Veyis Əflatun oğlu İsmayılov (23 fevral 1996; Yevlax, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Veyis İsmayılov | |
---|---|
Veyis Əflatun oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xanabad, Yevlax, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Qaraçuxur Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Veyis 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub, ailənin sonbeşiyidir.[2][3]
2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub.[4][5]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Veyis İsmayılov Talış Madagizin azad edilməsində savaşıb. 13 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. 17 noyabr 2020-ci ildə Qaraçuxur Şəhidlər Xiyabanında dəfn olunub.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Veyis İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veyis İsmayılov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veyis İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]