1. Üz-üzə gəlmək, birbirinə rast gəlmək, rastlaşmaq.
Cəfər küçə qapısında Hacağa ilə üzləşdi.
// Məc. mənada.
Uşaq gərək çətinliklə üzləşəndə ondan qorxub qaçmasın.
Görüşlər, hicranlar; Belədir aləm; Daim qaranlıqla işıq üzləşir.
2. Üzbəüz olmaq, üz-üzə gəlmək.
Dünənki hadisədən sonra İkram qalıb Ağazal ilə üzləşmək istəmirdi.