Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی‎; 1918, Qum – 8 fevral 1984, Paris) — Azərbaycan əsilli İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı, Şah ordusunun sonuncu komandanı, öz dövrünün ən mahir hərbiçisi. == Həyatı == Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində Üveysi ailəsində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Ana tərəfdən isə Məhəmməd Əli Şah Qacarın böyük oğlu Hüseyn Əli Mirzənin nəvəsidir. O, 1937-ci ildə Şərif Dölə Bozorgun nəvəsi, Şərif Dölə Bəniadəmin qızı olan Şərafət Bəniadəm ilə ailə həyatı qurub. == Təhsili və karyerası == Qulaməli Üveysi Tehranda İran Ali Hərbi Məktəbin Zabitlər fakültəsinin məzunudur. O, Məhəmmədrza şah Pəhləvi ilə eyni fakültədə təhsil alıb. Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu.
Recep İvedik
Recep İvedik (personaj)
Üzeyir Abdullayev
Üzeyir Abdullayev (1951–2009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009). == Həyatı == Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrosmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi. 1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib.
Üzeyir Abduramanov
Üzeyir Abduramanov (12 (25) mart 1916 – 19 yanvar 1991) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı səngər qazmaqla məşğul olub. 15 yanvar 1944-cü ildə Soj çayı boyunca ağır düşmən atəşi altında və qoşunların təhlükəsiz daşınmasını təmin edərək Sovet İttifaqı Qəhrəmanı elan. == Həyatı == 25 mart 1916-cı ildə Krımda dünyaya gəlib. 1933-cü ildə oxuduğu Ticarət məktəbindən məzun olduqdan sonra Simferopol şəhərində işləməyə başlayıb. 1939-cu ildə isə Qırmız Ordu qoşunlarına çağırılıb. 1991-ci ildə Navoiy şəhərində vəfat edib. == Fəaliyyəti == Abduramanov Barbarossa əməliyyatı başlandıqdan bir müddət sonra İkinci Dünya müharibəsində döyüşmək ön cəbhəyə aparıldı; əvvəllər Xalxin Məqsəd müharibəsində döyüşmüşdü. Belarusiyaya keçməzdən əvvəl Stalinqrad döyüşündə iştirak etdi. 1943-cü ildə Qomel rayonundakı münaqişə əsnasında Qırmızı Ordu qoşunlarının irəliləməsi üçün buzlu Soj çayı boyunca bir körpü inşa etmək vəzifəsi verildi.
Üzeyir Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Hacıbəyov
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Mehdizadə
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı. == Həyatı və yaradıcılığı == Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir. 2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin] 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir. Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar.
Üzeyir Məmmədli
Məmmədli Üzeyir Məhəmməd oğlu (26 avqust 1987, Bərdə) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi. Keçmiş siyasi məhbus. == Həyatı == 1987-ci il avqust ayının 26-da Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. == Təhsili == 1993-cü ildə N.Quluyev adına Mollalı kənd orta məktəbində daxil olmuşdur. 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə BDU-dan məzun olduqdan sonra, 2008-ci ilin iyulu həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayı həqiqi hərbi xidməti başa vurmuşdur. == İctimai Fəaliyyəti == Üzeyir Məmmədli 2011-ci ilin fevral ayında NİDA Vətəndaş Hərəkatının yaranmasında iştirak edib və təsisçilərindən biri olub. Həmin vaxt İdarə Heyəti üzvlərindən biri olub.
Üzeyir Novruzov
Üzeyir Novruzov (ing. Uzeyer Novruzov) - Azərbaycanlı sirk ustası. Üzeyir Novruzov hal-hazırda ABŞ-nin Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir. == Ginnesin Rekordlar Kitabında == Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
Üzeyir Rüstəmov
Üzeyir Əyyub oğlu Rüstəmov (17 may 1997; Şəmkir rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Üzeyir Rüstəmov 1997-ci il mayın 17-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Üzeyir Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Üzeyir Rüstəmov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üzeyir İbrahimov
Üzeyir İbrahimov (18 yanvar 1984, Laçın rayonu) — Azərbaycan qapıçı məşqçisi, qapıçı mövqeyində çıxış etmiş keçmiş futbolçusu. Hal-hazırda Azərbaycanın U-19 Milli yığma komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır. == Həyatı == Üzeyir İbrahimov 18 yanvar 1984-cü ildə Laçın rayonunda anadan olub. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub. 2004–2006-cı illərdə "Neftçi" FK-nın yeniyetmə komandalarının qapıçılar üzrə məşqçisi işləyib. 2007–2017 ci ildə "İnter" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2017–2018 ci ildə "Keşlə" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Maliyyə və kredit" fakultəsini bitirmişdir. UEFA-nın qapıçı məşqçiləri üçün "A" lisenziyalarına malikdir. 2010–2012-ci ildə Azərbaycanın U-17 yığma komandasında qapıçıların məşqçisi vəzifəsində işləyib.
Üzeyir Şabanbəyov
Üzeyir Əliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Avetik Bağdasaryan
Avetik Bağdasaryan (erm. Ավետիք Պաղտասարեան; bilinmir, Diyarbəkir – bilinmir), daha çox Oxucu Tiqranakertsi (erm. Ընթերցող Տիգրանակերտցի; daha az – Amdetsi, erm. Ամդեցի) — XVII–XVIII əsrlərdə yaşamış erməni alimi, tarixçisi və səyyahı. O, müxtəlif sahələrdə – astronomiya, təqvimşünaslıq, riyaziyyat, tarixşünaslıq, musiqişünaslıq üzrə elmi irs ərsəyə gətirmişdir. Onun əsərləri riyazi fənlər üzrə dövrün erməni elmi məktəbinin vəziyyətini təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Л. Алишан. Աւետիք Պաղտասարեան, ընթերցող Տիգրանակերտցի-1 // Базмавеп. № 7. 1897.
Geyik Ana
Geyik Ata
Veyis İsmayılov
Veyis Əflatun oğlu İsmayılov (23 fevral 1996; Yevlax, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Veyis 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub, ailənin sonbeşiyidir. 2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Veyis İsmayılov Talış Madagizin azad edilməsində savaşıb. 13 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. 17 noyabr 2020-ci ildə Qaraçuxur Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Veyis İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veyis İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. == Həyatı == 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Üveys Paşa
Üveys Paşa (1512 – 1547, Səna) — I Səlimin oğlu və Osmanlı paşası. == Həyatı == Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünyaya gəlmişdir. Mustafa Əlinin Künhü'l-ahbâr əsərində yazdıqlarına görə Şahzadə Üveysin anası evləndirilərək saraydan göndərilmiş ancaq daha sonradan kənizin hamilə olduğu anlaşılmışdır. Bundan sonra kəniz başqasıyla evli olduğundan şahzadə olaraq qəbul edilməmiş, buna baxmayaraq I Səlim Şahzadə Üveysin yetişdirilməsinə diqqət yetirmişdir. == Siyasi fəaliyyəti == Atası I Səlimin vəfatından sonra taxta çıxan qardaşı I Süleyman 1545-ci ildə Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin etmişdir. Bundan sonrakı tarixi qaynaqlarda Üveys Paşa anılmaqdadır. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi" demişdir. Bundan başqa Üveys Paşanın Trablusqərb hakimlərindən Saqqızlı Mehmed Paşanın atası olduğu qeyd edilir.
Recep İvedik (film)
Rəcəb İvedik (türk. Recep İvedik) — 21 fevral 2008-ci ildə yayımlanan, Şahan Gökbakarın rol canlandırdığı bədii film. Rəcəb İvedik rolunun TV-də yayımlanmasının üzrəinə çəkilmişdir. Fraqmenti, 2008-ci ilin may tarixində YouTube adlı video paylaşma saytında təxmini 5 milyon 750 min dəfə izlənilən film, topladığı böyük marağın sonrasından 21 fevral 2008-də 230 kopiya ilə teatra verilmişdir. İlk üç gündə 791.536 nəfər tərəfindən izlənilən Rəcəb İvədik, Türkiyədə ilk 3 gündə ən çox izlənilən filmlər siyahısında ikinci yeri tutmuşdur. 17 gündə 3 milyon 150 min nəfər tərəfindən izlənmişdir. == Məzmun == Rəcəp İvədik küçədə tapdığı bir cüzdanı Antalyalı çox önəmli bir iş adamına aid olduğunu öyrənəndə cənuba tərəf yola çıxır. Yol boyu birbirindən gülməli sürprizlərlə qarşılaşan Rəcəb sonunda Antalyaya gəlir və pul qabını turizmçi Muhsin bəyə təslim edir. Muhsin bəy ona pul ilə hotelində qalmasını təklif edir. Rəcəb bunu qəbul etmir və gedərkən, uşaqlıq sevgilisi Sibeli görür.
Recep İvedik 1
Rəcəb İvedik (türk. Recep İvedik) — 21 fevral 2008-ci ildə yayımlanan, Şahan Gökbakarın rol canlandırdığı bədii film. Rəcəb İvedik rolunun TV-də yayımlanmasının üzrəinə çəkilmişdir. Fraqmenti, 2008-ci ilin may tarixində YouTube adlı video paylaşma saytında təxmini 5 milyon 750 min dəfə izlənilən film, topladığı böyük marağın sonrasından 21 fevral 2008-də 230 kopiya ilə teatra verilmişdir. İlk üç gündə 791.536 nəfər tərəfindən izlənilən Rəcəb İvədik, Türkiyədə ilk 3 gündə ən çox izlənilən filmlər siyahısında ikinci yeri tutmuşdur. 17 gündə 3 milyon 150 min nəfər tərəfindən izlənmişdir. == Məzmun == Rəcəp İvədik küçədə tapdığı bir cüzdanı Antalyalı çox önəmli bir iş adamına aid olduğunu öyrənəndə cənuba tərəf yola çıxır. Yol boyu birbirindən gülməli sürprizlərlə qarşılaşan Rəcəb sonunda Antalyaya gəlir və pul qabını turizmçi Muhsin bəyə təslim edir. Muhsin bəy ona pul ilə hotelində qalmasını təklif edir. Rəcəb bunu qəbul etmir və gedərkən, uşaqlıq sevgilisi Sibeli görür.
Recep İvedik 2
Rəcəb İvedik 2 (türk. Recep İvedik 2) — Türkiyə istehsalı Rəcəb İvedik filminin davamı olan komediya filmi. Filmin rejissoru Toqan Gökbakardır. == Məzmun == Rəcəbin tək tanışı, yaşlı və vaxtını PlayStation oynayaraq keçirən nənəsidir. Nənəsi Rəcəbin yaşadığı sərxoş, boş və avara həyatı buraxıb iş tapmasını, evlənməsini və prestij qazanmağını istəyir. Rəcəb nənəsinin istəkləri üçün özünə iş axtarmağa başlayır. Rəcəb İvedik hər işə gedir, getdiyi işlərdə də hər şeyi bir-birinə qarışdırır. Əmisi oğlu Hakanın yaxın adamları çox olduğu üçün sahib olduğu iş yerində ona yeni bir iş verir. Rəcəb, bir tərəfdən iş yerində cürbəcür macəralar yaşayarkən, bir tərəfdən də işi öyrənir. == Rollarda == == Rəylər == Film homofobik olduğu üçün Rəcəb İvedik rolu 2009 Hormonlu Pomidor mükafatına, qadın haqqları və cinsiyyət pozuntuları olduğu üçün 2008-ci ildə isə Qızıl Bamya-ya laiq görülmüşdür.
Recep İvedik 3
Rəcəb İvedik 3 (türk. Recep İvedik 3) — Recep İvedik 2 filminin davam filmi. Filmin rejissoru Toqan Gökbakar, prodüseri isə Faruk Aksoydur. == Məzmun == Film canı sıxılmış Rəcəb İvedikin bir falçı, psixoloq, karate kursu, fleyta kursu, ovçuluq, kitabxana, pentbol, teatrla darıxmaqdan qurtuluş macəralarından bəhs edir. == Rollarda == == Yaradıcı heyət == == Gəlir == Film, 12 fevral 2010-cu ildə Türkiyədə yayıma daxil olmuşdur. 28.710.987,0 ₺ gəlirə sahibdir. Film Türkiyədə tam 22 həftə yayımda olmuş ve onu düz 3 milyon 325 min 913 nəfər izləmişdir.
Recep İvedik 6
Recep İvedik 6 — Türkiyə istehsalı Recep İvedik 5 filminin davam filmi. == Rollarda == Şahan Gökbakar — Rəcəb İvedik Nurullah Çələbi — Nurullah Sağlam Mbaye Dieng — Songa Chidi Benjamin John — Nahu Şef Kepsin Misodi Teke — Hunkutu Şef Lorraine Kadye — Zouya Somer Karvan — Tur bələdçisi Ersin == Çəkiliş == Filmin çəkilişləri 3 Sentyabr 2018-də başladı. Çəkimlərin bir bölümünün Bursanın Karacabey rayonundakı longoz meşəsində çəkiləcəyi bildirildi. == İlk baxış == Filmin kinoteatra verilmə tarixi əvvəlcə 8 fevral 2019 olaraq bildirilmişdir. Ancaq film istehsalçıları ilə kinoteatrlar arasındakı münaqişə səbəbiylə filmin çıxış tarixi uzadıldı. Gala gecəsi 6 noyabr 2019-da Kanyon Alışveriş Mərkəzi-ndə baş tutan film, 8 noyabr 2019-da kinoteatra verildi.
Nüvəcik
Nüvəcik - nüvə daxilində yerləşən, öz membran örtüyünə malik olmayan, ölçüsü 1-10 mkm olan möhkəm, girdə cisimcik. İşıq və elektron mikroskop altında yaxşı görünür. Onun miqdarı hüceyrənin həyat fəaliyyətindən asılı olaraq dəyişir. Nüvəciyin tərkibi: zülallar, RNT, Risobomlar, kalium, kalsium, dəmir və bir sıra fosfat birləşmələrindən ibarətdir. Nüvəciyin membranı yoxdur, nüvə şirəsi ilə həmişə təmasda olur. Hüceyrənin bölünmə ərəfəsində nüvəcik parçalanır, bölünmənin son mərhələsində yenə bərpa oluur. Ona görə nüvəcik yalnız bölünməyən hüceyrələrdə görünür. Nüvəcikdə risobom RNT-si və ribosomun kiçik və böyük hissələri formalaşır.
Üləşik
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Əvəlik aşı
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Əvəlik şorbası
Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. == Tərkibi == 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər == Hazırlanması == Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.
Uvey
Uvey Şanyü (e. ə. II əsr – e.ə. 104) — eramızdan əvvəl 114-105-ci illər arası hökmdarlıq etmişdir. İçizin böyük oğlu olan Uvey Şanyünün hakimiyyət dövrü Hun imperiyasının durğunluq dövrü sayılır. Hakimiyyətinin 4-cü ilində Çin elçisi ona imperatorun onu müharibəyə çağırdığını, müharibə etməzlərsə vassallığını qəbul etməsini dediyini bildirdi. Uvey buna əsəbləşərək elçini Baykal gölü ətrafına sürgünə göndərdi. Müharibəyə isə girişməyərək ordusuna dinclik verdi. Yan-sin adlı Çin elçisi həmin il gələrək sülh təklif etdiyini, şanyünün vəliəhdi imperatorun yanına göndərməsini istədi. Şanyü isə buna etiraz edərək bir Çin şahzadəsi tələb etdi.