Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özdən
Özdən yaxud uzdən (türk.) — Qafqazda türk xalqları mühitində zümrə. Öz sözü və dən şəkilçisindən ibarətdir. Özdən — özündən, özü qərar verən, azad, əsilzadə deməkdir. Bu ad altında Şimali Qafqazda zadəgan zümrəsi, azad təbəqə, yaxud müvafiq davranış nəzərdə tutulur. Qaraçay-balkarlarda bəylərdən sonra gələn, öz torpaqları, asılı rəyyəti və mülkləri olan zümrəyə deyilir. Buradan da özdən adəti yaranır. Özdənlər həm də bir neçə dərəcəyə bölünür. Dağıstanda özdən adı altında sadəcə azad insan nəzərdə tutulur, azad icmalarda yaşayan, ya da hər hansı feodalın təbəçiliyində olanlara deyilir. Qumuqlarda bu söz daha çox uzdən kimi tələffüz olunur, və eyni mənanı ifadə edir. Osetiyada özdənlər deyəndə adətən knyazları və aldarları nəzərdə tuturdular.
Ahmet Özhan
Əhməd Özxan (türk. Ahmet Özhan; 26 avqust 1950, Şanlıurfa) – Türk musiqiçi.
Müzəffər Özdağ
Müzəffər Özdağ (15 aprel 1933, Pınarbaşı, Kayseri ili – 6 fevral 2002, Ankara) — əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbçi. Hərb Məktəbini, Hərb Akademiyasını və Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 27 may 1960-cı il hərbi çevrilişində zabit olaraq iştirak etmişdir. 13 noyabr 1960-cı ildə Milli Birlik Komitəsinin parçalanmasından sonra 14-lərdən biri olaraq Tokioya sürgünə göndərildi. Respublikaçı Kəndli Partiyasından siyasətə qatılmış və TBMM XIII çağırış Afyon millət vəkili seçilmişdir. 1971-ci ildən sonra siyasətdən ayrılmışdır. 2002-ci ilin 6 fevralında Ankarada vəfat etmişdir. Məşhur türk siyasətçisi və millətçisi Ümid Özdağın atasıdır.
Qəzənfər Özcan
Qəzənfər Özcan, (türk. Saim Gazanfer Özcan; 27 yanvar 1931, İstanbul – 17 fevral 2009, İstanbul) — türk kino və teatr aktyoru. Qəzənfər Özcan 1931-ci il yanvarın 27-də İstanbulda anadan olmuşdur. 1952 İngiliz Kemal Lawrence'a Karşı 1953 Çeto Salak Milyoner 1954 Fındıkçı Gelin 1954 Aramızda Yaşıyamazsın 1954 Şimal Yıldızı 1958 Allı Yemeni 1959 Sevdalı Gelin 1959 Garipler Sokağı 1961 Biz İnsan Değil miyiz 1961 İki Damla Gözyaşı 1961 Utanmaz Adam 1961 Naciyem 1961 Minnoş 1961 Yedi Günlük Aşk 1961 Külkedisi 1962 Damat Beyefendi 1962 Şaka Yapma 1963 Avare Şoför 1970 Vur Patlasın Çal Oynasın 1971 Çılgın Yenge 1975 Televizyon Çocuğu 1975 Ah Nerede Vah Nerede 1975 Dam Üstüne Çul Serer 1975 Tamam mı Devam Mı 1977 Gülünüz Güldürünüz 1992 Burnumu Keser misiniz? 2000 Komser Şekspir 2005 Keloğlan Kara Prens'e Karşı 2007 Beyaz Melek 1985 Bu nasıl iş?
Ridvan Özdən
Ridvan Özdən — Türk polkovnik, sabiq Mardin Jandarma Alay Komandiri. 17 Fevral 1993-cü ildə təyyarə qəzasında həyatını itirən sabiq Jandarma Ümumi Komandiri general Əşrəf Bitlisin qrupundandır. İstanbulda vəzifə yerinə yetirdiyi sırada maye yanacaq qaçaqçılığında istifadə edilən vasitələrin Jandarmaya aid təsislərdən birində saxlandığını ortaya çıxararaq məsulların mühakimə önünə çıxmasını təmin etmişdir. Təyin səbəbi ilə 1994-cü ilin aprel ayında Mardinə getmiş, burada PKK və JİTEM-in narkotik ticarətini ortaya çıxarmışdır. 1994-cü ilin noyabr ayında rəsmi vasitəsinə qurulan pusquda sağ olaraq xilas olmağı bacarmışdır. 12 Avqust 1995-də PKK ilə girdiyi bir qarşıdurmada alınından vurularaq həyatını itirdiyi açıqlandı. Cənazəsi yarılma edilmədən torpağa verildi. Həyat yoldaşı Tomris Özdən 1995-dən bu yana, "Ridvan Özdənin ölümünü şübhəli tapdığını" ifadə etməkdədir. Ölüm hesabatına görə Özdənin sol qaşının 6 santimetr üstündə bir güllə dəli­yi tapılmaqda idi.Həyat yoldaşı isə cənazə mərasimindən əvvəl yoldaşını cansız bədəninə baxdığında alınında heç bir güllə yarasına olmadığını və başının arxa tərəfi qan içində olduğu üçün peysərindən vurulmuş ola biləcəyini söyləməkdədir.
Sibel Özkan
Sibel Özkan (d. 3 mart 1988 - Afyonqarahisar) — ağırlıq qaldırma zalında mübarizə aparan türkiyəli idmançıdır. 9 avqust 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının Türkiyə yığmasına 48 kq çəkidə gümüş medal qazandıraraq ilk Olimpiya medalını eldə etmişdir.
Səadət Özkan
Səadət Özkan 1978-ci ildə anadaın olmuşdur. O ilk türk uşaq istismaına qarşı mübarizə aparmışdır. Məktəbdən əvvəl müəllim olmuş, şagirdlər və müdirlərin tərəfindən istismara məruz qalmaya qarşı mübarizə aparmağa başlamışdır. O məktəbdə belə bir ehtimalın olduğunu öyrənib bu günahın üstünü açmağa çalışmışdır. O İzmirin Menderes 6 qız uşağının cinsi istismara məruz qalmasını və müdirin günahını sübut etmişdir. 2017-ci ildə ABŞ-nin "Beynəlxalq Cəsur Qadınlar" mükafatına layiq görülüb. Bu mükafatı o Ağ evdə birinci xanım Melani Trumpdan almışdır. Özkanı səhnəyə dəvət edən ABŞ-nın Siyasi İşləri Nazirinin köməkçisi Tomas A.Şannın "Səadət müəllim ona qarşı edilən təhditlərə baxmayaraq o başqaları kimi susmamış və mübarizə aparmışdır" demişdir.
Talip Özkan
Talip Özkan — Türk aşığı 1939-cu ildə Türkiyənin Dənizli adlanan kiçik qəsəbəsində, İzmir yaxınlığında anadan olub. O, lap kiçik yaşlarından incəsənətə böyük maraq göstərmiş və yaşına uyğun olmayan uğurlar qazanmışdır. Körpəliyindən türk xalq musiqisinin ən çox işlənən aləti olan uzunqol sazda çalmağı öyrənib. 1958-ci ildən Talip Özkan Ankarada Türkiyə radiosunda işləyib. Əvvəlcə xorist, sonra alətçi, solist musiqiçi, daha sonra isə baş xorist və musiqişünas vəzifələrində çalışıb. Qeyri-adi musiqi qabiliyyətinə malik olan bu adam türk musiqisinin mənşəyi ilə maraqlanıb. 1977-ci ildən Fransada yaşamaq qərarına gəlir və ilk anlardan burada çoxlarını öz biliyi ilə təəccübləndirir və improvizasiyalarının dərinliyi ilə məftun edir. O, getdikcə tanınır və müxtəlif sazlarda məharətli ifasının ilk valı yaranır. O, Lil, Florensiya, Renn, Tabarka, Brüssel şəhərlərində keçirilən festivallarda iştirak edib. 1980-ci ildə Fransa radiosu çün "Okora" firmasında ilk valını yazdırır və bu val böyük müvəffəqiyyət qazanır, satış kataloqunun əl-əl gəzən vallarından olur.
Özcan Dəniz
Özcan Dəniz (19 may 1972, Ankara) — kürd müğənni, aktyor və bəstəkar. Zilan tayfasındandır. Zilanlar Oğuzların Dügər boyundan gəlir. Türksoylu olsalar da, kürd görürlər özlərini. Özcan Dəniz Ankarada doğulmuşdur. Əslən Ağrılıdır. Türkiyə vətəndaşıdır.. 1992 — Yine Ağlattın Beni 1993 — Hadi Hadi Meleğim 1994 — Beyaz Kelebeğim 1997 — Yalan mı?
Özcan Yeniceri
Özcan Yenicəri (1 yanvar 1954, Şiran, Gümüşhane ili) — Türkiyə alimi və siyasətçisi Ankara Ticarət və Turizm Ali Təhsil məktəbinin mühasibat uçotu fakültəsini bitirib. Uludağ Universitetində magistr dərəcəsini və Erciyes Universitetində idarəçilik ixtisasından doktorluq dərəcəsini müdafiə edib. Bir müddət orta məktəbdə ibtidai müəllim və rəhbər vəzifəsində işləyib. 1990-cı ildə Selçuk Universiteti İqtisadiyyat və İdarəçilik elmləri fakültəsində müəllim işləyib. Bir müddət Niğde Peşə Liseyinin müdiri vəzifəsinə çalışıb. 1998-ci ildə dosent oldu. Əhməd Yesevi Universitetinin Beynəlxalq münasibətlər fakültəsini təsis edib və onun rəhbəri vəzifəsini icra edib. 1999-ci ildə Ahmet Yesevi Strateji Araşdırma Mərkəzinin rəhbəri təyin edilib. Həmin ildə idarəçilik fakültəsinin professoru olub. Ailəlidir, dörd övladı var.
Özhan Eren
Özhan Eren — ssenarist və rejissor.
Ümid Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Əhməd Özxan
Əhməd Özxan (türk. Ahmet Özhan; 26 avqust 1950, Şanlıurfa) – Türk musiqiçi.
Özkan Uğur
Raif Özkan Uğur (17 oktyabr 1953, İstanbul – 8 iyul 2023, İstanbul) — Türkiyə musiqiçisi, kino və televiziya aktyoru, MFÖ qrupunun üzvü. Özkan Uğurun atası Hurşit Uğur "Şehir Hatları" şirkətində baş mühəndis işləyirdi. Ailənin 5-ci övladı olan Uğur Reşat Nuri Güntekin İbtidai məktəbində oxuyarkən mandolinlə tanış olub. Fənərbaxça Liseyində oxuyarkən onun musiqi sevgisi üstünlük təşkil edir. Əvvəlcə "Atomiklər" adlı özfəaliyyət qrupu yaradıb, dövrün məşhur mahnılarını şərh ediblər. Musiqi karyerasına 1970-ci ildə bir çox məşhur adın da zaman-zaman qatıldığı Şerif Yüzbaşıoğlu Orkestrində başlayıb. 1971-ci ildə "Kızıltoprakda" tanış olduğu Mazhar Alanson və Fuat Güner və ilk qrupu "Kaygısızlar" ilə peşəkar bas gitara çalmağa başlayıb. O zaman Sadık Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə oynadıqdan sonra Kuyaş qrupdan ayrıldı və Uğur qrupun yeganə basçısı oldu. "Kaygısızlar" dağıldıqdan sonra 1972-ci ildə Barış Mançonun ona yoldaşlıq etmək üçün qurduğu "Kurtalan Ekspres" rok qrupunun ilk komandasında yer alıb və Ankara Dedemanda ilk konsertində iştirak edib.
Ümit Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Ufuq Özqan
Ufuq Özqan (11 aprel 1975, Manhaym, Baden-Vürtemberq) — Türkiyə TV serial aktyoru. Anası Of, Trabzondan, atası Samsunun Tekkeköy rayonundandır və Çərkəz soyundandır. Almaniyada doğulub böyüyən Ufuk Özkan 12 yaşında ailəsi ilə birlikdə Türkiyəyə qayıtdıqdan sonra türkcə yaxşı danışa bilmədiyi üçün təhsilini 8-ci sinifdən deyil, 5-ci sinifdən davam etdirib. Samsun Bələdiyyəsi Orta Məktəbinin məzunudur. Samsun Bələdiyyəsi Konservatoriyası və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr fakültəsini bitirmişdir (2001). İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında aktyor kimi çalışmışdır. Theater Fishbone ilə 3 il kabare teatrı oynadı. 2003-cü ildə BKM istehsalı olan "Ölümsüz Aşk" serialında baş rola çəkilib. Asuman Dabək Teatrında da rol alıb. Qardaşı isə Umud Özqan özü kimi aktyordur.
Bahar Öztan
Bahar Öztan (11 avqust 1962, İskəndərun, Hatay ili – 21 mart 2024, Bodrum, Muğla ili) — türk aktrisa. == Həyatı == 11 avqust 1962-ci ildə İskəndərun rayonunda doğulub. Elidor şampunu reklamına çəkildikdən sonra film prodüserlərinin diqqətini çəkib. 1980-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayıb. Reklamalra çəkildikdə sonra ictimaiyyət arasında "qəmzəli gözəl" adı ilə tanınıb. 2023-cü ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparırdı. 21 mart 2024-cü il tarixində vəfat edib.
Devrim Özkan
Devrim Özkan (2 sentyabr 1998, Muğla[d], Muğla ili) — türk kino və teatr aktyoru. == Bioqrafiyası == 2 sentyabr 1998-ci ildə Muğlada anadan olub, Bodrumda böyüyüb. Muğla Sıtkı Koçman Universitetinin İncəsənət fakültəsində bir il oxuduqdan sonra məktəbi tərk edərək İstanbula köçür və ilk film işi olan "Röya" serialı ilə aktyorluğa başlayır. Daha sonra Vatanım Sensin, Vuslat, Ramo kimi film layihələrində iştirak edib. Gelsin Hayat Bilip Gibi serialında canlandırdığı "Songül Acarerk" obrazı ilə daha çox tanınıb. Daha sonra Ne Gemiler Yaktım serialında "Fidan Hersekli" obrazını canlandırıb.
Aysel Özgan
Aysel Özgan (5 may 1978, Giresun) — türk qadın paralimpiya atıcısı. O, 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında iştirak edib. == İdman karyerası == Özganın atıcılıq üzrə idman karyerası 2004-cü ildə Giresunda keçirilmiş Türkiyə Atıcılıq Çempionatı zamanı başlayıb. Dostlarının təkidi ilə o, atıcılıq lisenziyası üçün müraciət etmiş və yarışmada yeganə qadın idmançı olaraq iştirak etmişdir. O, daha əvvəl heç vaxt odlu silahdan istifadə etməmiş olmasına baxmayaraq, ilk cəhdində yarışmanın çempionu olub. O, daha sonra seçmə mərhələlərinə çağırılıb və iştirak etdiyi ilk turnirdən bir il sonra Türkiyənin atıcılıq üzrə milli paralimpiya komandasına seçilib. === 2024 === Özgan 2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında P2 kateqoriyası ilə SH1 sinifli atıcılıq yarışında mübarizə apararaq gümüş medal qazanıb.
Barış Özcan
Barış Özcan (23 iyul 1974, İstanbul) — türk YouTuber, rejissor və hüquqşünas. == Həyatı == Barış Özcan 23 iyul 1974-cü ildə İstanbulda anadan olmuşdur. Mərmərə Universitetinin hüquq fakültəsinindən məzun olmuşdur. Apple, Adobe və Linkedin şirkətlərində məsləhətçi olaraq fəaliyyət göstərib. Həmçinin TRT, Əl-Cəzirə və CNN Türk telekanallarında sənədli filmlərin rejissoru olub. 13 sentyabr 2014-cü ildə YouTube platformasında video paylaşmağa başladı. 26 aprel 2019-cu ildə kosmosa raket göndərəcəyini açıqlayan NASA Barış Özcana xüsusi dəvətnamə göndərdi. Barış Özcanın həmçinin türk repçi Şanışerlə birlikdə hazırladığı "Korkudan" adlı mahnısı da var.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Özgür Can Özcan
Özgür Can Özcan (d. 10 aprel 1988; Manavqat ) — türk futbolçudur. Hücumçuda oynayan oyunçu, 3. liqa komandalarından olan Nevşehir Belediyespor'da oynayır. İbtidai təhsilini Toros İbtidai Məktəbində bitirmişdir. Futbolçu karyerasına “Manavgat Belediyespor”un infrastrukturunda başlayıb. Oradan da Qalatasaray infrastrukturuna keçdi. 2005-ci ildə Gheorghe Hagi tərəfindən A Komandasına götürüldü. PAF komandada əli ilə qol vurdu və hakim bunu görmədiyi üçün hakimə dedi və sarı vərəqə aldı. Bu hadisədən sonra Özgürcan dünya fair-play mükafatına layiq görülüb.
Ufuk Özkan (aktyor)
Ufuq Özqan (11 aprel 1975, Manhaym, Baden-Vürtemberq) — Türkiyə TV serial aktyoru. Anası Of, Trabzondan, atası Samsunun Tekkeköy rayonundandır və Çərkəz soyundandır. Almaniyada doğulub böyüyən Ufuk Özkan 12 yaşında ailəsi ilə birlikdə Türkiyəyə qayıtdıqdan sonra türkcə yaxşı danışa bilmədiyi üçün təhsilini 8-ci sinifdən deyil, 5-ci sinifdən davam etdirib. Samsun Bələdiyyəsi Orta Məktəbinin məzunudur. Samsun Bələdiyyəsi Konservatoriyası və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr fakültəsini bitirmişdir (2001). İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında aktyor kimi çalışmışdır. Theater Fishbone ilə 3 il kabare teatrı oynadı. 2003-cü ildə BKM istehsalı olan "Ölümsüz Aşk" serialında baş rola çəkilib. Asuman Dabək Teatrında da rol alıb. Qardaşı isə Umud Özqan özü kimi aktyordur.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Odan
Odan (fr. Hodent) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 267 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 25 km şimal-qərbdə yerləşir.
Ozan
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Ovdan (Balaxanı)
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan. Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Balaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.
Ovdan (Şirvanşahlar)
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Rudan
Rudan — İranın Hörmüzgan ostanının şəhərlərindən və Rudan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,060 nəfər və 6,302 ailədən ibarət idi.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.