Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabaha ümidlə baxanlar (film, 1991)
== Məzmun == Film Bakıdakı "Azərelektroştamp" zavodunun xalq təsərrüfatı üçün istehsal etdiyi müxtəlif növ cihazlardan söhbət açır. Kinolentdə aktyor və rejissor Şahmar Ələkbərovun və aktyor Yaşar Nurinin zavod kollektivi ilə görüşü də öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov, Ceyhun Mirzəyev Ssenari müəllifi: Teymur Bəkirzadə, Tatyana Bəkirzadə Operator: Azad Rzayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Ümidlər
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Böyük ümidlər
"Böyük ümidlər" (ing. Great Expectations) — ilk dəfə 1860-cı ildə nəşr olunmuş Çarlz Dikkensin əsəridir. == Əsərin qısa məzmunu == 7 yaşlı Filip Pirrip (Pip) öz bacısı və bacısının yoldaşı(Jo) ilə yaşayır. Böyük bacısı onu və həyat yoldaşını tez-tez döyür, təhqir edir. Pip mütəmadi olaraq valideynlərini məzarını ziyarət edir qəbirsanlıqda, bu ziyarətlərin birində o həbsdən qaçmış biri ilə rastlaşır. Balaca Pipi hədələyib ondan yemək və qandalalrı kəsmək üçün alət gətirməsini tapşırır. Pip evdən lazım olanları gizlincə götürüb növbəti gün gətirir. həmin gün axşam həbsxanadan qaçan qaçaq tutulur. Miss Xevişem himayə etdiyi qızı Estella üçün oynamağa yoldaş axtararkən, Jonun dayısı mister Pamblçuk Pipi məsləhət görür. Bundan sonra dəfələrlər Pip onlarda olub Estella ilə oynayır və Estellanı sevməyə başlayır, lakin toy günü aldadılmış miss Xevişem Estellanı əks cinsə qarşı amansız böyüdüb.
Böyük ümidlər (film, 1998)
"Böyük ümidlər" (ing. Great Expectations) — meksikalı rejissor Alfonso Kuaronun amerikan melodram janrında film. 1998-ci ildə ekranizasiya olmuşdur. == Süjet == 10 yaşında olarkən Finnegan Bell, Nora Dinmor adlı qoca ərə getməmiş bir qadının yanında qalır. Hələ cavanlıqda, onun sevgilisi toy mərasimində onu ataraq qaçmışdı. Bunun üçün Nora həyatının əsas məqsədi — qohumu olan Estellaya kişiləri nifrət etməyi aşılamaqdır. Doğrusu Estella elə gözəldir ki, Finn ona aşiq olur və beləliklə də o da Noranın hiyləsinə keçir. O vaxtdan bəri, Finn hər həftə ms Dinsmorun evinə gəlir və nəhayət bir gün Estella onunla gəzməyə çıxmağa razı olur. Lazımi yerdə görüşdükdən sonra, Estella ona xahiş edir ki, o öz evini ona göstərsin. O razı olur.
Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir — Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. == Haqqında == 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Ümidcə
Ümidcə (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Ümidcə (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Ümidcə (Meşkinşəhr)
Ümidcə (fars. اميدچه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (28 ailə).
Ümidcə (Ərdəbil)
Ümidcə (fars. اميدچه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,710 nəfər yaşayır (192 ailə).
Ümidiyə
Ümidiyə — İranın Xuzistan ostanının şəhərlərindən və Ümidiyə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 57,970 nəfər və 12,123 ailədən ibarət idi.
Ümüdlər
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Ümidiyə şəhristanı
Ümidiyə şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ümidiyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 85,195 nəfər və 17,557 ailədən ibarət idi.
Ümid
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Umudlu
Umudlu — Soyad və təxəllüs. ŞəxslərVidadi Umudlu – tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı.Yaşayış məntəqələriUmudlu (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Smile
Smile — 1936-cı ildə çəkilmiş "Müasir dövr" (Modern Times) filminin saundtreki kimi Çarli Çaplin tərəfindən bəstələnmiş mahnı. Sözləri 1954-cü ildə Con Törner və Ceffri Parsons tərəfindən yazılmışdır. Mahnı bir sıra müğənnilər tərəfindən ifa edilmişdir. Həmçinin, 1995-ci ildə Maykl Cekson tərəfindən ifa edilmiş və onun həmin il yayımlanan HIStory: Past, Present and Future, Book I albomuna daxil edilmişdir. == Mahnının sözləri == Mahnı ilk dəfə Net Kinq Koul tərəfindən 1954-cü ildə ifa edilmişdir. Həmçinin, 1991-ci ildə onun qızı Natali özünün "Unforgettable...With Love" adlı albomunda bu mahnıya yer vermişdir. Smile, though your heart is aching, Smile, even though it's breaking. When there are clouds in the sky- You'll get by.If you smile through your fear and sorrow, Smile and maybe tomorrow You'll see the sun come shining through For you.Light up your face with gladness, Hide every trace of sadness. Although a tear may be ever so near, That's the time you must keep on trying, Smile, what's the use of crying? You'll find that life is still worthwhile, If you just smile.
Yeni Ümid
Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası. == Yaranması üçün zəmin == 1920-1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşmə və urbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi. == Yaranması == Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi.
Ümid (Qaradağ)
Ümid — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Tarixi == Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuşdur. 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Hal-hazırda (2020-ci il) qəsəbədə 2000 nəfər məcburi köçkün və 1600 nəfər yerli sakin məskunlaşmışdır. Ümid qəsəbəsində Ümid 500 layihəsi çərçivəsində yeni binalar tikilmişdir. == Din == Qəsəbədə Ümid qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Ümid (film)
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman. Ümid (qəzet) — Ümid (Qaradağ) — Ümid (film, 1977) — 1977-ci ildə istehsal olunmuş Çin filmi. Ümid (film, 1992) — Ümid (film, 1995) — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Ümid (qəzet)
"Ümid" — Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == "Ümid" Məşrutə bərqərar edildikdən sonra nəşr edilən ilk qəzetlərdən idi. Qəzet Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən Məşrutə dövrünün əvvəllərində nəşr olunmuşdur. Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 aya yaxın davam etdi. Faydalı və elmi qəzet olan "Ümid"in 1907-ci ilədək 24 nömrəsi çapdan çıxmışdır. Bu həftəlik, şəkil-təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc edilirdi: "Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis dilmiş bir qəzetdir".
Ümid Bulud
Ümid Bulud (15 mart 1983[…], Yaşılhisar, Kayseri ili) — 1-ci Liqa komandalarından biri olan "Eyüpspor"da hücumçu kimi çıxış edən türk milli futbolçudur. == Xarici keçidlər == Qalatasaray İdman Klubunun Rəsmi Saytı — Umut Bulut Profili 22 Ağustos 2012 tarihinde -də Ümid Bulud at the Turkish Football Federation Ümid Bulud — transfermarkt.com saytında.
Ümid Bəsən
Ümid Bəsən (14 oktyabr 1956, Osmaniyə) — Türk musiqiçi. Piyanist. == Bioqrafiya == 14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika oldu və Tayfunlar Orkestrini qurdu. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxdı. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna getdi. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak həbi şəhərciyinə göndərdi. Hərbi xidmətindən sonra Adana şəhərinə getdi və gecə klublarında işə başladı. Bu klublardan birində onu dinləyən futbolçu Mətin Oktay, Bəsəni İstanbuldakı qazino sahibi dostlarına tövsiyə etdi. Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro oldu. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımladı.
Ümid Məmmədov
Ümid Məmmədov (leytenant) — 1999-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Ümid Məmmədov (əsgər) — 2001-ci il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ümid Novruzlu
Ümid Bahadur oğlu Novruzlu (7 iyun 1992; Babək, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ümid Novruzlu 1992-ci il iyunun 7-də Babək şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Ümid Novruzlu 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Ümid Novruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümid Novruzlu noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Babək şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Novruzlu ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. == Həyatı == Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib.Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır. İlk əsərləri Təbriz şəhəri dövrü mətbuatında çap olunmuşdur. Üç kitabın müəllifidir.
Ümid Partiyası
Azərbaycan Ümid Partiyası — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir.2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. 2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarının bir hissəsi ciddi bədən xəsarəti alıb və 6 nəfər həbs olunub.
Ümid burnu
Ümid burnu (afrikaans Kaap die Goeie Hoop, ing. Cape of Good Hope) — Cənubi Afrikanın cənubunda, Kap yarımadasının cənubunda burun, Afrika qitəsinin ən ucqar cənub qərb nöqtəsidir. Dəniz səviyyəsindən 245m yüksəklikdə qayalıqdır. Ümid burnunu ilk dəfə 1488-ci ildə Bartolomeu Dias kəşf etmiş və onu "Fırtına burnu" adlandırmışdı. Portuqaliya kralı II Juan burunun adını dəyişdirərək "Ümid burnu" qoymuşdur. Bunun səbəbi onun buradan Hindistana dəniz yolu tapmağa ümid etməsi idi.
Ümid Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. == Həyatı == Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Ümid İmamquliyev
Ümid Vüqar oğlu İmamquliyev (28 avqust 2003, Qaradağlı, Goranboy rayonu – 13 sentyabr 2022, Qarabağ) — əsgər, Azərbaycanlı şəhid. == Həyatı == Ümid İmamquliyev Goranboy rayonunun Qaradağlı kəndində 28 avqust 2003-cü ildə anadan olmuşdur.
Ümid İmamquluyev
Ümid Vüqar oğlu İmamquliyev (28 avqust 2003, Qaradağlı, Goranboy rayonu – 13 sentyabr 2022, Qarabağ) — əsgər, Azərbaycanlı şəhid. == Həyatı == Ümid İmamquliyev Goranboy rayonunun Qaradağlı kəndində 28 avqust 2003-cü ildə anadan olmuşdur.
Bulbophyllum humile
Bulbophyllum humile (lat. Bulbophyllum humile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cypripedium humile
Gövdəsiz zöhəçiçəyi (lat. Cypripedium acaule) – səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Fissipes acaulis (Aiton) Small, 1903 Cypripedium hirsutum Mill., 1768 Cypripedium humile Salisb., 1793 Cypripedium acaule f. albiflora E.L.Rand & Redfield, 1894 Calceolus hirsutus (Mill.) Nieuwl., 1913 Fissipes hirsuta (Mill.) Farw., 1917 Fissipes acaulis f. lancifolia House, 1920 Cypripedium acaule f. lancifolia House, 1924 Fissipes hirsuta f. albiflora (E.L.Rand & Redfield) Farw., 1938 Cypripedium acaule f. biflorum P.M.Br., 1995 == İstinadlar == == Xarici keçidlər == PLANTS Profile for Cypripedium acaule (ing.) Comprehensive Report Species — Cypripedium acaule (ing.) * Registered Cypripedium Hybrids на сайте Cyp.
Elmir Umudlu
Elmir Pərviz oğlu Umudlu (25 mart 2001, İnçə, Şəki rayonu – 28 oktyabr 2020) – Azərbaycanlı şəhid (2020) == Həyatı == Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. === İkinci Qarabağ müharibəsində === O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə yaralı vəziyyətdə mühasirəyə düşmüş taboru təkbaşına mühasirədən çıxarmışdır.
Linum humile
Adi kətan (lat. Linum usitatissimum) - kətan cinsinə aid bitki növü. == Sinonim == Linum crepitans (Boenn.) Dumort. Linum humile Mill. Linum indehiscens (Neilr.) Vavilov & Elladi Linum usitatissimum var. crepitans Boenn. Linum usitatissimum subsp. crepitans Elladi Linum usitatissimum subsp. humile (Mill.) Chernom. Linum usitatissimum var.
Proprioseiopsis umidus
Proprioseiopsis umidus (lat. Proprioseiopsis umidus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis umidus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Solanum humile
Amerika quşüzümü (lat. Solanum americanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum adventitium Polgar Solanum amarantoides Dunal Solanum americanum var. americanum americanum Solanum americanum var. nodiflorum (Jacq.) Edmonds Solanum caribaeum Dunal Solanum curtipes Bitter Solanum depilatum Bitter Solanum ganchouenense H. Lév. Solanum gollmeri Bitter Solanum humile Lam. Solanum imerinense Bitter Solanum inconspicuum Bitter Solanum indecorum Rich. Solanum inops Dunal Solanum minutibaccatum Bitter Solanum minutibaccatum var. curtipedunculatum Bitter Solanum nigrum L. Solanum nigrum var. americanum (Mill.) O.E. Schulz Solanum nigrum var.
Umudlu (Ağdam)
Umudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Umudlu (Ağdərə)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Əhalisi == === Tanınmış şəxsləri === Akif Əzizov Əhəd Kərimov == İstinadlar == == Xarici keçidlər == Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Umudlu (Tərtər)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Əhalisi == === Tanınmış şəxsləri === Akif Əzizov Əhəd Kərimov == İstinadlar == == Xarici keçidlər == Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Umudlu (Xocalı)
Umudlu — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Həmçinin bax == Xocalı soyqırımı == İstinadlar == == Ədəbiyyat == Ramiz Abbaslı. Umudlu qətliamı. Papravənd müharibəsi.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. == Həyatı == Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Jasminum humile
Alçaqboy jasmin (lat. Jasminum humile) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan həmişəyaşıl koldur. Yarpaqları uzunsov, tərs-yumurtavari, üst səthi tünd, alt səthi isə açıq yaşıldır. Sarı rəngli çiçəkləri xırda və ətirlidir. Mart və may aylarında kütləvi çiçək açır. Bu dövrdə çox dekorativ görünür. Toxumları avqust ayında yetişir. Toxum, qələm və kolu bölməklə çoxaldılır.