ozamankı
ozanlaşma
OBASTAN VİKİ
Ozan
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Ozan (aşıq)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Ozan (kommuna)
Ozan (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ozan Akbaba
Ozan Akbaba (9 iyun 1982, Qars, Qars ili) — Türk aktyoru. Akbaba 1982-ci ildə Qarsda anadan olub. Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin Daxili Memarlıq və Ətraf Mühit Dizaynı fakültəsini bitirib. 2005-ci ildən kino, serial və teatr tamaşalarında rol alan aktyor film musiqisi də bəstələyir. Sılanın 2014-cü ildə "Yeni Ay" albomuna daxil olan "Vəziyyətlər" mahnısının klipində də rol alıb. Aktyor son olaraq 2015–2021-ci illər arasında ATV-də yayımlanan Eşkıya Dünyaya Hükümdar Olmaz serialında İlyas Çakırbəyli obrazını canlandırıb.
Ozan Arif
Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. 10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır. Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır: 1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir. 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır. 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır. 2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb: 2005-ci ildən Dövlət Baxçalını və Rəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.
Ozan Güvən
Ozan Güvən (19 may 1975, Nürnberq, Bavariya) — Türkiyəli serial, kino və teatr aktyoru. 1975-ci ildə Almaniyada doğulan Ozan Güvən Memar Sinan Universiteti Müasir Rəqs Bölümündən məzun oldu. İzmir Bələdiyyə Konservatuarında aktyorluq dərsləri alır və ardından Şahika Tekand Teatrında çalışdı. İkinci Bahar, Çiçəyi Böyütmək, Qoçum Mənim, Əsli ilə Kərəm, Bir İstanbul Nağılı və Canım Ailəm kimi televiziya seriallarının yanında G. O. R. A, A.R.O.G və Yaxşı Qərb filmlərində yaxın dostu olan Cem Yılmazla oynadı. 2005-ci ildə, İkinci Bahar serialı əsnasında tanış olduğu rejissor Türkan Dərya ilə evləndi. Əli Əziz adında 1 uşaqları var. 2010-cu ildə Türkan Dərya ilə boşandılar.
Ozan məhəlləsi
Ozan məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncə şəhəri müxtəlif səbəblərdən dəfələrlə yenidən qurulub şəhər öz yerini dəyişib. Ozan məhəlləsi son olaraq yeni Gəncənin iç qala hissəsinin cənubunda yerləşib. Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi Ozan, ikinci hissə isə Dal Ozan kimi tanınır. Birinci hissə şimaldan Qaramanlı, cənubdan Böyük malakan, İtti küçə, qərbdən Şahsevənlər, şərqdən isə Dal Ozan və Bala Bağban məhəllələri ilə əhatələnib. Məhəllənin ikinci hissəsi olan Dal Ozan isə şimaldan Sofulu, şərqdən Zərrabi, cənubdan Bala Bağban, qərbdən isə Ozan və Səbzavat məhəllələri ilə dövrələnib. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar.
Ozan məscidi
Ozan məscidi — 1884-cü ildə Gəncədə inşa edilmiş məscid. Rəsmi sənədlərdə göstərilənlərə əsasən, tikilinin ümumi sahəsi 357,8 m², yararlı sahəsi isə 223,8 m² dir. Məscidin əsas hissəsi günbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan məscidinin həm də Hacı Abbaslı məscidi adlandırılması haqqında da məlumat verilir. "Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqda məlumat verilir. Məscid 1920-ci ilə kimi fəaliyyət göstərmiş, dindarlara xidmət etmişdir. 1920-ci ildə Gəncə üsyanı zamanı şəhərin yuxarı hissəsindən açılan top atəşi ilə məscidin bir hissəsini dağılmışdır. Əslən gəncəli Məmməd İbrahim oğlu Altunbəy 1989-ildə Ankarada çıxan "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazır: Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu.
Ozan Çobanoğlu
Ozan Çobanoğlu (6 fevral 1980, Qars, Qars ili) — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur. 6 Fevral, 1980-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr Fakültəsindən 2004-cü ildə məzun olmuşdur. İzmir və Ankara Dövlət Teatrlarında vəzifə aldıqdan sonra 2005-ci ildən etibarən Konya Dövlət Teatrlarının heyətli kadrıdır. Samanyolu TV də Tək Türkiyə serialında baş rol alıb.
Özgür Ozan
Özgür Ozan (5 yanvar 1966, Bolu) — türk aktyor. İzmir Dövlət Teatrı, İzmir Uşaq Teatrı və Beynəlxalq Teatr Topluluğunda müxtəlif oyunlarda rol alıb. 1985-ci ilə qədər profesional olaraq basketbol oynayıb. Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər fakültəsi aktyorluq bölməsini bitirib. Bursa Dövlət Teatrında oyunlarda rol alıb. İstanbul Pınar Uşaq Teatrında xidmət edib. Uşaqlar eşitməsin adlı teleserialda canlandırdığı, yüngül qılıbıq Səlami personajı ilə tanınır hala gəlib. Hələ də Kanal D-də yayımlanan Arxa küçələr teleserialında "Başkomisər Hüsnü Çoban" rolunu canlandırır. Evlidir və iki uşaq atasıdır.
Ozan (ad)
Ozan — ad. Ozan Güvən — Türkiyəli serial, kino və teatr aktyoru. Ozan Arif — Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. Ozan Çobanoğlu — Türk Aktyorudur. Murad Çobanoğlunun oğludur.
Ozan (dəqiqləşdirmə)
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan (musiqi qrupu, 1981) — musiqi qrupu. Ozan (rok qrupu, 2007) — rok qrupu. Ozan dünyası (jurnal) — jurnal.
Ozan Kökçü
Ozan Can Kökçü (18 avqust 1998, Harlem[d]) — Veikkausliiga klubunun HJK Helsinki klubunda hüçumçu kimi çıxış edən peşəkar futbolçu. == Həyatı == 1998-ci il 8 avqust tarixində Niderlandda anadan olub, Azərbaycan millisində çıxış edir. == Klub Karyerası == Bursaspor 29 mart 2017-ci ildə Ozan Kökçü Bursaspor ilə 4 illik müqavilə imzalayıb. O. Kökçü "Bursaspor"da debütünü 26 oktyabr 2017-ci il tarixində, Türkiyə kubokunda "Yeni Altındağ Belediyespor"la səfər oyununda edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Valveyk 28 dekabr 2017-ci ildə RKC Valveyk klubu Ozan Kökçü ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını elan edib. O, 12 yanvar 2018-ci ildə Yonq AZ-a qarşı ev oyununda 1:0 hesablı qələbə qazanaraq Valveyk üçün I Diviziyada debüt edib. O, klubda qol hesabını 6 aprel 2018-ci il tarixində, oyunun 4-cü dəqiqəsində açıb. Oss-a qarşı 3–1 məğlub olub. Kökçü 2017–2018-ci illər mövsümündə 14 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Azad Ozan Kərimli
Azad Ozan Kərimli (Azad Kərim oğlu Kərimov; 7 aprel 1954, Tovuz – 2005, Bakı) — Azərbaycan folklorşünası, Sənətşünaslıq namizədi (1995). == Həyatı == Kərimov Azad Kərim oğlu 1954-cü il aprelin 7-də Tovuzda anadan olub. 1995-ci ildən Sənətşünaslıq namizədi idi. == Əsərləri == Piano üçün 5 Pyes (1990); M.Arazın söz. tenor və piano üçün 2 Romans (1990); Azərbaycan şairlərinin söz. solist, xor və orkestr üçün 7 Marş (1991 – 1994); Azərbaycan şairlərinin söz. 7 a'cappella kişi xoru (1995); Y.İmrənin söz. Kantata (1992 – 1994); 14 xalq mahnılarının xor üçün işləmələri /I dəftər/, (1995 – 1997); H.Z.İslamın söz. "İlahilər" Kantatası (1998); H.Z.İslamın söz. 12 Mahnı (1994 – 1998); 7 Azərbaycan xalq mahnılarının xor üçün işləmələri /II dəftər/, (1997 – 2001).
Ozan dünyası (jurnal)
Ozan dünyası jurnalı — Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı. Baş redaktoru Musa Nəbioğludur. Jurnalın təsisçisi Azərbaycan Aşıqlar Birliyidir. Baş redaktoru Musa Nəbioğlu, məsləhətçilər isə xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır. Zəlimxan Yaqub, Məmməd Aslan, Həsən Mirzə, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Qənirə Paşayeva, Qara Namazov, Bəhlul Abdulla, Sədnik Paşayev, Elxan Məmmədli, İlyas Tapdıq, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Seyfəddin Altaylı (Türkiyə), Nizaməddin Onk (Almaniya), Çingiz Mehdioğlu (İran), İrfan Nəsrəddinoğlu (Türkiyə), Osman Əhmədoğlu (Gürcüstan) Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2736. e-mail. [email protected] e-mail. [email protected] tel. 012 493 69 14 ünvan.
Yeddi Ulu Ozan
Yeddi Ulu Ozan — Ələvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər. Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəb və fars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur. Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriya və İranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.
Ozan (musiqi qrupu, 1980)
Ozan — 1981-ci ildən 1990-cı ilə qədər fəaliyyət göstərmiş Azərbaycan rok qrupu. "Ozan" qrupunun repertuarında əksər mahnılar ictimai və siyasi məzmunlu idi. Qrup Azərbaycan dilində ilk rep "Dünənki keçdi", "Dodaqda gəz" və "Böl görüm" – azərbaycanca ilk rok-n-roll, "İnsan və avtomat" – ilk texno-rok janrlarında mahnılar yaratmışdır. Qrup 1981-ci ildə yaranıb. İdeyanın özü isə o vaxt Azərbaycanın ən gənc rektoru olan 32 yaşlı Bünyad Sərdarova məxsus idi. Qrup xaricdə keçirilən müxtəlif festivallarda, müsabiqələrdə və digər tədbirlərdə iştirak edirdi. 1987-ci ildə "Ozan" qrupu SSRİ-nin müxtəlif respublikalarından olan gənclərdən ibarət nümayəndə heyəti tərkibində Mərkəzi-Qərbi Afrikanın bir sıra ölkələrində (Qana, Qvineya, Konqo, Anqola, Benin) festivallarda və konsertlərdə iştirak edib. Azərbaycanı o səfərdə 50 nəfərdən çox nümayəndə heyəti, o cümlədən "Ozan" qrupu təmsil edirdi. "Ozan" qrupunun repertuarında əksər mahnılar ictimai və siyasi məzmunlu idi. "Ozan" qrupu klassik rok qruplar kimi deyildi, müxtəlif janrlarda mahnılar ifa edirdi.
Ozan (musiqi qrupu, 1981)
Ozan — 1981-ci ildən 1990-cı ilə qədər fəaliyyət göstərmiş Azərbaycan rok qrupu. "Ozan" qrupunun repertuarında əksər mahnılar ictimai və siyasi məzmunlu idi. Qrup Azərbaycan dilində ilk rep "Dünənki keçdi", "Dodaqda gəz" və "Böl görüm" – azərbaycanca ilk rok-n-roll, "İnsan və avtomat" – ilk texno-rok janrlarında mahnılar yaratmışdır. Qrup 1981-ci ildə yaranıb. İdeyanın özü isə o vaxt Azərbaycanın ən gənc rektoru olan 32 yaşlı Bünyad Sərdarova məxsus idi. Qrup xaricdə keçirilən müxtəlif festivallarda, müsabiqələrdə və digər tədbirlərdə iştirak edirdi. 1987-ci ildə "Ozan" qrupu SSRİ-nin müxtəlif respublikalarından olan gənclərdən ibarət nümayəndə heyəti tərkibində Mərkəzi-Qərbi Afrikanın bir sıra ölkələrində (Qana, Qvineya, Konqo, Anqola, Benin) festivallarda və konsertlərdə iştirak edib. Azərbaycanı o səfərdə 50 nəfərdən çox nümayəndə heyəti, o cümlədən "Ozan" qrupu təmsil edirdi. "Ozan" qrupunun repertuarında əksər mahnılar ictimai və siyasi məzmunlu idi. "Ozan" qrupu klassik rok qruplar kimi deyildi, müxtəlif janrlarda mahnılar ifa edirdi.
Ozan (rok qrupu, 2007)
Ozan — 2007-ci ildə Bakı şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. Qrup 2007-ci ildə Bakı şəhərində Nurlan Kərimov tərəfindən yaradılmışdır. Bir dəfə rok forumlardan birində Nurlan Kərimov Orxan Culfayevlə tanış olur. Onlar yeni rok qrup yaratmaq qərarına gəlirlər. Beləliklə 2005-ci ilin oktyabrında Nurlan (vokal, gitara), Orxan Culfayev (gitara) və Teymur Xıdırov (baraban) görüşüb məşqlərə başlayırlar. Amma təxminən 2 ay keçdikdən sonra Səttarxan adına mədəniyyət evində məşq edən qrup yaradıcılıq ilhamı çatışmazlığına görə dağılır. Ancaq, Ferrum qrupunun ilk bass gitaristi olan Nurlan Kərimov qrupu yenidən yaratmaq qərarına gəlir. Buna qədər bir çox rok qruplarda zərb ifa eliyən Teymur Xıdırov, solo gitarist Orxan Culfayev və qrupa yeni gələn bass gitarist Rena Lav EQUINOX adını alaraq öz geniş fəaliyyətlərinə başlayırlar. Rok qrup klassik rok mahnılarının cover versiyalarını işləyib hazırlayır. Bunun nəticəsində rok qrup bir çox tədbirdə çıxış etməyə başlayır.
Andranik Ozanyan
Andranik Ozanyan (erm. Անդրանիկ Թորոսի Օզանյան; 25 fevral 1865 – 31 avqust 1927, Fresno, Kaliforniya) — Ermənistanın milli qəhrəmanı. 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır. == İlk illər == Osmanlı imperiyasında anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "birqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır.
Nubar Ozanyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Nubar Ozanyan dəstəsi
Nubar Ozanyan dəstəsi (erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ, ərəb. طابور الشهيد نوبار اوزانيان‎) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır. Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır. Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır. 14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir. Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur.
Ozanlar
Ozan Ozanlar (Zəngibasar) — İrəvan xanlığının Zəngibasar mahalında kənd adı Ozanlar (Axta) — Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.
Ozanlar (Zəngibasar)
Ozanlar- İrəvan xanlığının Zəngibasar mahalında kənd adı. 1782-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır . 1728-ci ilə aid türkcə mənbədə İrəvan əyalətinin Qarni və Vedi nahiyələrində Ozanlı, Qırxbulaq nahiyəsində isə Ozan kəndləri qeyd olunmuşdur XVIII əsrin əvvəlinə aid ermənicə mənbədə Ozan kəndinin adı çəkilir . XIX əsrin ortalarından sonrakı ədəbiyyatda Novobayazid qəzasında Uzunlar kimi yazılmışdır Ehtimal ki, "Kitabi-Dədə Qoqud" dakı ozan-"aşıq","xalq müğənnisi " sözündən olmaq е'tibarilə həm də bir elin adıdır. 1588-ci ilə aid mənbədə Qarabağın "Otuz iki ulus"nda Ozan adlı elin adı qeyd olunmuşdur. Gəncə şəhərinin Ozanlar məhəlləsi də məhz bu elin adını etdirir.
Xalid Fəxri Ozansoy
Xalid Fəxri Ozansoy(1891–1971)—Türkiyə şairi. Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: "Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, vətənpərvər şeirləri də vardır.

Значение слова в других словарях