Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Gözlüklü susüpürən
Üzümlü (Qax)
Üzümlü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Üzümlü oyk., mür. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Ağyazı düzündədir. 1960-cı illərdə üzümçülük sovxozu fəhlələri üçün salındığına görə kənd belə adlandırılmışdır. Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan və rutullardan ibarətdir və əsasən saxur dilində danışılır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Üzümlü kəndində 24 təsərrüfatda hər iki cinsdən toplam 64 nəfər əhali yaşamaqdadır.
Üzümlü (Şabran)
Üzümlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Üzümlü (Ərzincan)
Üzümlü — Ərzincanın 9 ilçəsindən biri. 2016-cı ilin məlumatına görə ilçədə 12.913 nəfər yaşayır. Üzümlü bələdiyyəsi 1924-ci ildə quruldu.
Soluklu
Soluklu (Komican)
Soluklu (Komican)
Soluklu (fars. سلوكلو‎; azərb. Sülüklü‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 42 ailədə 107 nəfəri kişilər və 80 nəfəri qadınlar olmaqla cəmi 187 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Soluklu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).
Kiçik Ulukul
Kiçik Ulukul — Ufa şəhərinə daxil olan Kirov rayonu Ataevka kəndi, Ataevskaya küçəsinin şimalında yerləşir. == Ədəbiyyat == Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство «Башкортостан», 2007. — 272 с. — 3000 экз.
Ululu Kərim
Ululu Kərim (1780-ci illər) — XIX əsr Azərbaycan aşığı. Ululu Kərim indiki Ermənistanın Sisian rayonunda mövçud olmuş Ulu kəndində doğulub. Gənc yaşlarında köçüb Remeşin kəndinə gəlmiş, ömrünün sonunadək də burada yaşamışdır. Qəbri Aşağı Remeşindən bir az aralıda mövcud olmuş Şahbuz rayonunun Qızıl Qışlaq kəndinin qəbiristanlığındadır. Ululu Kərimin müəyyən dini təhsili olsa da, ailəsini dolandırmaq üçün dəlləklik edirmiş. Görünür, bu, el şairinin ata-baba peşəsi imiş. Çünki oğlu Heydər, nəvəsi Kərimqulu və onun oğlu Heydər də dəllək işləmişlər. Yaradıcılığında qoşma və təcnislər başlıca yer tutur. Ustadnamələri məşhurdur. Şeirlərində ictimai bərabərsizlikdən, zəmanədən şikayət, dərd, qüssə-kədər motivləri ilə yanaşı, zülm və haqsızlığa qarşı etiraz da güclüdür.