tikintisini layihələndirdi. İnquri bəndinin inşasına 1961-ci ildə başlanıldı.
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Qızılirmaq (Çanqırı)
Qızılirmaq: Çanqırı ilinin bir ilçəsidir. Çanqırı şəhər mərkəzinə olan uzaqlığı 56 km-dir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Çanqırı ili
Çanqırı ili — Türkiyə'nin Mərkəzi Anadolu Bölgəsi 'ndə olan bir ildir. Şimali mahalları Qara deniz Bölgəsi 'ndə qalan il, şimalda Karabük və Kastamonu, şərqdə Çorum, cənub-şərqdə Kırıkkale, cənubda Ankara və qərbdə Bolu illeriyle çevrilidir. 2010 TÜİK məlumatlarına görə ildə mərkəz ilçeyle birlikdə 12 mahal, 19 diyar və 366 kənd vardır.
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Con Conquk
Jeon Jungkook (kor. 전정국; 1 sentyabr 1997, Busan) — Cənubi Koreyalı K-pop musiqi qrupu BTS-in sevilən üzvlərindən biri , rəqsçi, vokalist, sub-repper, bəstəkar, söz yazarı, musiqi prodüseridir. Conquk BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Begin", 2018-ci ildə "Euphoria" və 2020-ci ildə "My Time" Cənubi Koreyanın Gaon Digital Chart-da yer alıb. O, həmçinin BTS-də yayımlanan "7Fates: Chakho" vebtununun "Stay Alive" adlı saundtrekini ifa edib. 2022-ci ildə o, amerikalı müğənni-bəstəkar Çarli Putun ABŞ-nin Billboard Hot 100-də 22-ci yerə yüksələn "Left and Right" adlı sinqlında yer aldı. Həmin ilin sonunda o, daha sonra 2022 FIFA Dünya Kubokunun Açılış Mərasimində ifa etdiyi "Dreamers" mahnısı ilə FIFA Dünya Kubokunun soundtracki üçün mahnı buraxan ilk Cənubi Koreyalı müğənni oldu. Conqukun solist kimi trekləri Spotify qrafiklərində də uğur qazandı, "Dreamers", "Stay Alive" və "Sol və Sağ" mahnıları ilə Spotify Qlobal qrafikində Koreyalı solistin ən yüksək debüt edən mahnıları kimi rekordlar qırdı. == İlk illər və təhsil == Jeon Jungkook 1 sentyabr 1997-ci ildə Koreya Respublikasının Busan şəhərində anadan olub. Ailəsi valideynlərindən və böyük qardaşından ibarətdir. Busanda Bekyan İbtidai və Orta Məktəbində oxuyub.
Conqar boğazı
Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Conqar yarımadası
Çonqar yarımadası (ukr. Чонгар, Чонгарський півострів) — Azov dənizinə daxil olan Sivaş körfəzinin şimalında yerləşən yarımada. İnzibati cəhətdən Xerson vilayəti Qeniçek rayonu ərazisinə daxildir. Çonqar boğazı ilə birlikdə Siaş yarımadasını iki yerə ayırır. Çonqar yarımadası çox saylı damba və körpülərlə Krım yarımadasına birləşir. Yarımadada eyni adlı kənd yerləşir. Çonqar yarımadası Or bərzəxi və Arabat əqrəbi ilə birlikdə Krımın materikə birləşməsi baxımından böyük əhəmiyyət daşıyır. İstər Rusiya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi dönəmində burada şiddətli döyüşlər getmişdir.. Burada general Vrangelin rəhbərliyi və fransız mühəndislərin iştirakı ilə Çonqar güçləndirilmiş müdafiə xətti qurulmuşdur. 2014-cü ilin fevral-dekabr ayları Ukraynaya məxsus PPX yaxınlığı və Çonqar kəndidə daxil olmaqla Rusiya ordusunun nəzarətində olmuşdur.
Coruri məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Command & Conquer (oyun seriyası)
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.