Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Omurtaq xan
Qurucu Omurtaq xan (bolq. Кан Омуртаг; bilinmir – 831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.
Salih Omurtak
Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir . Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur.
Yermek Omirtay
Balaenoptera omurai
Balaenoptera omurai (lat. Balaenoptera omurai) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Müstəqil növ olaraq 2003-cü ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır. == Növün qeydə alınması == Növün təstiqlənməsi 20 noyabr 2003 ildə "Nature" jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar. 2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir. == Areal == Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Omurğa cəzası
Ceyms Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir. Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.
Norio Omura
Norio Omura (d. 6 sentyabr 1969) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 4 qol vurub.
Omura Sumitada
Omura Sumitada (大村 純忠, 1533, Naqasaki prefekturası – 23 iyun 1587) – Yaponiya tarixində xristianlığı qəbul etmiş ilk daymyo. Xristianlığa keçdikdən sonra özünə Bartolomeu adını götürmüşdür. Sumitadanın mənsub olduğu Omura ailəsi Kamakura dövründən etibarən Hizen əyalətinin Sonoqi bölgəsində məskunlaşmışdı. Sumitada 1533-cü ildə qonşu daymyo Arima Haruzuminin oğlu kimi doğulmuş, 1538-ci ildə Omura ailəsi tərəfindən övladlığa götürülmüşdür. O, ailədaxili müxalifətə baxmayaraq 1551-ci ildə ailənin başçısı olmuşdur. Yaxın qohumları ilə olan münaqişələrdən və gəlirinin azlığından narazı olan Sumitada daymyo statusunu gücləndirmək üçün portuqal tacirlərlə və yezuitlərlə əlaqələr qurmaq qərarına gəlmişdir. 1562-ci ildə ona məxsus olan Yokoseura limanında yezutilər üçün böyük imtiyazlar vermiş, bunun qarşılığında portuqallar illik ticarətlərini Hirado limanından bu limana yönləndirmişdirlər. 1563-cü ildə Sumitadanın xristianlığı qəbul etməsi səbəbilə başlayan üsyan zamanı Yokoseura limanı məhv edilmişdir. Lakin portuqallar 1571-ci ildən etibarən ona məxsus olan Fukuda və Naqasaki limanlarına gəlməyə başlamış, hətta Sumitadaya hərbi yardım göstərmişdirlər. O, 9 iyun 1580-ci ildə Naqasaki bölgəsini "daimi olaraq" Yezuitlər ordeninin ixtiyarına vermiş, onlara inzibati və məhkəmə gücü, hətta ölüm cəzası vermək hüququ qazandırmışdır.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Vayçiro Omura
Vayçiro Omura (1 yanvar 1933 - ?) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Ceyms Matsumoto Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir. Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır.
Yusif Ziya Ortaç
Yusif Ziya Ortaç (23 aprel 1895 – 11 mart 1967, İstanbul)— türk şair, yazıçı, ədəbiyyat müəllimi və siyasətçi. Türk şeirində Beş Hecaçılar olaraq adlandırılan qrupdan olan, Türk Ədəbiyyatının görkəmli yumor yazıçılarındandır. Beş Hecaçılar qrupunun üzvlərindən olan Orxan Seyfi Orxon ilə birlikdə Türk dərgiçiliyi sahəsində əsas yeri olan siyasi-yumoristik dərgisi "Ağbaba"nı yaratmış, bu dərgidəki yazıları ilə böyük kütlələri heyran etmişdir. VIII və IX Dövr Ordu Millətvəkili kimi Türkiyə Böyük Millət Məclisində yer almışdır. Yusuf Ziya daha çox "qadın şairi" kimi tanınmışdır. Şeiri dərin deyildir. Onun ən qüvvətli yönü satirik şair olmasıdır. Heca vəzninə və türkcəyə xidmətlərini bu şəkildə dilə gətirir: "Biz şeirdə inqilab edən nəsilik. Düşünün, böyük şair Əhməd Haшиmиn "Zцcacи-sяnяtц fиkrяtlя yцksяlиrlяr hяp" deyə yazdığı bir zamanda bir neçə gənc çıxır, ərəb və əcəm notunu bir yana atıb heca vəznilə və danışılan İstanbul türkcəsiylə şeir sınaqlarına başlayır. Bu örnəksiz işi asan sanmayın.
Coffea arabica var. murta
Ərəb qəhvəsi (lat. Coffea arabica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qəhvə ağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Coffea arabica var.
Nirasaki Omura İncəsənət Muzeyi
Nirasaki Omura İncəsənət Muzeyi (韮崎大村美術館, Nirasaki Omura Bicutsukan) – Yaponiyanın Yamanaşi prefekturasının Nirasaki şəhərində yerləşən incəsənət muzeyi. Muzey Yaponiya biokimyaçısı Satoşi Omura tərəfindən yaradılmışdır. == Tarixi == Yaponiya biokimyaçısı, Nobel mükafatı laureatı Satoşi Omura insənəti sevən biri kimi tanınır. Onun "Omura kolleksiyası" 3000-dən çox əsərdən ibarətdir. O, doğulduğu Nirasaki şəhərində 27 oktyabr 2007-ci ildə öz incəsənət muzeyini yaratmış, 1 oktyabr 2008-ci ildə muzey binasını və incəsənət kolleksiyasını Nirasaki şəhərinin rəhbərliyinə bağışlamışdır. Muzey layihəsi Omuraya 500 milyon yenə başa gəlsə də, bunu "gənclərə investisiya" və doğulduğu şəhərə minnətdarlıq kimi təsvir etmişdir. 2015-ci ildə muzeydə Satoşi Omuranın Nobel mükafatını qazanması münasibətilə tədbir keçirilmişdir. 2 aprel 2016-cı ildə muzeyi ziyarət edənlərin sayı 100.000-ə çatmışdır. == Xüsusiyyətlər == İki mərtəbədən ibarət muzey binası Satoşi Omuranın uşaqlıqda yaşadığı evin yaxınlığında yerləşir. Muzeyin kolleksiyasına 2000-dən çox əsər daxildir.