Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düzləmə səthləri
Düzəlmə səthləri — adətən güclü parçalanmış, dağlıq ərazilərdə dik yamaclarla əhatələnən və qırışıq strukturları bucaq altında kəsən, zəif dalğalı dağüstü düzənliklərdən ibarət olub, relyefin inkişaf tarixində tektonik hərəkətlərin sabitlik və ya relyefin enmə mərhəlləlrində formalaşmışdır. Düzəlmə səthləri yaşı, yüksəkliyin, onların kəsdiyi süxurların litoloji tərkibin və qırışıqlıq dərəcəsi, yeni tektonik hərəkətlərin intensivliyi, torpaq-bitki örtüyü, iqlim şəraiti və b. amillərlə əlaqədar relyefin parçalanma dərəcəsçindən, ekzogen proseslərin intensivliyindən asılı olaraq müasir relyefdə müxtlif formada (vəziyyətdə) saxlanmışlar. Onlar Böyük və Kiçik Qafqazın, Talışın və Arazyanı silsilələrin xarakterik relyef formalarından biridir. Böyük Qafqazın Azərbaycan hissəsində düzəlmə səthləri kifayət qədər geniş yayılmışdır. Burada düzəlmə səthləri ayırmışlar. Ancaq bu düzəlmə səthlərinin morfologiyası, yaşı, mənşəyi haqqında daha ətraflı məlumat B. Ə. Budaqovun (1957, 1969, 1973) və Lilienberqin (1958) əsərlərində verilmişdir. B. Ə. Budaqov burada 8, D. A. Lilienberq 7 düzəlmə səthi ayrılmışlar: Şahdağ (3800–4000 m – 4200 m), Şahyurdu (3500–3600 m), Salavat (2800–3100 m), Qovdaq-Dibrar (2000–2400 m), Taxtayaylaq (1500–1600 m), Çuxuryurd (1200–1300 m), Şamaxı (600–800 m), Qobustan (300–500 m). B. Ə. Budaqovun ayırdığı Şahyurdu (3500–3600 m) düzəlmə səthi Şahdağ düzəlmə səthindən aşağıda yerləşir və sərbəst düzəlmə səthi kimi ayrılmışdır. Kür çökəkliyində Kür və Qabırrı çayları arası ərazinin qərb hissəsində antiklinal silsilə və platolarda 700–1000 m yüksəklikdə yerləşən hamar suayrıcıları Müseyibov M. A. (1975) düzəlmə səthlərinə aid edir və onların son pliosendə formalaşdığını qeyd edir.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yüzləçək qızılgül
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır. Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üfləmə kanalı
Üfləmə kanalı (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) — göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurtaracağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxurlardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.